Dünya
Şimali Koreyanın məsuliyyətsiz nüvə sınaqları bəşəriyyətin məhvinə gətirib çıxara bilər
"Koreya Xalq Demokratik Respublikasının sentyabrın 3-də Şimali Hamqyunq əyalətində ballistik raketlərin sınağından sonra həyata keçirdiyi və əvvəlki nüvə sınaqlarına nisbətən daha böyük partlayışla nəticələnən nüvə sınağı yalnızBMT Təhlükəsizlik Şurasının qətnamələrinin açıq-aşkar pozulması deyil, həm də Koreya yarımadası və ətraf ərazilərdə sülh və təhlükəsizliyə ciddi təhdiddir".
Moldova prezidenti nazir müavininin təcili istefasını tələb etdi
Moldova prezidenti İqor Dodon milli orduya xaricdə istənilən hərbi təlimlərdə iştirak etməyi qadağan edib və müdafiə nazirinin müavini Qeorgi Qalburun tez bir zamanda istefasını tələb edib.
Roma Papasının təyyarəsi istiqamətini dəyişdi - "İrma"ya görə
Roma Papası I Fransiskin Kolumbiyaya səfəri zamanı onun olduğu təyyarə "İrma" qasırğasına görə istiqamətini dəyişməli olub. Təyyarə paytaxt Boqota hava limanında eniş edib.
Moskva vilayətində kinoteatr çökdü - Yaralılar var
Moskva vilayətinin Balaşixa qəsəbəsində kinoteatr divarının çökməsi nəticəsində 10 nəfər yaralanıb. Yaralılardan 3 nəfəri, o cümlədən bir uşaq xəstəxanaya yerləşdirilib. Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır.
Sarkisyanın partiyası məktəblərdə homoseksuallığı təbliğ edir
Ermənistan parlamentinin Respublikaçı partiyasından olan millət vəkili Ruzanna Muradyan son günlər diqqət mərkəzindədir. Məlumata görə, Ruzanna Muradyan nəzarətində olan ictimai təşkilat vasitəsilə “məktəblilər tərəfindən cinsi azlıqlara qarşı necə tolerantlıq nümayiş etdirməlidir” mövzusu haqda broşürlər hazırladıb.
Putin İrəvana “desant” çıxartdı: “Mariott” otelində QAPALI TOPLANTI
Putin Rusiyadakı ermənilərindən ibarət “desant qüvvələri” İrəvana çıxarır. Bu günlərdə İrəvandakı “Mariott” otelində Rusiya sənaye və ticarət nazirinin birinci müavini Qleb Nikitinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə rus və erməni sahibkarlarının birgə toplantısı keçirilib. Ermənistan mediasının məlumatına görə, toplantı rəsmi xarakter daşısa da yarıqapalı olması ilə diqqət çəkib.
Malayziya: Myanma qaçqınlarını qəbul edəcəyik
Malayziya hökuməti ölkəyə dəniz yolu ilə gələn rohinca müsəlmanlarına sığınacaq verməkdən imtina etməyəcək. Bunu dövlət rəsmiləri bəyan edib.
Türkiyədə gözlənilməz iddia: 15 iyul çevrilişi MİT-dən idarə olunurmuş
Türkiyədəki 15 iyul hərbi çevriliş cəhdini təşkil etməkdə təqsirləndirilən Akın Öztürkün kürəkəni Hakan Karakuş məhkəmədə şok iddia ortaya atıb. Hakan Karakuş çevriliş əmrini Milli Kəşfiyyat Təşkilatından (MİT) aldıqlarını bildirib. H.Karakuş MİT-dən K.G. adlı şəxsin çevrilişi idarə etdiyini söyləyib: "Biz K.G. adlı şəxsin göstərişlərini icra edirdik. Səhərə yaxın çevriliş cəhdinin baş tutmadığı aydınlaşanda, K.G. bizə mesaj ataraq bildirdi ki, "hamınızın sonu çatıb, cəzanızı çəkəcəksiniz". Şok olmuşduq, heç nə anlaya bilmirdik".
Əvvəl məsciddə namaz qıldı, sonra da oğurluq etdi - VİDEO
Məsciddən ayaqqabı aparan oğru kameraya düşüb. Hadisə ötən gün günorta vaxtı İstanbulun Fatih rayonundakı məscidlərin birində baş verib. Əvvəlcə günorta namazı qılan şəxs namazdan sonra ayaqqabı oğurlayıb.
“Çox ağır gün olacaq” - ABŞ müharibəyə hazır olduğunu BƏYAN ETDİ
Ağ Ev Şimali Koreyanın raket və nüvə proqramlarının dayandırılması üçün hərbi güc tətbiqini istisna etmir. Bu haqda Birləşmiş Ştatların prezidenti Donald Tramp bildirib. “Bu çox ağır gün olacaq, amma Amerika Silahlı Qüvvələri belə vəzifəni yerinə yetirməyə hazırdır”, - ABŞ prezidenti vurğulayıb. Dövlət başçısı həmçinin vurğulayıb ki, öz sələflərindən fərqli olaraq, Koreya Xalq Demokratik Respublikası barəsində ABŞ-ın xarici siyasət strategiyasının təfərrüatları açıqlamağa hazırlaşmır.
ABŞ Qarabağla bağlı bu gün qərar verəcək
ABŞ Dağlıq Qarabağın minalardan təmizlənməsi üçün 1,5 milyon dollar vəsait ayıracaq. Bu təşəbbüslə Konqres üzvü Devid Valando çıxış edib. Konqres isə təklifi bəyənib. “Amerikanın səsi”nin məlumatına görə, məsələ bu gün səsverməyə çıxarılacaq.
Myanma ordusu müsəlmanlar olan qayığa atəş açdı
Myanma ordusu Naf çayı ilə Banqladeşə keçməyə cəhd edən Arakan ştatından olan müsəlmanlarla dolu qayığa atəş açıb. Çoxlu sayda ölən və yaralananlar var. Məlumata əsasən, atəş açılan zaman qayıq çevrildiyi üçün insanların əksəriyyəti boğularaq ölüb.
Sarkisyan nə prezident, nə də baş nazir olacaq
Ermənistanın daxili və xarici siyasətini müəyyən edən şəxslər 2018-ci ilin aprel ayında Serj Sarkisyanın prezident səlahiyyətlərinin müddəti bitdikdən sonra ölkənin baş naziri vəzifəsində kimin çalışacağı ilə bağlı yekun qərar qəbul edib.
Ermənistanda dəstə komandiri ağır yaralandı
Ötən gün Ermənistanın Fövqəladə Hallar Nazirliyinə daxil olan məlumata görə, Lori vilayətinin Cacur kəndinə yaxın dağ yamaclarında yanğın baş verib. Yanğının söndürülməsinə 85 kənd sakini, 15 polis əməkdaşı, 30 hərbi qulluqçu cəlb olunub. Yanğının söndürülməsi zamanı xilasetmə dəstəsinin komandiri Q.Voskanyan bilək və baş nahiyəsindən 3-cü dərəcəli yanıq xəsarətləri alıb. O, Gümrü tibb mərkəzinə aparılıb.
Ermənistanda kəndlilər üsyan edirlər
Ermənstanda Armavir vilayətinin Sardarapat kənd sakinləri yerli hakimiyyət orqanlarına qarşı etiraz aksiyası keçirib. Buna səbəb son iki ay ərzində kəndin əkin sahələrinə suyun verilməməsidir. Kəndlilər deyir ki, hazırda 50-dək təsərrüfatın meyvə bağları susuzluqdan məhv olmaq üzrədir. Kəndlilər bu günə qədər öz sahələrini Axuryan su anbarından istifadə edərək sulayıblar. Lakin hazırda anbarda su yoxdur.














