Dünya

İşsizlik insanı yaşlandırır?

4 Oktyabr 2017 19:09

Böyük Britaniyada yerləşən İmperial Kollecinin və Finlandiyanın Oulu Universitetinin elm adamları maraqlı məlumat əldə ediblər.  Onlar bildiriblər ki, iki ildən çox işsiz qalan kişilərdə yaşlanma səbəbi kimi bilinən qısa telomerlər, digər həmcinslərinə görə fərqli olur.

Kimya üzrə Nobel mükafatı laureatlarının adları açıqlandı

4 Oktyabr 2017 19:04

Kimya üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb.   Jak Dyuboşe (İsveçrə), Yoahim Frank (ABŞ) və Riçard Hederson (Britaniya) yüksək molekulyar biomolekulların strukturunu təyin etmək üçün krioelektron mikroskopun hazırlanmasına görə bu mükafata layiq görülüblər.

Uşaqlı qadının sevgilisinə xəyanəti dəhşətli sonla nəticələndi 

4 Oktyabr 2017 19:00

Qadının xəyanəti onun ölümü ilə nəticələnib. Qısqanc oğlan bir qız anası olan sevgilisini uşağın gözü qarşısında bıçaqlayıb.  Britaniyada 22 yaşlı Dylan Harries 19 yaşlı və bir qızı olan Katrina Evemy-ni öldürməkdə təqsirləndirilir.

Alimlər: Çox dil bilmək beyin xəstəlikləri riskini azaldır

4 Oktyabr 2017 18:55

Son araşdırmalardan məlum olub ki, birdən artıq dildə danışmaq bir sıra beyin xəstəlikləri riskini azaldır. Hindistanda aparılan tədqiqatda 240-ı alzheymer xəstəsi olmaqla, 66 yaşlı 650 nəfər iştirak edib. İştirakçılardan 391 nəfəri 2 və ya daha artıq dildə danışan insanlar olub. Alimlər müəyyən ediblər ki, bu insanlarda alzheymer xəstəliyi 1 dildə danışanlarla müqayisədə daha gec, 4.5 il sonra başlayır. Təhsil səviyyəsinin araşdırmaların nəticələrinə təsiri olmayıb.

Oğlan internetdə tanış olub, üzünü görmədiyi qıza 35 min xərclədi, qız "yoxa çıxdı"

4 Oktyabr 2017 18:40

Türkiyənin Gaziantep şəhərində yaşayan 25 yaşlı oğlan dələduzluqla bağlı polisə şikayət edib. M.K. internetdə tanış olduğu, heç üzünü belə görmədiyi 23 yaşlı  "sevgilisi" Özlem S.G.-ni polisə verib. Oğlan şikayətində bildirib ki, sosial şəbəkədə tanış olub, yazışdığı Özlem onu aldadaraq soyub. Belə ki, qız bir müddət yazışdıqdan sonra əvvəlcə oğlana telefon almaq istədiyini, bunun üçün pulunun çatmadığını söyləyib, oğlan isə ona 2 min lirə (təxminən 1000 manat) göndərib. Qız daha sonra oğlanın saflığından istifadə edib və onu əri kimi gördüyünü söyləyib və yalanlarla onun xeyli pulunu alıb. Özlem pulları bank vasitəsi ilə götürdükdən sonra nömrəsini dəyişib, hesabını bağlayıb.

"Tənha canavar"ın sevgilisi ABŞ-a aparıldı - VİDEO

4 Oktyabr 2017 18:19

Bazar ertəsi ABŞ-ın Nevada ştatındakı Las-Veqas şəhərində insanları atəşə tutaraq ölkə tarixində ən qanlı, genişmiqyaslı gülləbaranı gerçəkləşdirmiş 64 yaşlı Stiven Peddokun sevgilisi Meril Denli Filippinin paytaxtı Maniladan ABŞ-a yollanıb.

İtaliyada mafiyaya qarşı əməliyyat - 37 saxlanılan arasında polislər də var

4 Oktyabr 2017 18:05

İtaliya polisi ölkənin müxtəlif vilayətlərində, o cümlədən Almaniyada mafiyaya qarşı genişmiqyaslı əməliyyat keçirib.  İtaliyanın beş vilayətində və Almaniyanın bəzi bölgələrində keçirilən əməliyyatda ümumilikdə 37 nəfər həbs olunub. Məlumata görə, həbs olunanlar arasında bir hüquqşünas və iki karabiner (polis) də var.

Erməni deputat Azərbaycanın Ermənistandan üstün olduğunu etiraf etdi

4 Oktyabr 2017 17:51

Ermənistan Azərbaycanla hərbi balansı itirir.  Bunu “Yelk” fraksiyasının rəhbəri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib. Onun sözlərinə görə, Ermənistan rəhbərliyi vahimə içindədir: “Çünki Serj Sarkisyanın rəhbərliyi ilə Ermənistan hakimiyyəti qeyd edir ki, Azərbaycanla hərbi balansı və bizim strateji tərəfdaşımız olan Rusiyanın dəstəyi və vasitəçiliyini itirib”. 

“İskəndər”lər oyuncaq kimi vurulacaq - Ermənistan parlamentində Azərbaycan ETİRAFI

4 Oktyabr 2017 17:49

“Biz strateji tərəfdaşımız olan Rusiya sayəsində Azərbaycanla hərbi balansı uduzduq”. Bu barədə Rusiya-Ermənistan vahid qoşun qruplaşmasının yaradılması haqda razılaşmanın parlamentdə müzakirəsi zamanı “Yelk” fraksiyasının deputatı Nikol Paşinyan deyib. Paşinyan bildirib ki, Rusiyanın Azərbaycana nə qədər silah satdığını onlar bilmir.

Kürd referendumunun əsl hədəfi ORTAYA ÇIXDI: yəhudilərin GİZLİ MƏQSƏDLƏRİ

4 Oktyabr 2017 17:01

Məsud Bərzaninin keçirdiyi “müstəqillik referendumu” türkman torpağı olan Kərkükün işğal planına çevrildi. Bir tərəfdən Bərzani demoqrafik vəziyyətin dəyişdirildiyi Kərkükü də qondarma referenduma daxil etdi, digər tərəfdən ABŞ-ın dəstəklədiyi PKK/PYD Suriyada üzünü Deyrizor bölgəsinə çevirdi. Deyrizor üzərindən Suriyanın cənubunu hədəfə alan PKK əslində 83 il öncə cızılmış bir xəritənin həyata keçirilməsi prosesində iştirak edir. Söhbət Kərkük neftinin İsrailin Hayfa limanına daşıyacaq boru xətti layihəsindən gedir. Kərkük nefti 1934-cü il 15 sentyabr tarixindən başlayaraq, Hayfa limanına daşınırdı. Lakin 1948-ci ildə İsrail yaranandan sonra, bu xətt bağlandı.

Dünyanın diqqəti Tehranda

4 Oktyabr 2017 16:59

Türkiyə və İran prezidentləri təkbətək görüşdən sonra jurnalistlərin qarşısına çıxıblar. Həsən Ruhani İran və Türkiyənin regionda sabitlik üçün vacib ölkələr olduğunu bildirib.

500 qadınla yatan, 1171 uşağı olan qaniçən Sultan İsmayıl - Bilmədiyiniz FAKTLAR

4 Oktyabr 2017 16:56

Sultan Mulay İsmayıl Mərakeşi 1672-1727-ci illərdə idarə edib və dövlətin 4 əsas tarixi paytaxt şəhərlərindən biri olan Meknes şəhərinin əsasını qoyub.

Türkiyə İran və İraqla birgə hücuma hazırlaşır - Qəndil yerlə bir ediləcək, Bərzani...

4 Oktyabr 2017 16:54

Türkiyə İraq və İranla birlikdə PKK-nın əsas qərargahı olan Qəndilə, eləcə də sentyabrın 25-də müstəqillik referendumu keçirən Şimali İraq Kürd Muxtariyyətinə hərbi müdaxilə edə bilər.

Saakaşvilidən prezidentə ULTİMATUM: “Yalnız bu halda hakimiyyətdə qala bilərsən...”

4 Oktyabr 2017 16:52

Mixail Saakaşvili çərşənbə günü, oktyabrın 4-də Ukrayna prezidenti ilə ciddi danışıq aparıb. Düzdür, müzakirə qiyabi idi, amma bu, danışıqların məğzini yumşaltmır. Hər şeydən əvvəl Gürcüstanın sabiq prezidenti və Odessanın keçmiş rəhbəri Pyotr Poroşenkonu səlahiyyətlərindən könüllü əl çəkməsini tələb edib. "İndiki şəraitdə istefa həm sizin üçün həm də dövlət üçün qurtuluş olacaq", - Saakaşvili bildirib.

"Rusiya bizdən hərbi yardım istəyə bilər" -  Sarkisyanın müavini

4 Oktyabr 2017 15:58

Bunu Ermənistan müdafiə nazirinin müavini (müdafiə naziri Vigen Sarkisyandır-red) Artak Zakaryan parlamentdə Ermənistanvə Rusiya qoşunlarının birləşməsi ilə bağlı reqlamentin müzakirəsində bildirib.