Dünya
Oğlan efirdə sevgilisinə evlilik təklifi etdi - VİDEO
Britaniyada yayımlanan "X Factor" verilişində maraqlı anlar yaşanıb. Verilişə qatılan Sam Black hər kəsin diqqətini cəlb etməyi bacarıb. Belə ki, o, yayım zamanı sevgilisinə evlənmə təklifi edib. Tamaşaçılar onu ayaqüstə alqışlayıblar. Lakin veriliş efirə gedəndən sonra izləyicilər bunun qurma olduğunu düşünüblər. Belə ki, Samın anidən səhnəyə dəvət olunan sevgilisinin boynunda mikrofon olması izləyicilərdə şübhə yaradıb. Sosial şəbəkələrdə müzakirə olunan video birmənalı qarşılanmayıb.
Putin Dağıstanın yeni rəhbərinin ADINI AÇIQLADI
Rusiya Prezidenti Vladimir Putin Dağıstan rəhbəri Ramazan Abdulatipovun istefasını qəbul edib. Onun vəzifəsinin icrası müvəqqəti olaraq Vladimir Vasilyevə həvalə olunub.
Bərzaninin əsas rəqibi öldü
İraqın 6-cı prezidenti və Kürdüstan Vətənpərvərlik Birliyinin lideri Cəlal Tələbani 83 yaşında həyatını itirib. Təlabani müalicə olunduğu Berlində dünyasını dəyişib. Onun səhhəti 2012-ci ilin dekabrında Bağdadda keçirdiyi beyin qanamasından sonra pisləşib. Müalicə üçün Almaniyaya gedən keçmiş prezident 2014-cü ilin iyulun 19-da Süleymaniyəyə dönüb. Növbəti dəfə Almaniyaya və Avstriyaya gedən Tələbani 2016-cı ilin sentyabrında Şimali İraq kürd muxtariyyətinə qayıdıb. O, bu ilin iyul ayında İranın paytaxtı Tehrana səfər edib. Təlabani 2005-2014-cü illərdə İraqın prezidenti olub.
Kürd muxtariyyətinə NÖVBƏTİ ZƏRBƏ: hamısı qovuldular
Sentyabrın 25-də birtərəfli qəbul etdiyi qərarla müstəqillik referendumu keçirən Şimali İraq kürd muxtariyyətinə növbəti zərbə vurulub. İraq parlamenti Şimali İraq kürd muxtariyyətini təmsil edən millət vəkillərinin mandatını ləğv edib. Bundan başqa, Bağdad muxtariyyəti təmsil edən millət vəkillərinin geri dönməsini istəyib.
Ali Radanın işində fasilə yarandı - Yanğınsöndürənlər çağırıldı
Bu gün Ukrayna Ali Radasının işində qısamüddətli fasilə yaranıb. Buna iclas keçirilən zaman zaldakı tüstülənmə səbəb olub. Ali Radanın vitse-spikeri iclası yarımçıq saxlayaraq 15 dəqiqəlik fasilə elan edib və bildirib ki, yanğınsöndürənlər zala çağrılıb. Tüstülənmənin qarşısı alındıqdan sonra parlamentin işi bərpa olunub.
Putin Kataloniyada keçirilmiş referenduma münasibət bildirib
Rusiya prezidenti Vladimir Putin oktyabrın 1-də Kataloniyanın müstəqilliyi üzrə keçirilmiş referendumu “İspaniyanın daxili işi” adlandırıb. Bunu dövlət başçısı 20 ölkənin səfirlərinin etimadnamələrini qəbul edərkən deyib. Rusiya prezidenti bildirib ki, Moskva “İspaniyaya görə bərk narahatdır”.
Putin 20 ölkənin səfirlərinin etimadnamələrini qəbul edib
Bu gün Kremldə 20 ölkənin Rusiyaya yeni təyin olunmuş səfirləri prezident Vladimir Putinə etimadnamələrini təqdim ediblər. Səfirlər etimadnamələrini təqdim etdikdən sonra Rusiya prezidenti Vladimir Putin mərasimdə çıxış edib. O, Rusiyanın yeni səfirlərin təmsil etdikləri ölkələrlə ikitərəfli əlaqələrinə, dünyada baş verən böhranlara və regional münaqişələrə toxunub. Rusiya-ABŞ münasibətlərindən danışan V. Putin bildirib ki, ikitərəfli münasibətlərin hazırkı vəziyyəti qənaətbəxş deyil: “Moskva Vaşinqtonla konstruktiv, qarşılıqlı faydalı əməkdaşlığın tərəfdarıdır. Əminik ki, bu münasibətlərin əsasında bərabərlik prinsipi, milli maraqlara hörmət, daxili işlərə qarışmama dayanmalıdır”.
23 ildir vəzifədə olan mer istefa verir?
Ankara şəhərinin meri İbrahim Melih Gökçek istefa verə bilər. M.Gökçekin istefasını hakim Ədalət və İnkişaf Partiyası (AKP) tələb edib. Bu addımın səbəbləri barədə məlumat verilmir.
Həbs edilmiş nazirin 4 mənzili, 3 imarəti və 3 iri torpaq sahəsi üzə çıxdı
Moskvada həbs edilmiş keçmiş iqtisadi inkişaf naziri Aleksey Ulyukayevin davam edən məhkəmə prosesində bu gün prokuror məmurun üzə çıxarılmış əmlaklarının siyahısını açıqlayıb. 2 milyon dolar rüşvət alarkən tutulmuş A.Ulyukayevin əmlakları aşağıdakılardır:
Ərdoğan: “Məhv olarıq, əgər...”
“Kimsəni təhdid etmək kimi niyyətimiz yoxdur. Biz səmimi xəbərdarlığımızı edirik”. Bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) qrup toplantısında Şimali İraq kürd muxtariyyətində keçirilən referendumla bağlı danışarkən deyib.
Madaqaskarda taun epidemiyası - Ölənlər var
Madaqaskarda 130-dan çox adam taun xəstəliyinə yoluxub. Məlumata görə, adada tauna yoluxma faktı avqust ayında ilk dəfə qeydə alınıb.
Dünya üçün yeni təhlükə - Separatizm dalğası genişlənir
İraq Kürdüstanından sonra İspaniyanın Kataloniya bölgəsində keçirilən müstəqillik referendumu dünyanın siyasi gündəmini dəyişib. Başda ABŞ olmaqla dünyanın əksər ölkələrinin qarşı çıxdığı referendumların reallaşması dünyada yen separatizm dalğasının genişlənməsindən xəbər verir.
Marsla bağlı inanılmaz ELMİ İZAH - FOTOLAR
Kanada və ABŞ-dan olan bir qrup geofizikin araşdırmaları nəticəsində Marsda su hövzələrinin mövcudluğu elmi cəhətdən izah olunub. Tədqiqatın nəticələri "Nature Geoscience" jurnalında dərc edilib. Planetin səthində mayenin mövcud olması üçün xüsusi temperatur şəraiti olmalıdır. Alimlər iddia edir ki, metan və litosferdən ayrılan istilik bunu təmin etdiyi üçün iddia əsassız deyil.
Putinin generalının Bakıya SİRLİ SƏFƏRİ - Kulislərdə GİZLİ DÖYÜŞ
Rusiya Federasiyasının Təhlükəsizlik Şurasının baş katibi, general Nikolay Patruşev ötən şənbə Bakıya səfər etdi. İlk baxışdan, sıradan diplomatik təmas kimi görünən səfərdə müzakirələr haqda məlumatların ictimaiyyətə açıqlanmaması diqqət çəkir.
"Rusiya Türkiyəyə "S-400"lərin kodunu verməyəcək" — ŞOK İDDİA
Rusiya mətbuatı Türkiyə-Rusiya arasındakı "S-400" hava hücumundan müdafiə raketləri barədə şok iddia səsləndirib. İddiaya əsasən, müdafiə sistemlərinin kodları və nəzarəti Türkiyəyə verilməyəcək. Rusiyalı bir rəsminin "gazeta.ru" saytına verdiyi müsahibəyə əsasən, Rusiya tərəfi bu təklifi rədd edib.














