Dünya

Türkiyədən Qarabağ XƏBƏRDARLIĞI

4 Oktyabr 2017 13:32

Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər edən türk vətəndaşlara xəbərdarlıq edib. Türkiyə XİN vətəndaşlarının bu səfərini qanunazidd adlandırıb. “29 sentyabr 2017-ci il tarixli bəyanatda da bildirildiyi kimi, Türkiyə Azərbaycan torpaqlarının işğalına son qoymaq üçün 25 ildir azərbaycanlı qardaşları ilə birgə hərəkət edir. Bu baxımdan, işğal altında olan Azərbaycan bölgələrinə Azərbaycanın rəsmi icazəsi olmadan səfər edilməsi beynəlxalq hüquqa və Azərbaycan qanunlarına ziddir. Həmçinin, işğal altındakı bölgələrə gedən vətəndaşlarımıza lazım olduğu təqdirdə konsulluq mühafizəsinin təmin edilməsinin mümkün olmadığı üçün bu bölgələrə səyahət etmək təhlükəlidir”, - deyə Türkiyə XİN-in bəyanatında bildirilir.

Ermənistan parlamenti müxalifətin təklifini rədd etdi

4 Oktyabr 2017 13:12

Ermənistan parlamenti ölkənin Avrasiya İqtisadi İttifaqından çıxışı məsələsinin öyrənilməsi üzrə müvəqqəti parlament komissiyasının yaradılması haqqında qanun layihəsini rədd edib.

Xırda-xırda vilayətlərin dövlətə çevrilməsi dünyanı müharibəyə sürükləyir

4 Oktyabr 2017 12:54

Dünyada baş verən siyasi və iqtisadi proseslər və onların ölkəmizə təsiri indi hər kəsi düşündürən məsələlərdəndir. Elə parlamentin payız sessiyasının ilk iclasında da millət vəkilləri beynəlxalq aləmdə baş verənlərin Azərbaycana təsiredə biləcəyindən narahatçılıq keçirdiklərini ifadə etdilər.

Separatizm dünya düzənini açıq şəkildə dağıdır

4 Oktyabr 2017 12:51

İraq Kürdüstanında keçirilən “referendum”la İspaniyanın Kataloniya ərazisində baş verən hadisələrə müxtəlif yanaşmalar bir daha beynəlxalq hüququn və beynəlxalq münasibətlər sisteminin dərin böhran vəziyyətində olduğunu üzə çıxardı. Vaxtlə Dağlıq Qarabağda baş qaldıral separatçılara sərgilənən biganə münasibət hazırda Avropa üçün əməlli-başlı problemə çevrilib. Məsələ orasındadır ki, hələ də davam edən ikili münasibətlər sistemi, təkcə Avropada deyil bütün dünyada separatçı meyillərin yayılma ehtimalını artırır.

Parisdə partlayış — SON DƏQİQƏ

4 Oktyabr 2017 12:46

Parisdə İordaniyanın hərbi ataşesi qarşısında partlayış baş verib. Xəbəri İordaniya xarici işlər nazirliyi təsdiqləyib. Məlumata əsasən, binanın qarşısında bir motosiklet partlayıb. İnsident nəticəsində xəsarət alan olmayıb. Binanın qarşısındakı avtomobillərə ziyan dəyib.

Türkiyəyə bağlı muxtariyyət yaradılır - İlk dəfə Vaşinqtonda AÇIQLANDI

4 Oktyabr 2017 12:44

Şimali Kipr Türk Cümhuriyyətinin xarici işlər naziri Tahsin Ərtoğruloğlu adanın yunan və türk hissələrinin birləşməsi ilə bağlı keçirilən son müzakirələrin iflasa uğramasından sonra ilk dəfə ABŞ-a səfər edib.

Moskva Sərkisyanın qarşısına İKİ SEÇİM QOYDU: ya “Lavrov planı”, ya da... - İRƏVANDAN ETİRAF

4 Oktyabr 2017 12:40

ATƏT-in Minsk qrupunun həmsədrləri regiona növbəti səfərə hazırlaşır. Səfərin əsas məqsədi prezidentlərin görüşünün razılaşdırılmasıdır. Ekspertlər güman edir ki, həmsədrlər buna nail olacaqlar. Maraqlıdır ki, prezidentlərin görüşünün təşkili haqda söz-söhbətin gəzdiyi vaxt Rusiya mediası “Lavrov planını” yenidən gündəmə gətirir. Ermənistan mediası isə yazır ki, prezidentlərin görüşündə Qarabağ ətrafındakı ərazilərin qaytarılmasını, daha sonra yekun statusun müzakirəyə çıxarılmasını nəzərdə tutan “Lavrov planı” razılaşdırılacaq. Əks təqdirdə müharibə qaçılmazdır və yeni toqquşma istəməyən Rusiya İrəvanı buna məcbur edəcək.

Dünya üzrə kiberhücumların sayı artır

4 Oktyabr 2017 12:39

Günümüzdə informasiya kommunikasiya texnologiyaları genişləndikcə, inkişaf etdikcə onun müəyyən mənada mənfi fəsadları da özünü göstərir. Belə mənfi fəsadlar sırasında kiberhücumlar daha aktual xarakter daşıyır. Etiraf etmək lazımdır ki, bu gün heç bir ölkə kiberhücumlardan sığortalanmayıb və istənilən an belə bir təhlükə, təhdid mümkündür.

PKK – çı məhkumlar həbsxanadan qaçmaq istədilər

4 Oktyabr 2017 12:37

Türkiyənin Muş vilayətində yerləşən E Tipli həbsxanasında bir qrup PKK - çı məhkumun cəzaçəkmə müəssəsindən qaçmasının qarşısı son anda alınıb. Muş prokurorluğnun təlimatı ilə həbsxanada yoxlamalar aparılıb. Cəzaçəkmə müəssəsində çalışan jandarma və mühafizə xidmətininapardığı yoxlamalar nəticəsində bir qrup PKK - çının qaçış üçün tunel qazdığı müəyyən edilib. Hal -  hazırda hadisə ilə əlaqədar olaraq təhqiqat aparılır.

Polkovnik vəfat etdi

4 Oktyabr 2017 12:33

Rusiyalı polkovnik Suriyada ağır yaralanıb. Moskva hərbi hospitalıngətirilən polkivnik Valeriy Fedyanin aldığı zərbədən vəfat edib. Rusiya Müdafiyyə Nazirliyinin bəyanatına görə polkovnik Fedyanin Suriyada humanitar yüklərin nəqliyyatı ilə məşğul olurdu. Onun avtomobili minaya düşrərk partlayıb. Polkovnikin Rusiya Şimal Hərbi Dəniz Donanmasının 61-ci Dəniz Piyada briqadasının komandanı olduğu gələn xəbrlər sırasındadır. Xəbəri Olaylar- ın Türkiyə bürosu yayıb. 

Türkiyədə terror – 4 əsgər şəhid oldu

4 Oktyabr 2017 12:26

Türkiyənin Hakkari vilayətində terror hadisəsi baş verib. Olaylar bildirir ki,  təşkil edilən terror hücumunda dörd əsgər şəhid olub, dörd hərbiçi yaralanıb. Hadisə Yüksekova vilayətinin Esendere mahalında PKK terrorçuları tərəfindən əldə düzəldilən partlayıcı qurğunun partladılması nəticəsində baş verib. Türkiyənin Hakkari vilayətində terror hadisəsi baş verib. Olaylar bildirir ki,  təşkil edilən terror hücumunda dörd əsgər şəhid olub, dörd hərbiçi yaralanıb. Hadisə Yüksekova vilayətinin Esendere mahalında PKK terrorçuları tərəfindən əldə düzəldilən partlayıcı qurğunun partladılması nəticəsində baş verib.

Kərkükün Havice rayonu İŞİD terrorçularından azad edildi

4 Oktyabr 2017 12:22

İraq hökuməti Kərkükün qərbindəki Havice rayonunun İŞİD terrorçularından tamamilə təmizləndiyini rəsmən elan etdi. 19 sentyabrda başlayan hərbi əməliyyatlar iki həftə ərzində başa çatıb.

Hollandiyanın müdafiə naziri istefa verdi — SƏBƏB

4 Oktyabr 2017 12:17

Hollandiyanın müvəqqəti hökumətinin müdafiə naziri Janin Hennis Plashart istefa verib. Malidə iki hollandiyalı əsgərin ölümünə görə məsuliyyəti öz boynuna götürən nazir bu addımı atıb. Hennis parlamentdə çıxışı zamanı ötən il Malidə hərbi təlimlər zamanı xarab topların partlaması nəticəsində həlak olan iki hərbçinin ölümünə görə məsuliyyəti boynuna götürərək istefa etdiyini açıqlayıb.

Arvadını gəzməyə apardı, sözü çəp gəincə güllələyib basdırdı

4 Oktyabr 2017 12:14

Türkiyənin Ispart rayonunda gecə saatlarında arvadı ilə gəzməyə çıxan kişi hələlik məlum olmayan səbəblərdən həyat yoldaşını ov tüfəngiylə öldürüb.  İ.P. iddiaya görə, dalaşdığı Havva P.-ni güllələdikdən sonra tarlada basdırıb. İ.P. polisə könüllü təslim olub.

Las-Veqas qatili ilə bağlı yeni görüntülər yayıldı - VİDEO

4 Oktyabr 2017 12:13

Amerikalı milyonçu, təqaüdçü Stiven Peddokun Las-Veqas şəhərində insanları gülləbaran etdiyi otel otağının görüntüləri yayılıb.  "Mandalay Bay" otelinin nömrəsində 23 avtomat və yarıavtomat tüfəngi, minlərlə patronu olan S.Peddok "Route 91 Harvest" musiqi festivalına yığışanları atəşə tutmuşdu. Gülləbaranda 59 nəfər həlak olub, 527 nəfər yaralanıb.