Dünya

“Samsung” virtual reallıq eynəyi psixi pozğunluğu diaqnozlaşdırmağa kömək edəcək

11 Sentyabr 2017 18:31

“Samsung Electronics” şirkəti psixi pozğunluğu diaqnozlaşdırmaq üçün virtual reallıqdan istifadə edəcək proqram hazırlayacaq. Şirkət bu məqsədlə 2018-ci ildə yeni əlavələri klinika, demensiyanın müalicəsi üzrə mərkəz və məktəblərdə (gələcəkdə ondan bütün istifadəçilər, məsələn, ev şəraitində istifadə üçün imkan yaratmaq nəzərdə tutulur) kommersiyalaşdırmaq üçün “Gangnam Severance” xəstəxanası və “FNI” virtual reallıq kontenti tərtibatçısı ilə əməkdaşlıq haqqında saziş imzalayıb.

Saakaşvili Lvovu yeni inqilabın qərargahına çevirir

11 Sentyabr 2017 18:06

Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru, Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili Ukraynanın Lvov şəhərini siyasi mübarizənin mərkəzinə çevirir. “Yeni güclərin hərəkatı” partiyasının lideri “Batkivşina” Partiyasının lideri Yuliya Timoşenko və başqa Ukrayna siyasətçiləri ilə birlikdə “Leopolis” mehmanxanasında müşavirə keçirir. Bu haqda Ali Radanın “Qarşılıqlı yardım” fraksiyasından xalq deputatı Yeqor Sobolev bildirib. “İndi biz müşavirə keçirəcəyik.

Qatarlar toqquşdu – Yaralılar var

11 Sentyabr 2017 17:29

İsveçrənin Andermatt şəhərinə yaxın ərazidə iki qatar toqquşub. “Olaylar” bildirir ki, içərisində 100 sərnişini olan qatarda 27 nəfər yaralanıb. İsveçrə polisi dağlıq bölgədə yerləşən Andermatt qəzasını araşdırmağa başlayıb.

"İrma" qasırğasının törətdiyi fəlakət- insanlar şəhərlərdən qaçır, evlər dağılır - VİDEO

11 Sentyabr 2017 16:59

ABŞ-ın Florida ştatında "İrma" qasırğasının törətdiyi fəlakət kameralara düşüb. Məlumata görə, 210 kilometr sürətlə hərəkət edən qasırğa Floridanın cənub sahillərində intensivliyi artırıb. Rəsmi qurumlar qasırğanın təsirinin nisbətən azaldığını bildirib. Məlumata görə, Florida ştatının şimal-qərbində təxminən 160 kilometr saat sürətlə təxminən 3 milyon əhalisi olan Tampa istiqamətində hərəkət edir.

Çində aramsız yağış - Minlərlə insan təxliyə olunub

11 Sentyabr 2017 16:48

Çinin cənub-qərb və mərkəzi rayonlarında aramsız yağış və daşqınlar nəticəsində 8 nəfər həlak olub. Məlumata görə, yağıntılar dördüncü gündür ki, davam edir. Yeddi nəfərin itkin düşdüyü məlumat verilib.

Güləndən təlimat: Ərdoğanı canlı ələ keçirin

11 Sentyabr 2017 16:15

Ərdoğanı canlı ələ keçirin, əllərini arxadan bağlayın, diz çökmüş vəziyyətdə fotosunu çəkin.  Bu sözləri FETÖ terror təşkilatının lideri Fətullah Gülən 15 iyul hərbi çevriliş cəhdindən əvvəl təlimat verərkən deyib.

Gözləyirik ki, böyük güclər Türkiyəni parçalasın... – Məlikyan   

11 Sentyabr 2017 16:13

Türkiyənin bu dəqiqə Ermənistan-Türkiyə münasibətlərindən daha ciddi problemləri var. Bunu “1in.am” saytına açıqlamasında erməni ekspert Gevorq Məlikyan söyləyib. “Ermənistanda Türkiyə ilə bağlı çox primitiv mövqe var.

Rusiya Ukrayna nazirinə və 20 zabitə cinayət işi qaldırdı

11 Sentyabr 2017 16:09

Rusiya Federasiyası İstintaq komitəsi tərəfindən Ukrayna Müdafiə Nazirliyinin yüksək rütbəli 21 zabitinə qarşı cinayət işi başladılıb. Bu barədə Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko informasiya verib. Ukrayna Müdafiə Nazirliyinin rəhbəri, onun 4 müavini, Baş Qərargah rəisi və 15 yüksək rütbəli hərbçi Donbas sakinlərinə qarşı soyqırım və digər cinayətlər törətməkdə ittiham olunub.

Myanmada müsəlmanların qanına girən beynəlxalq güclər: Savaş nəyin uğrundadır?

11 Sentyabr 2017 16:01

Müsəlman əhalinin buddistlər tərəfindən kütləvi şəkildə qəddarlıqla qətlə yetirildiyi Myanmada baş verənləri bütün dünya soyuqqanlılıqla izləyir. Bir neçə gün öncə "Amnesty International" təşkilatı bildirib ki, Myanmada baş verən cinayətlər birbaşa müsəlmanlara qarşı törədilir, bu cinayətlərin günahkarı isə həm ölkənin təhlükəsizlik qüvvələri, həm də yerli buddistlərdir.

Qazaxıstanda yeni əlifba layihəsi: 17 hərf ixtisar olunur

11 Sentyabr 2017 15:59

Qazaxıstan parlamentinə 25 hərfdən ibarət latın qrafikası əsasında yeni əlifba təqdim olunub. Novator.az-ın məlumatına görə, Dilçilik İnstitutunun direktoru Erden Kajıbek sentyabrın 11-də belə açıqlama verib.

Alla Puqaçova azərbaycanlılar kimi rəqs etdi – VİDEO

11 Sentyabr 2017 15:52

Rusiyanın “Birinci” kanalı iyulun 29-da Bakıda keçirilən “Jara - 2017” Beynəlxalq Musiqi Festivalı çərçivəsində, SSRİ Xalq Artisti, Rusiya Federasiyası Dövlət Mükafatı laureatı Alla Puqaçovanın yaradıcılıq gecəsinə həsr olunmuş konsert proqramını yayımlayıb.

"Saakaşvilinin Ukrayna sərhədini keçməsi dövlətçiliyə qarşı hücumdur"

11 Sentyabr 2017 15:38

Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilinin Ukrayna sərhədini zorla keçməsi dövlətçiliyə qarşı hücumdur. Bunu Ukraynanın Baş naziri Vladimir Qroysman Facebook səhifəsində yazıb. Onun sözlərinə görə, Ukrayna sərhədini zorakılıqla keçməyə çalışan şəxslər məsuliyyətə cəlb olunmalıdır.

İranda təhsil alan azərbaycanlı qızın ŞOK ETİRAFI- Bizi imamın evinə aparıb 10 nəfərlə...

11 Sentyabr 2017 15:25

İranda təhsil almış Gültəkin Məcidova adlı azərbaycanlı qız Qum şəhərinin imam cüməsi tərəfindən zorlandığını etiraf edib.  2006 ci ildə İranın Qum şəhərində təhsil almış Gültəkin Məcidova adlı qız etiraf edir ki, İranda təhsil alan Azərbaycanlı qızlarının hamısının bakirəlikləri pozulur. Azərbaycana qayıdanda çoxları evlənə bilmirlər. Qorxurlar ki, toy gecəsi evlərinə geri qaytarılarlar. Ona görədə çoxu Ocaq Nicat (?) kimi və sairə dələduzlarla siğə edərək cinsi ehtiyaclaırnı qarşılayırlar. 

Gümrüdə hərbçilər arasında dava: Xəsarət alanlar var

11 Sentyabr 2017 15:15

Ermənistanda rus hərbçilər arasında kütləvi dava baş verib. Hadisə ötən gün (10 sentyabr) saat 23.30-da Ermənistanın Gümrü şəhərində qeydə alınıb. Vətəndaşların müraciətindən sonra hadisə yerinə gələn polis ağır bədən xəsarətləri alan şəxsi aşkar edib. Polislər milliyətcə rus olan 26 yaşlı Yuri Nikolayevi Gümrü tibb mərkəzinə aparıblar.  Araşdırmalar zamanı məlum olub ki, mübahisə Rusiya vətəndaşları 23 yaşlı V.Krasovski, 22 yaşlı V. Yudin, 26 yaşlı N. Qizatullayev və 26 yaşlı Y.Nikolayev arasında baş verib. Dava zamanı, Nikolyev bədən xəsarətləri alıb. Saxlanılan Qizatullayev Nikolayevi döydüyünü etiraf edib. 

ABŞ Rusiyaya hücum üçün mini nüvə bombaları hazırlayacaq

11 Sentyabr 2017 14:57

ABŞ prezidenti Donald Tramp administrasiyası nüvə silahının yeni tipinin hazırlanması ilə bağlı fikrini dəyişdirir. Bu haqda mənbələrə istinadən “Politico” nəşri yazır. Xəbərə görə, ABŞ daha kiçik ölçüləri və zərərin daha aşağı dərəcəsi ilə fərqlənən “mini-bombalar”ın yaradılması üzərində düşünür. Belə silah Amerika hərbçilərinə daha çox strateji imkan verəcək. Ənənəvi nüvə silahından istifadə çoxsaylı beynəlxalq konvensiyalarla qadağandır və bu silahın daha zəif nümunələrin tətbiqinə icazəni almaq daha realdır.