Dünya

Rusiya aviasiyası İŞİD-in "müdafiə naziri"ni məhv etdi

8 Sentyabr 2017 11:29

Rusiya aviasiyasının Suriyanın Deyr-ez-Zor bölgəsində İŞİD terror qruplaşmasının nəzarət məntəqəsini bombalaması nəticəsində İŞİD-in “müdafiə naziri Gülmurad Xalilov məhv edilib.

"İrma" qasırğası binaları və maşınları belə MƏHV EDİR – DƏHŞƏTLİ VİDEO

8 Sentyabr 2017 11:27

Daha öncə xəbər verdiyimiz kimi, dəhşətli "İrma" qasırğası Barbuda adasını yerlə-yeksan edib. Bu barədə Antiqua və Barbudanın baş naziri Qaston Brauna istinadən ABC News məlumat yayıb.

40 yaşlı qadın yas mərasimində dirildi

8 Sentyabr 2017 11:13

Hindistanda qəribə hadisə baş verib. Sarılıq xəstəliyinə görə öldüyü deyilən qadın yas mərasimində qohumlarını şoka salıb. O, 2 ay müddətinə xəstəxanada qalsa da, ailəsi onu evə aparmaq qərarına gəlib.

Şimali Amerikada sunami həyacanı

8 Sentyabr 2017 09:58

ABŞ Geoloji Tədqiqatlar Mərkəzi Merksikanın paytaxtı Mexiko şəhərində  8 bal gücündə zəlzələ baş verdiyini bildirib. “Olaylar” bildirir ki, zəlzələnin episentri  Pijijiapanın vilayətinin 33 kilometr dərinliyində qeyd alınıb. Rəsmilər zəlzələdən sonra Meksika, Honduras, Ekvador, Qvatemala, Nikaraqua, Panamada sunami ola biləcəyini açıqlayıblar.

Alan Kürdinin həyatı film oldu

8 Sentyabr 2017 09:48

Məşhur yazıçı Xalid Hüseyni Türkiyədən Yunanıstana keçməyə çalışarkən botunun çevrilməsi nəticəsində dənizə düşüb və həlak olan 3 yaşlı Alan Kürdiyə hekayə həsr edib. Yazıçı bu hekayəyə “Dəniz duası” (Sea Prayer) adını verib. Hekayənin motivləri əsasında film də çəkilib. Hazırda ABŞ-da yaşayan əfqanıstanlı mühacir yazıçı Alanın sahildəki cansız bədənini gördüyü andakı duyğularını belə ifadə edib:

“Microsoft” şirkəti oktyabrın sonunda yeni kompüterini təqdim edəcək

7 Sentyabr 2017 20:00

“Microsoft” şirkəti gələn ay “Surface” istehsal xəttinə məxsus yeni qurğu təqdim edəcək. Təqdimat 31 oktyabr – 1 noyabr 2017-ci il tarixlərində “Future Decoded” illik konfransı çərçivəsində Londonda keçiriləcək. Tədbirdə “Surface”in direktoru Panos Panay çıxış edəcək.

Venera saat kimi hərəkət edir

7 Sentyabr 2017 19:50

Venera çox vaxt Yerin bacısı adlandırılır. Azərbaycan Milli Elmlər Akademiyasının Neft–Kimya Prosesləri İnstitutunun saytı xəbər verir ki, öz ölçüləri, xüsusi halda tərkibi ilə Venera mavi planeti xatırladır. Amma hər halda iki planetdə fərqlər oxşarlıqlardan çoxdur.

Mustafa Ceceli Bakıya gəlir

7 Sentyabr 2017 19:43

Türkiyəli müğənni Mustafa Ceceli Bakıya gələcək. Sənətçini paytaxtımıza aktrisa Məlahət Abbasova gətirəcək.  Belə ki, Ceceli aktrisanın “Məlahətli söhbətlər” proqramının qonağı olacaq.

Smartfonlar beyin silkələnməsini diaqnozlaşdıracaq

7 Sentyabr 2017 19:38

Vaşinqton Universitetinin tədqiqatçıları beyin silkələnməsini diaqnozlaşdırmağa imkan verən yeni mobil proqram yaradıblar. Smartfonlar üçün yeni əlavə beyin silkələnməsi sahəsində xəstəxanadan kənar diaqnozqoymanın ən yaxşı metodu hesab edilir. Göz bəbəyinin skan edilməsi üçün mobil qurğunun kamerasından istifadə sayəsində hətta zəif silkələnmənin əlamətlərini aşkarlamaq mümkündür.

Qızıl “iPhone 8” üçün ilkin sifarişlərin qəbuluna başlanılıb

7 Sentyabr 2017 19:33

Londonun "Goldgenie" mağazası qızıl "iPhone 8" smartfon modeli üçün ilkin sifarişlərin qəbuluna başlayaraq qurğunun sentyabrın 12-də keçiriləcək təqdimatını qabaqlayıb. "Goldgenie" şirkətinin sifarişçilərə "iPhone 8" modelinin qızıldan və ya platindən düzəldilmiş versiyalarını çatdıracağı bildirilir. Arzu edənlər isə qurğunun brilyantlarla bəzədilmiş versiyasını əldə edə biləcəklər. Şirkət, həmçinin qurğunun adi korpusunu bütöv 18 karatlıq versiya ilə əvəzləyə bilər.   

“Google” şirkəti “Android” sistemində onlarla təhlükəli boşluğu aradan qaldırıb

7 Sentyabr 2017 19:28

“Google” şirkəti tərəfindən təqdim ediləcək sentyabr yeniləməsində “Android” platforması, “Broadcom”, “Qualcomm” və “MediaTek” şirkətlərinin komponentləri və “Linux” sisteminin nüvəsi üçün düzəlişlər əlçatan olacaq.

“Perlan” planeri yeni yüksəklik rekorduna imza atıb

7 Sentyabr 2017 19:19

“Airbus” aerokosmik konserninin maliyyələşdirdiyi “Perlan” şirkəti kosmos hüdudlarına uçuşlar üçün nəzərdə tutulan planerlərin hazırlanması ilə məşğuldur. Bu yaxınlarda mütəxəssislər planerin yeni uğurlu sınaqlarının keçirilməsi və uçan aparatın qazandığı yeni rekord barədə açıqlama veriblər.

Telefonu təyyarə rejiminə qoyub şarj etsəniz...

7 Sentyabr 2017 19:05

Telefonlarda, demək olar, heç istifadə edilməyən funksiyalardan biri təyyarə rejimidir. Bu rejim təyyarə ilə səfər zamanı nəzərdə tutulsa da, müxtəlif məqsədlər üçün faydalı şəkildə istifadə etmək olur. Belə ki, telefon enerji yığarkən təyyarə rejimində olarsa, 2 dəfə tez dolar. 

Monqolustan hökuməti istefaya göndərildi

7 Sentyabr 2017 19:00

Monqolustan Böyük Dövlət Xuralı (parlament) ölkənin baş naziri Jarqaltulqın Erdenebatı istefaya göndərib. Trend-in məlumatına görə, ölkə hökumətinin istefası da qəbul edilib.