Dünya

İspaniya kralı Kataloniyadakı referendum barədə bəyanat verdi

4 Oktyabr 2017 09:32

İspaniya kralı VI Felipe bəyan edib ki, Kataloniya hökuməti ölkə konstitusiyasını pozur. Onun bəyanatı ölkə başçısının rəsmi saytında yerləşdirilib. “Kataloniyada yerli hakimiyyət özünü qanun və demokratiyadan kənarda göstərdi. Onlar İspaniyanın birliyini sındırmaq istəyirlər. Öz məsuliyyətsiz hərəkətləri ilə onlar Kataloniyanın və bütün İspaniyanın iqtisadiyyatını və sosial stabilliyini təhlükə altına atırlar”, – bəyanatda deyilir.

Dağıstana təyin ediləcək yeni başçı azərbaycanlıdır –  İDDİA

4 Oktyabr 2017 09:30

Xəbər verdiyimiz kimi, oktyabrın 3-də Rusiya prezidenti Vladimir Putin Dağıstanın başçısı Ramazan Abdulatipovun istefasını qəbul edib.   Dağıstan rəhbəri vəzifəsinin səlahiyyətlərinin icrası müvəqqəti olaraq Dövlət Dumasının “Vahid Rusiya” fraksiyasının lideri Vladimir Vasilyevə həvalə olunub.

15 diplomat ölkədən qovuldu

4 Oktyabr 2017 09:18

ABŞ Kubanın Vaşinqtondakı səfirliyində fəaliyyət göstərən 15 diplomatı ölkədən çıxarmaq qərarı verib. Bu barədə ABŞ-ın dövlət katibi Reks Tillerson bildirib. Onun sözlərinə görə, diplomatların ölkədən çıxarılması ilə bağlı Kuba hökuməti məlumatlandırılıb.

“Kara Sevda” serialının aktrisasının ÇİRKİN YALANI ÜZƏ ÇIXDI

3 Oktyabr 2017 20:20

Neslihan Atagülün saçlarının taxma olduğu üzə çıxıb. Burak Özçivitlə oynadığı “Kara Sevda” serialındakı Nihan rolu sayəsində sevilən aktrisa məşhur şampun markasının reklamına çəkilib. Çəkilişlər zamanı Neslihan Atagülün salonda çəkilmiş videosu müzakirələrə səbəb olub. Məsələ burasındadır ki, aktrisanın instaqramda paylaşdığı videoda saç ustasının əlindəki taxma saçlar diqqətdən qaçmayıb.

Keçmiş nişanlısı məşhur müğənnini ziyana saldı – 72 min dollar

3 Oktyabr 2017 20:10

Məşhur türk müğənnisi Alişanı keçmiş nişanlısı Eda Erol ziyana saldı. Olaylar bildirir ki, noyabr ayında evliliyi düşünən Alişan kiraladığı lüks villa üçün hər ay 6 min dollar ödəməli idi. Bir illik kirayəni ödəyən müğənni sentyabr ayında nişanlısı Eda Eroldan ayrıldı.

“Multi-SIM” həlli eyni abunəçi nömrəsini müxtəlif qurğularda istifadə edəcək

3 Oktyabr 2017 19:45

“Ericsson” şirkəti eyni abunəçi nömrəsini bir-biri ilə əlaqəsi olmayan bir neçə qurğuda istifadə etməyə imkan verəcək yeni “Multi-SIM” həllini nümayiş etdirib. Bu, ilk növbədə “ağıllı” saatlar və bir sıra hallarda smartfondan ayrı istifadə edilən digər portativ qurğular üçün lazımdır. Bundan başqa, yeni həll məsələn, “ağıllı” avtomobil, eləcə də telefonu əvəzləyən uşaqlar və ahıl insanlar üçün nəzərdə tutulan müxtəlif qurğularda tətbiq oluna bilər.  

Smartfonlarda bildirişlər əhval-ruhiyyəyə pis təsir göstərir?

3 Oktyabr 2017 19:40

Müasir mobil telefon istifadəçiləri hər gün sosial şəbəkələrdən çoxlu sayda bildirişlər alırlar. Bildirişlər ani reaksiya və diqqət tələb edərək istifadəçilərin fəaliyyətini daima pozur. Nottinqem Trent Universitetinin mütəxəssislərinin qənaətinə görə, bildirişlər əhval-ruhiyyəyə pis təsir göstərir.

Londonda “ağıllı” skamyalar quraşdırılacaq

3 Oktyabr 2017 19:36

“Ford” avtomobil konserni və “Strawberry Energy” startapı Londonda günəş batareyaları ilə işləyən “ağıllı” skamyaların qurulması üzrə layihəni istifadəyə verib.  

“Huawei Mate 10 Pro” smartfonunun dizaynı məlum olub

3 Oktyabr 2017 19:30

Hazırlanan smartfonlar barədə vaxtaşırı məlumatlar sızdıran məşhur bloger Evan Blass bu dəfə “Huawei Mate 10 Pro” smartfonunun görünüşünü nümayiş etdirib.

Holoqrafik bədənə malik süni intellekt mehmanxanada qapıçı işləyə bilər

3 Oktyabr 2017 19:24

“VNTANA” və “Satisfi Labs” şirkətləri tərəfindən elan edilmiş yeni platforma sahibkarlara biznesdə istifadə məqsədilə öz holoqrafik robot köməkçilərini yaratmağa imkan verəcək. Yeni layihə müştərilərlə qarşılıqlı əlaqə yaratmaq qabiliyyətinə malik robotun holoqrafik bədəninin yaradılması üçün özündə süni intellekt və artırılmış reallıq texnologiyalarını birləşdirir.

İki sürücü yerinə malik “Toyota” robot avtomobili təqdim olunub

3 Oktyabr 2017 19:19

“Toyota” şirkəti iki sürücü yeri ilə təchiz edilən robot avtomobil təqdim edib. Eksperimental nümunə “Toyota Research Institute” (TRI) mühəndisləri tərəfindən “Sensor System 2.0” ötürücüləri əsasında hazırlanıb.

Yeni texnologiya otaqdakı istənilən əşyanı məsafədən idarəetmə pultuna çevirəcək

3 Oktyabr 2017 19:13

Yeni texnologiyanın yaradıcıları əmin edirlər ki, tezliklə otaqda məsafədən idarəetmə pultunun axtarışı ilə bağlı əzablı dəqiqələr sona çatacaq. Artıq əl altında olan istənilən əşya vasitəsilə televizoru idarə etmək mümkün olacaq.

Videooyunlarda təsviri hamarlayan HDMI kabel yaradılıb

3 Oktyabr 2017 19:09

"Hamarlama" (anti-aliasing) texnologiyası olmadan müasir videooyunları təsəvvür etmək çətindir. Bu texnologiya çoxsaylı üçölçülü obyektlərin kənar hissələrində yaranan "nərdivan effekti”ni aradan qaldırmaqda istifadə olunur. Bir qayda olaraq, hamarlamanın keyfiyyəti alqoritmin mürəkkəbliyi və hesablama gücündən asılıdır. Lakin “Marseille” şirkətinin  mühəndisləri tərəfindən hazırlanmış HDMI kabeli təsvirin hamarlanmasını həyata keçirir.

Sıla hamilədir

3 Oktyabr 2017 19:00

Aktyor Ahmet Kuralla sevgili olan müğənni Sıla hamilədir.  Məlumata görə, bu barədə “Duymayan kalmasın” verilişində deyilib. Eyni evdə yaşayan cütlük bu xəbəri hər kəsdən gizlətməyə çalışır. Ahmet ata olacağı xəbərini sevinclə qarşılasa da, bəd-nəzərdən qorxan Sıla susmağa üstünlük verir.

ABŞ alimləri: "Pul saymaq ağrını azaldır"

3 Oktyabr 2017 18:43

ABŞ-ın Minnesot Universitetinin mütəxəssisləri çox maraqlı bir araşdırma aparıblar. Bu dəfə araşdırmanın əsas mahiyyəti pulla bağlıdır. Qeyd edək ki, nəticələr də gözlənilməz olub. Sən demə, pul banknotları və qəpikləri ibuprofen və aspirin kimi ağrıkəsici dərmanların əvəzində işlətmək mümkündür. Bir çox insan üzərində aparılan araşdırmalar zamanı bəlli olub ki, özlərini çox pis hiss edən şəxslər pul sayandan sonra ağrıları ilə bağlı özlərini daha az narahat hiss edirlər. Universitetin alimləri bu qəribə nəticəni çox sadə səbəblərlə izah ediblər.