Dünya
Rusiya və Misir terrorla mübarizəyə qarşı hərəkətə keçdi
Rusiya ordusu Misrilə birlikdə “Dostluğun Qoruyucuları 2” adlı hərbi təlimlərə start verib. Bu barədə Misir ordusundan yazılı açıqlama verilib. Açıqlamada iki orduya mənsub paraşütçü dəstələr Rusiyanın cənubunda yerləşən Novorossiysk şəhərində hərbi təlimlər keçirib.
Rusiyadan gözlənilməz hücum: onlarla dinc sakin həlak oldu
Rusiyaya aid savaş təyyarələri Suruyanın Deyr-əz-zor şəhərində böyük hava hücumu həyata keçirib. Hücum nəticəsində ən az 34 dinc sakin həlak olub.
ABŞ – da FACİƏ
ABŞ-ın Texas əyalətində bir evə silahlı hücum olub. “Olaylar” bildirir ki, hücum zamanı bir ailənin səkkiz üzvü öldürülüb, iki nəfər ağır yaralanıb. 8 nəfərin ölümünə səbəb olan təcavüzkar ABŞ polisi tərəfindən öldürülüb. Hadisənin səbəbi hələ də məlum deyil.
Rza Zərrab həbsdən azad edildi? - FOTO
Sabiq prezidentə qarşı cinayət işi açıldı
Gürcüstanın sabiq prezidenti və Ukraynanın Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşviliyə qarşı cinayət işi açılıb. Bu barədə Ukrayna polisinin “Tvitter” səhifəsində bildirilir. Cinayət işi Cinayət Məcəlləsinin 332-ci (Ukrayna Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsi ilə açılıb. Qeyd edək ki, ötən axşam Mixail Saakaşvili Polşa-Ukrayna sərhədini keçərək Lvov şəhərinə gəlib. M. Saakaşvili ABŞ-da olarkən Ukrayna prezidenti Petr Poroşenko M. Saakaşvilini Ukrayna vətəndaşlığından məhrum edib.
Azərbaycanlı bəylə gəlin toya helikopterlə gəldi - VİDEO
Quş təyyarəyə çırpıldı: Bakıdan İstanbula gedən təyyarə eniş edə bilmədi – VİDEO
500-dən çox insan təxliyyə edildi
İspaniyanın Uelva əyalətində geniş meşə yanğınları səbəbindən 500-dən çox insan təxliyyə edilib. Yanğın cümə günü Andalusiya muxtar birliyinin Uelva əyalətində yerləşən La-Qranda-de-Rio-Tinto yaşayış məntəqəsi yaxınlığında qeydə alınıb. Ərazidən 500-dən çox sakin təxliyyə edilib. Yanğın ilə 350 yanğınsöndürən mübarizə aparır, hadisə yerinə xüsusi hava texnikası cəlb olunub.
Tramp və Ərdoğan Yaxın Şərqi müzakirə etdi
ABŞ və Türkiyə prezidentləri Donald Tramp və Rəcəb Tayyip Ərdoğan arasında telefon danışığı baş tutub. Tərəflər Yaxın Şərqdə sülh və stabilliyin əldə olunması məsələlərini müzakirə ediblər. Bu barədə Ağ Evin məlumatında bildirilir. “Prezident Tramp, ABŞ və Türkiyənin regional stabilliyin gücləndirilməsi naminə birgə işə sadiq olduqlarını vurğulayıb”, - deyə bəyanatda bildirilir. Bundan əvvəl D.Tramp Qətər şeyxi Tamim bin Həmid əl Tani ilə telefonla danışıb.
40 nəfər bir qızı zorladı - qeyri-adi təcavüz olayı - FOTO
Aparıcıdan Alişanın ayrılığına gözlənilməz sözlər
Aparıcı Ece Erken gəzinti zamanı görüntülənib. Aparıcı ayaqüstü jurnalistlərlə söhbət edib. O, yaxın dostu Alişanın Eda Erolla nişanını qaytarmasına fərqli münasibət bildirib: “İkisi üçün də xeyirlisi olsun. Bu aralara ay bütövdür, hamı ayrılır”.
Merve Muradla qaldığı evdən getdi
Müğənni Murad Dalkılıçdan boşanma ərəfəsində olan aktrisa Merve Boluğur günlərini Çeşmədə keçirir. Aktrisa Muradla birlikdə yaşadığı evi boşaldıb. Belə ki, merve anası Nehra Boluğuru Yeniköydəki evə gedərək şəxsi əşyalarını götürməsini istəyib. Nehra qızı üçün yeni ev axtarışına da başlayıb.
Daha bir məşhur cütlük ayrıldı
Aktrisa Qamze Topuzla futbolçu sevgilisi Tümer Metin ayrılıblar. Bu barədə aktrisa sosial şəbəkədə yazıb: “Tümer Metinlə 8 aydır davam edən münasibətimizi bir-birimizi yormamaq, aramızdakı sevgi və hörməti itirməmək üçün bitirmək qərarına gəldik. Bu həssas dövrdə hər birinizdən anlayışlı olmağınızı istəyirik”.
“Google”un fərdi xəbər lenti artıq bütün dünyada əlçatandır
2016-cı ilin dekabrında “Google” şirkəti tərəfindən təqdim edilmiş "ağıllı" xəbər xəttinin məzmunu istifadəçilərin fərdi özəllikləri əsasında formalaşdırılır. Bu vaxtadək yalnız ABŞ-da əlçatan olan funksiya indi bütün dünyada aktivdir. Fərdi xəbər lenti “Google”un “Android” üçün əsas proqramında əlçatandır. Tezliklə sözügedən funksiya proqramın “iOS” versiyasında, həmçinin axtarış sisteminin masaüstü və mobil versiyalarında əlçatan olacaq. Yeni xidmət “Google Feed” adlandır. "Ağıllı" lentə yalnız xəbərlər deyil, həm də axtarış tarixçəsi, istifadəçinin olduğu yer və “Google”un başqa onlayn xidmətlərindən məlumatlar əsasında seçilmiş musiqi, film, məqalə və başqa fərdiləşdirilmiş məzmun daxil edilib.
İtmiş smartfonların axtarışı üçün üsul kəşf edilib
Şotlandiyanın Sent-Edryu Universitetinin tədqiqatçılar qrupu itmiş smartfonların axtarışı üçün “SpeCam” adlı proqram hazırlayıblar. Mobil əlavə xüsusi alqoritmlər sistemindən istifadə edərək smartfonun olduğu səthin növünün və rənginin müəyyənləşdirilməsi üçün qurğunun ön kamera və ekranından yararlanır. Bu halda displey smartfonun ön kamerası ilə tutuşdurulduqdan sonra axtarışın aparıldığı kompüterə göndərilən səthdən əks olunan çoxspektrli işıq mənbəyi qismində çıxış edir. Texnologiyanın əsas üstünlüyü axtarılan qurğunun aparat və proqram təminatına qarşı olan minimal tələblərdir.














