Dünya
Polşa Almaniyadan 50 milyard dollar tələb edəcək
Polşa Seyminin (parlamentinin) ekspert komissiyası Almaniyadan tələb ediləcək reparasiyalar üzrə 40 səhifəlik yekun sənəd layihəsi hazırlayıb. Komissiyanın gəldiyi nəticəyə görə, tələblər haqlıdır. Bildirilir ki, İkinci Dünya müharibəsi illərində alman işğalı nəticəsində Polşa bütün Avropada ən çox insan və ehtiyat itkilərinə məruz qalıb. Eyni zamanda, ölkənin paytaxtı Varşava şəhəri dağıdılıb.
Ermənistan hərbi üstünlüyünü artırmaq istəyir
Ermənistan hərbi sahədə üstünlüyü ələ almaq, Azərbaycanla hədə, təhdid dilində danışmaq üçün bütün mümkün vasitələrdən, imkanlardan yararlanır. Bu imkan və vasitələr işğalçı ölkənin milli maraqları, hətta bir dövlət kimi səviyyəsinə uyğun gəlməsə də belə, İrəvan qeyd edilən sahədə üstünlüyünü artırmaq üçün durmadan səy göstərir. İsraillə hərbi əməkdaşlıq cəhdi, Çindən hərbi texnika almaq istəyi, NATO ilə əlaqələri inkişaf etdirərək onun təlimlərinə qoşulmaq manevrləri və digər məqamlar deyilənləri təsdiqləyir.
Ermənistana “11 sentyabr” HÜCUMU: düşmən ölkədə BÖYÜK HAZIRLIQ
Ermənistanda Avrasiya İqtisadi İttifaqından çıxmaqla bağlı təkliflər gündəmə gəlib. Ermənistan parlamentində təmsil olunan “Çıxış” (Yelk) bloku Rusiyanın yaratdığı ittifaqdan çıxmaqla bağlı qanun layihəsi hazırlayıb. Layihəni parlamentin digər fraksiyaları dəstəkləmir, lakin bu təşəbbüs erməni ictimaiyyətində alqışla qarşılanıb.
3500 il yaşı olan mumiya tapıldı - VİDEO
Misirin Luksor bölgəsində, Nil çayının qərb sahillərində içində bahalı daş-qaşlar, miniatür heykəllər və birdən çox mumiya olan məzar tapılıb. Misirli arxeoloqlar tərəfindən incələnən məzarın fironların 18-ci sülaləsinin idarəsi dövründə yaşamış kral zərgərinə məxsus olduğu bildirilib. Məzarda zərgərə və onun ailəsinə (həyat yoldaşı, uşaqlarına) məxsus əşyalar və cəsədlər( mumiyaları) tapılıb.
Rusiyaya məxsus təyyarələr Suriyanı bombaladı
Suriyanın Diyirizor vilayətində Rusiyaya məxsus olduğu iddia edilən təyyarələrin hava hücumları zamanı 19 nəfər həlak olub. “Olaylar” bildirir ki, Suriya İnsan Haqqları Şəbəkəsi internet saytı hava hücumunu təsdiqləyib.
ŞOK İDDİA: Suriyalı azyaşlı qızlar türkiyəli kişilərə satılır
Britaniyada fəaliyyət göstərən “Times” qəzeti Türkiyənin Qaziantep bölgəsi haqqında yazdığı xəbərdə şok iddialara yer verib. Xəbərdə Suriyadakı müharibədən qaçıb Türkiyəyə sığınan kiçik yaşlı qızların türkiyəli kişilərə satılması iddia edilib.Qəzet azyaşlı qızların 5000-6000, gözəl qızların isə 10 000 lirə qarşılığında ikinci arvad kimi özlərindən yaşca qat-qat böyük kişilərə satıldığını yazıb. "Alıcılar" hətta "satıcılar"a “17 yaşdan kiçik, yaşıl gözlü, uzunboy olsun” kimi sifarişlər də veriblər.
Rusiya ÜAK-a vaxt qoydu
Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) bu yaxınlarda fəaliyyəti dayandırılan Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) ayrı-ayrı üzvlərinə sorğu göndərib. Sorğuda FSB Ümumrusiya Azərbaycan Konqresinin regional nümayəndələri rəhbərlərinə müraciət edərək təşkilatın möhürlərinin təhvil verilməsini tələb edib.
Somalidə terror – 24 əsgər həlak oldu
Somali də terror hadisəsi baş verib. “Olaylar” bildirir ki, Şahabab terror təşkilatı bir hərbi avtomobili partladılması nəticəsində 24 əsgər həlak olub. Bölgədə münaqişələrin davam etdiyi bildirilir.
İraqda 1400 İŞİD üzvü saxlanıldı – Azərbaycan vətəndaşları da var
İraq təhlükəsizlik qüvvələri Mosulda məskunlaşan İŞİD terrorçularını və onların ailə üzvləri də daxil olmaqla 1400 nəfəri həbs edib. “Olaylar” bildirir ki, əsir götürülmüş qadınların və uşaqların bəziləri həbsdədirlər.
Roma papası qəza keçirdi - Yaralanıb
Kolumbiyada səfərdə olan Roma Papası I Fransisk qəza keçirib. Kartaxena şəhərində səyahət edərkən Papanı aparan elektromobil qəflətən dayanıb. Nəticədə I Fransiskin başı şüşəyə dəyib. Həkimlər Roma papasının qaşından və gözünün altından xəsarət aldığını deyib. Papaya zəruri yardım göstərildikdən sonra o, gəzintini davam etdirib.
11 sentyabr — Terror aktı, yoxsa xüsusi xidmət orqanlarının təxribatı?
11 sentyabr terror aktları — Əl-Qaidə terror təşkilatı tərəfindən 2001-ci il sentyabr ayının 11-də ABŞ-ın Nyu-York və Vaşinqton şəhərlərindəki hədəflərə qarşı həyata keçirilən silsilə terror aktlarıdır.
Saakaşvili yüzlərlə tərəfdarı ilə Ukraynaya girdi- VİDEO
Gürcüstanın sabiq prezidenti və Ukraynanın Odessa vilayətinin eks-qubernatoru Mixail Saakaşvili Polşadan Ukraynaya daxil olub. Saakaşvili yüzlərlə dəstəkçisinin köməkliyi ilə Ukraynaya daxil ola bilib. Saakaşvili bildirib ki, keçidin bağlı olmasına acıqlı kütlə qəfildən onu sərhəddən keçirib.
Türkiyədə növbəti ağır yol qəzası: ölənlər var - VİDEO
Türkiyədə ağır yol qəzası baş verib. Ankara-Konya magistralında Mardindən Ankaraya hərəkət edən şəhərlərarası sərnişin avtobusu sürücünün idarəetməni itirməsi nəticəsində yük avtomobilinə çırpılıb.
Qasırğa Mayami küçələrini çaya döndərib
"İrma" qasırğası səbəbindən ABŞ-ın Florida ştatında həyat şəraiti çətinləşib. Məlumata görə, qasırğa nəticəsində Mayaminin küçələri gur sulu çayı xatırladır. Floridada 3,3 milyon insan işıqsız qalıb.
Karlova sui-qəsd cinayətində ŞOK FAKTLAR
Rusiyanın Türkiyədəki səfiri Andrey Karlova “Əl- Qaidə” terror təşkilatının adı ilə sui-qəsd təşkil edən FETÖ üzvü Mövlud Mərd Altındaş cinayətində yeni dəllilər ortaya çıxıb. Cinayətkarın Vatsap hesabında “Əl- Qaidə” terror təşkilatının əleyhinə olan mesajları aşkar edilib. Mesajlarda sui-qəsdçinin terror təşkilatının Suriya və İraqda elan etdiyi cihadı tənqid etməsi faktı ortaya çıxıb.














