Dünya
"Rusiya bizdən hərbi yardım istəyə bilər" - Sarkisyanın müavini
Bunu Ermənistan müdafiə nazirinin müavini (müdafiə naziri Vigen Sarkisyandır-red) Artak Zakaryan parlamentdə Ermənistanvə Rusiya qoşunlarının birləşməsi ilə bağlı reqlamentin müzakirəsində bildirib.
İŞİD qlobal terror təşkilatı yaratmaq niyyətindədir
"İŞİD terror təşkilatı İraq və Suriyadakı məğlubiyyətindən sonra yeni qlobal terror şəbəkəsi yaratmaq niyyətindədir". Bunu Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikov deyib. "İŞİD liderləri və digər beynəlxalq terror təşkilatlarının əsas hədəfi dünya terror şəbəkəsini yaratmaqdır", - deyə o bildirib. Onun sözlərinə görə, hazırda terror təşkilatları qüvvələrini Yaxın Şərq regionu ətrafında məqsədyönlü şəkildə yaymaq istəyir.
Aleksandr Novak: “Rusiya şirkətləri İraq Kürdüstanında işini davam etdirəcək”
Rusiyanın enerji nəhəngi “Gazprom” şirkəti İraq Kürdüstan Regional Rəhbərliyindəki (İKRR) fəaliyyətini davam etdirəcək. Bu barədə Rusiyanın energetika naziri Aleksandr Novak deyib. O bildirib ki, “Gazprom”, “Rosneft” və digər Rusiya şirkətləri Şimali İraqdakı fəaliyyətlərini davam etdirir və gələcəkdə də davam etdirəcək.
Xocavənddə Sərkisyanı Azərbaycan snayperi yox, Qarabağ ermənisi vurub
Ermənistan ordusunun işğalçı birləşmələrinin Azərbaycanın Xocavənd rayonu istiqamətində yerləşən mövqelərindən birində sentyabrın 28-də başından aldığı güllə yarasından ölən hərbi qulluqçu Seyran Sərkisyanla bağlı təfərrüatlar üzə çıxıb. Sərkisyanı Azərbaycan ordusunun snayperi yox, Qarabağdan olan erməni hərbi qulluqçu vurub. Yaralı hospitala aparılarkən yolda keçinib.
İki holland əsgər öldü - Müdafiə naziri istefa verdi
BMT qüvvələrinin tərkibində Malidə xidmət edən iki hollandiyalı əsgər həyatını itirib. Hollandiyanın müdafiə naziri Jeanine Hennis bu məsələdə siyasi məsuliyyət daşıdığını əsas gətirərək istefa verib. 2016-cı ilin iyul ayında Kidal qəsəbəsində həyata keçirilən əməliyyat zamanı 60 millimetrlik mina partlayıb, nəticədə iki əsgər həyatını itirib, biri isə ağır yaralanıb. Hollandiya Təhlükəsizlik Araşdırma Şurasının hazırladığı hesabatda bildirilib ki, qəzanın baş verməsinə səbəb təhlükəsizlik sahəsindəki boşluqlar olub.
"Məndən uşağı olmaq istəyən çox kişi var" deyən aparıcı bikinili FOTOsunu paylaşdı
Aparıcı Seda Akgül sosial şəbəkə hesabından bikinili fotosunu paylaşıb. Artıq çəkidən qısa zamanda arıqlamasıyla adından söz etdirən məşhur aparıcı Seda Akgülün paylaşımına yazdığı şərhi təqdim edirik: "İşin, ərin, pulun... Heç bir şeyin köləsi olmayın! Sadəcə, sahib olduqlarınızın əfəndisi olun! Başda inanclarınızın! Heç kim heç kimin əfəndisi deyil.. Yaradandan başqa...
İrəvanda parlamentin qarşısında etiraz aksiyası
Ermənistan parlamentinin önündə "Nairit" zavodunun keçmiş işçiləri etiraz aksiyası keçirib. Etirazçılar deputatlardan "Nairit" zavodunun yenidən açılmasını tələb ediblər.
Erməni hərbçi əsgər yoldaşını güllələdi
Ermənistan ordusunda daha bir qanlı insident baş verib. Nəticədə Ermənistandan zorla Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsinə xidmətə gətirilən ermənistanlı hərbi qulluqçu yaralanıb. Belə ki, Xocavənd rayonu ərazisində yerləşən işğalçı ordunun postlarından birində şəxsi heyət arasında baş verən dava zamanı post başçısı, əslən Ermənistanın Dilican rayonundan olan, 1998-ci il təvəllüdlü Seyran Sarkisyan, əslən Qarabağ ermənisi olan xidmət yoldaşı tərəfindən açılan atəşlə başından yaralanıb.
Müsəlmanlar Avropanı "fəth" edir - 40 ildən sonrakı vəziyyət
40 ildən sonra Avropanın əhalisi öz yerini müsəlmanlara verəcək. Bu barədə Fransalı iqtisadçı Çarlz Havın demoqrafik tədqiqatı ilə bağlı “The Washington Times” nəşrində gedən məqaləsində qeyd olunub.
Avropadakı separatizm dalğası Kremli qabaqlayıcı tədbirlərə sövq edir
Son illərdə müstəqillik, muxtariyyat adı altında dünyanın fərqli ölkələrində baş qaldıran separatizm meyilləri günümüzdə Avropanı ciddi şəkildə təhdid etməyə başlayıb. İş o yerə çatıb ki, qoca qitənin bir neçə ölkəsi hazırda separatimzdən əziyyət çəkir. Hər halda son günlər İspaniyanın Kataloniya bölgəsində yaşanan olaylar belə deməyə əsas verir. Düzdür, katalonların müstəqillik arzusuna mərkəzi Madrid, eləcə də qitənin digər ölkələri, Qərb nomal baxmasa da, ancaq görünən odur ki, proseslər Avropada separatizmin geniş şəkildə vüsət almasına doğru gedir.
Ərdoğan İrana gəldi
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İrana səfərə gəlib. Səfər çərçivəsində R.T.Ərdoğan iranlı həmkarı Həsən Ruhani ilə görüşəcək. Görüş zamanı prezidentlər Suriya böhranını, İraqdakı vəziyyəti, eləcə də İraqın kürd muxtariyyətinin "müstəqillik haqqında referendumu"nun nəticələrini müzakirə edəcəklər.
Moskvada supermarket yaxınlığında insan ayaqları tapılıb
Moskvanın cənub-qərbində supermarket yaxınlığında polietilen torbaya bükülmüş iki insan ayağı tapılıb. Məlumata görə, bu barədə “RİA Novosti” hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən xəbər yayıb. Bildirilir ki, kəsilmiş ayaqlar küçədən keçənlər tərəfindən aşkar edilib.
Hər kəs Yer kürəsinə kosmosdan baxa biləcək - VİDEO
Yer kürəsinə kosmosdan baxmaq istəyirsinizsə, skafandrı geyinin və ekipaj üzvləri ilə birlikdə Beynəlxalq Kosmik Stansiyanın hüdudlarına yola düşün.
MOSSAD şefi İsrailin İran planını AÇDI: " Hədəfimiz..."
İsrail kəşfiyyatı MOSSAD-ın rəhbəri Yossi Cohen hədəflərinin İran olduğunu açıq şəkildə bildirib. Cohen casus fəaliyyətlərinin prioritet istiqamətlərinin milli, təhlükəsizlik və diplomatika olduğunu deyib. “MOSSAD-ın hədəfləri açıqdır: İranın nüvə silahını inkişaf etdirməsini izləməyə davam edirik”, - deyə o bildirib.
Bağça müəllimi işdən çıxarıldı - Qəribə səbəb
Britaniyada sevgilisi ilə eyni evdə yaşayan qadın işdən çıxarılıb. Londonda bağça müəllimi işləyən 24 yaşlı Zelda de Groen iddia edir ki, o, sevgilisi ilə birlikdə yaşadığına görə işdən qovulub. Qadının dediyinə görə, müdiri onu otağına çağırıb və təxminən 4 saat ona ailə qurmadan birlikdə yaşamağın doğru olmadığını söyləyib, sonra isə işdən çıxarıb.














