Rusiyadan “kürd dövləti” açıqlaması: İstəmirik!
7 Sentyabr 2017 11:58 SiyasətRusiya Xarici İşlər nazirinin müavini Mixail Boqdanov Moskvada İraqın Antiterror Xidmətinin rəhbəri Talib Kənani ilə görüşüb.
Axar.az xəbər verir ki, görüşdə Boqdanov Rusiyanın İraqın ərazi bütövlüyünü dəstəklədiyini bildirib. Nazir müavini həmçinin İraqın daxili işlərinə xaricdən müdaxilənin doğru olmadığını vurğulayıb.
Qeyd edək ki, sentyabrın 25-də İraq Kürd Muxtar Vilayəti müstəqilliklə bağlı referendum keçirməyi planlaşdırır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31