Dünya

“Samsung” məhsullarında boşluqların aşkarlanması üçün pul mükafatı təyin olunub

8 Sentyabr 2017 19:22

“Samsung” şirkətinin məhsullarında boşluqlar aşkarlayan ekspertlər üçün 200 min dollar məbləğində pul mükafatının verilməsini nəzərdə tutan proqram istifadəyə verilib. “Mobile Security Rewards” adlanan proqram “Galaxy S”, “Galaxy Note”, “Galaxy A”, “Galaxy J”, “Galaxy Tab” istehsal xətti, eləcə də “S8”, “S8+” və “Galaxy Note 8” qabaqcıl smartfonları daxil olmaqla 38 “Samsung” mobil qurğusuna şamil edilir.  

Alimlər sifəti qismən görünən insanları tanıyan alqoritm yaradıblar

8 Sentyabr 2017 19:18

Hindistan və Böyük Britaniyadan olan alimlər qrupu tərəfindən təqdim edilmiş sifətin tanınması alqoritmi sifəti qismən görünən insanı yüksək dəqiqliklə tanımaq qabiliyyətinə malikdir. Alimlər tərəfindən təqdim edilmiş alqoritm dərin təlim əsasında işləyir və insanı onun sifətindəki 14 nöqtə üzrə (göz, qaş, dodaq və sairə) tanıyır. İlk dəfə oxşar alqoritm indiki layihənin əsas müəllifinin iştirakı ilə 2014-cü ildə hazırlanıb.

Qoşa kameralı yeni “Samsung” smartfonu nümayiş olunub

8 Sentyabr 2017 19:08

“Samsung” şirkəti Çin bazarı üçün nəzərdə tutulan yeni “Galaxy C8” smartfon modelini rəsmən təqdim edib. Modelin əsas xüsusiyyəti kimi 13 və 5 meqapikselli 2 moduldan ibarət əsas kamera qeyd olunur. Bundan başqa, qurğu ayrıca işıq diodlu işıqlandırıcıya malik 16 meqapikselli ön kamera ilə təchiz olunub. Bildirilir ki, 1920 x 1080 piksel təsvir ölçülü 5,5 düym diaqonallı “Super AMOLED” ekrana malik yeni qurğu səkkiznüvəli “MediaTek Helio P20” prosessoru əsasında işləyir. Smartfonun quraşdırılmış yaddaşı 32 giqabayt, operativ yaddaşı 3 giqabayt təşkil edir. Həmçinin, qurğunun 64 giqabayt quraşdırılmış və 4 giqabayt operativ yaddaşa malik versiyası mövcuddur.

Mayamidə 600-dək reys təxirə salındı - SƏBƏB?

8 Sentyabr 2017 19:05

ABŞ-ın Mayami şəhərində "İrma" qasırğası ilə əlaqədar hava limanında 600-ə yaxın reys təxirə salınıb. Mayamidən uçması planlaşdırılan 247 reys və şəhərə gəlməli olan 317 reys təxirə salınıb. Daha 27 reysin isə yubanması barədə məlumat verilib.

Alimlər yeni təhlükəsiz akkumulyator tipi yaradıblar

8 Sentyabr 2017 19:04

Tez-tez internetdə partlamış smartfonlardan zərərçəkmiş insan və ya onların mülkiyyəti haqda məlumatlar oxuyuruq. Əksər hallarda litium ion akkumulyatorları, daha dəqiq isə enerji yükləyən və boşaldan elektrolitlər buna səbəbdir. Adətən elektrolitlərin kifayət qədər enerji toplaması üçün onlar yanar kimyəvi maddələrdən istehsal edilməlidir, amma Merilend Universitetinin alimləri yeni təhlükəsiz elektrolit tipi yaratmağa müvəffəq olublar.

ABŞ-Çin qarşıdurması: qlobal geosiyasətin qeyri-müəyyənlikləri

8 Sentyabr 2017 18:57

Bir sıra analitiklər Amerika ilə Çin arasında beynəlxalq nüfuz uğrunda mübarizənin təhlükəli çalarlar almağa başladığı barədə proqnozlar verirlər. Onlar bütövlükdə dünya geosiyasi mənzərəsində qeyri-müəyyənliklərin artdığı qənaətindədirlər. Həmin bağlılıqda iki böyük güc arasında rəqabətin hansı geosiyasi proseslərə təkan verə biləcəyi barədə analitik fikirlər maraq doğurur. Evan Feygenbaumun bununla əlaqədar bir məqaləsi "Foreign Affairs" nəşrində dərc edilib. Müəllif problemlə bağlı geniş təhlil verir və bir sıra ziddiyyətli məqamlara diqqət çəkir. Yazıda, ümumiyyətlə, müasir geosiyasətin mühüm məsələlərinə toxunulur. Onların geosiyasi dinamikaya təsir istiqamətləri haqqında analiz aparmaq maraqlı olardı.

Yaponiyada ZƏLZƏLƏ - 5.3 bal

8 Sentyabr 2017 18:41

Yaponiyanın Honsü adasında 5,3 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Akita prefekturasını cənbunda yerin 10 kilometr dərinliyində qeydə alınıb. Yeraltı təkanlar 8 prefektura ərazisində hiss edilib.

Meksikada zəlzələ qurbanlarının sayı 32-yə çatıb

8 Sentyabr 2017 18:32

Meksika sahillərində baş vermiş güclü zəlzələ nəticəsində ölənlərin sayı 32 nəfərə çatıb. Maqnitudası 8.4 olan yeraltı təkanlar zamanı qeydə alınan dağıntılar nəticəsində Oahaka ştatında 23, Çyapasda 7, Tabasko ştatında isə 2 nəfər həlak olub.

Erməni fəal məhkəməyə etirazını belə bildirdi

8 Sentyabr 2017 17:47

Ermənistanda siyasi məhbus Jirayr Sefilyanın və digərlərinin işi üzrə məhkəmə iclasından öncə ictimai fəal Vardqes Qasparin təkbaşına etiraz aksiyası keçirib. Qasparin bu yolla Sefilyan üçün ayrılmış ictimai vəkil Marine Tovmasyanın məhkəmənin qərarlarına, bu qərarların icrasında, Jirayrın razılığı olmadan iclaslarda iştirak etməsinə etirazını bildirib. O, etirazını yerə uzanmaqla həyata keçirib.

ABŞ-da məktəbdə atışma

8 Sentyabr 2017 17:43

ABŞ-ın Ohayo ştatında orta məktəblərin birində atışma qeydə alınıb. Kolumbus şəhərində baş vermiş atışma nəticəsində xəsarət alan olmayıb. Polis atəş açan şəxsi saxlayıb. Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

Fransa Əsədlə bağlı mövqeyini açıqladı

8 Sentyabr 2017 17:41

Suriya prezidenti Bəşər Əsədin hakimiyyətdən gedişi ölkədə keçid prosesinin başlanğıcı üçün şərt olmamalıdır. Bunu Fransanın Xarici İşlər Nazirliyinin başçısı xarici işlər naziri Jan-İv Le Drian rusiyalı həmkarı Sergey Lavrovla görüşdən sonra keçirdiyi birgə mətbuat konfransında deyib.

İspaniyada vətəndaş müharibəsi başlayır?

8 Sentyabr 2017 17:32

Kataloniya parlamentinin sentyabrın 6-da qəbul etdiyi qərar ölkəni vətəndaş müharibəsi həddinə gətirib.  İspaniya hökumətindən yüksək vəzifəli bir səlahiyyətli referendumun keçirilməməsi üçün bütün vasitələrdən istifadə olunacağını deyib.

Dominikanda dəhşət — 16 yaşlı qızın meyiti çemodanda tapıldı

8 Sentyabr 2017 16:58

Dominikan respublikasında dəhşətli cinayət hadisəsi baş verib. 16 yaşlı hamilı Emeli Pequeronun meyiti yol kənarındakı bir çemodanın içində tapılıb. Məhkəmə tibbi ekspertizasının rəyinə əsasən 5 aylıq hamilə qızın uşaqlığı parçalanıb və başına sərt alətlə zərbə endirilib. 

Rusiyada tapılan iri almaza Türkiyədə qətlə yetirilmiş səfirin adı verildi

8 Sentyabr 2017 16:51

Rusiyada aşkar edilmiş 52 karata yaxın ölçüdə olan almaz ölkənin Türkiyədə qətlə yetirilmiş keçmiş səfiri Andrey Karlovun şərəfinə adlandırılıb. Almaz bu ilin iyul ayında tapılıb.

Medvedev bəzi peşələri “ölümə” hazır olmağa çağırdı

8 Sentyabr 2017 16:32

Rəqəmli iqtisadiyyatın inkişafı bəzi peşələri tamamilə “öldürə" bilər”. Bu barədə Rusiyanın baş naziri Dmitri Medvedev xəbərdarlıq edib. “Texnologiya transformasiyası yalnız əmək məhsuldarlığının artmasına gətirib çıxarmayacaq, həm də bəzi peşələri “öldürə” və insanların gəlirlərinin polyarlaşması risklərini gücləndirə bilər", - Medvedev Moskva maliyyə forumunda çıxışında deyib.