Dünya

Təyyarədə iki sərnişin cinsi əlaqədə olarkən tutuldu - VİDEO

2 Noyabr 2017 18:19

Amerikan hava yolları şirkəti "Delta Air Lines"ın Los AnCeles-Detroit səfərində tanış olan iki sərnişin uçuş zamanı cinsi əlaqədə olduqları vaxt yaxalanıb. The Washington Post qəzetində yer alan xəbərə görə, uçuş zamanı 48 yaşlı bir qadın digər 28 yaşlı bir oğlan sərnişinlə cinsi əlaqədə olub. Adları açıqlanmayan sərnişinlər təyyarə Detroitə endikdən sonra polislərə təhvil verilib. 

Putin istefaya gedən qubernatorlara mükafat verəcək

2 Noyabr 2017 18:16

Rusiya prezidenti Vladimir Putin bu ilin sentyabr-oktyabr aylarında istefaya yollanmış region rəhbərlərini dövlət mükafatları ilə təltif edəcək.

Moskva kürdləri Ankaradan müdafiə etdi: “Onlar Türkiyə vətəndaşı deyil”

2 Noyabr 2017 17:27

Rəsmi Ankara Demokratik Birlik Partiyasının (PYD) Suriya Milli Dialoq Konqresinə qatılmasına etiraz edib. Rusiya xarici işlər nazirinin köməkçisi Mixail Boqdanov bu etiraza qarşı “onlar Suriya vətəndaşıdır, Türkiyənin deyil” ifadəsini işlədib. Boqdanov məsələ barədə jurnalistlərə açıqlama verərkən deyib: “Türk müttəfiqlərimizlə hər zaman əlaqə saxlayırıq.

Trampın ulu babası ilə bağlı TARİXÇİDƏN ŞOK İDDİA

2 Noyabr 2017 17:10

ABŞ tarixçiləri prezident Donald Trampın mümkün əcdadlarının arasında orta əsr qatil-adamyeyənin olduğunu aşkar ediblər.

İnquşetiya Səudiyyə Ərəbistanına su tədarük edəcək

2 Noyabr 2017 17:08

Rusiyanın İnquşetiya Respublikası və Səudiyyə Ərəbistanı arasında su tədarükü barədə danışıqlar keçirilir. Məlumata görə, bunu Rusiya-Səudiyyə Ərəbistanı ticarət-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının iclası zamanı İnquşetiya rəhbəri Yunus-Bek Yevkurov deyib.

Taylandda siqaret çəkmək qadağan edildi

2 Noyabr 2017 16:45

Taylandda siqaret çəkməyi qadağan edən qanun qüvvəyə minib. Qanunu pozan şəxsləri 3 ay sonra cəzalandıracaqlar. Ətraf mühitin mühafizəsi və təbii sərvətlər nazirliyindən bildiriblər ki, 1 noyabr tarixində qəbul edilən qanun 90 gün sonra krallığın 24 çimərlik və 15 əyalətində qüvvəyə minəcək. Qanuna əsasən qadağanı pozan şəxslər 100 min bat məbləğində cərimə ediləcəklər.

"Qanuni oğru" arvadına intim mesaj göndərən şəxsin başına oyun açdı

2 Noyabr 2017 16:33

Türkiyədə iki avtoritet qadın üstündə dalaşıb.   Türkiyədə həbsxanadan azad olan Lavasoqlu Batumskiy ləqəbli Mindiya Qoradze həmkarı Ceyran Xonskiy ilə əlbayaxa dalaşıb.  İki avtoritetin dava etməsinin səbəbi isə, qadın olub. Belə ki, Ceyran Xonskiy Batumskiyin arvadına gizlincə öz intim şəkillərini və mesajlar göndərib. 

Ermənistanda 2 meyit tapılıb

2 Noyabr 2017 16:31

Yerevan-Sevan yolunda 2 meyit tapılıb. Məlumata görə, cəsədlər sentyabrın 18-də itkin düşən 53 yaşlı Samvel Alixanyan və onun həyat yoldaşı Vardui Simonyana məxsusdur.

Əməliyyatlar yenidən başlana bilər - Bağdaddan TƏHDİD

2 Noyabr 2017 16:01

Rəsmi Bağdad Şimali İraq Kürd Muxtariyyətinə qarşı hərbi əməliyyat keçirə bilər.  İraq hökuməti sərhəd-keçid məntəqələrinin təhvil verilməsini gecikdirən və onların birgə idarə edilməsini təklif edən Ərbili hərbi əməliyyatla təhdid edib.

Həbsxanadan qaçan 3 məhbus yaxalandı - İtaliyada

2 Noyabr 2017 16:00

İtaliyanın Siciliya adası yaxınlığındakı Favinyana adasındakı həbsxanadan qaçan 3 məhbus yaxalanıb.  Onlar sahildə qayıqlardan birini qaçırmaq istəyərkən Sahil-Mühafizə Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Saxlanılanlardan biri özünü suya atıb təkrar uzaqlaşmağa cəhd göstərsə də, qısa müddət sonra yenidən saxlanılıb.

Almaniyada supermarketdə atışma - Yaralanan var

2 Noyabr 2017 15:49

Almaniyanın Bremen şəhərində supermarketdə atışma baş verib. Məlıumata görə, bu barədə şəhər Polis İdarəsi xəbər yayıb. 

İspaniyadan Kataloniya prezidenti haqda sərt qərar

2 Noyabr 2017 15:47

Belçikaya qaçan Kataloniya lideri Çarlz Puiqdemont İspaniyaya qayıdıb polisə ifadə verməsə, haqqında həbs qərarı çıxarılacaq. Bu qərar İspaniya Ali Məhkəməsi tərəfindən qəbul edilib. Üsyan, üsyana təşviq və vəzifəsindən sui-istifadə etməkdə təqsirləndirilən Kataloniya hökuməti və parlamentinin 20 üzvü haqqında araşdırma-istintaq tədbirlərinə bu gün start verilib. Məhkəmə binasına ilk olaraq Kataloniya prezidentinin köməkçisi Oriol Cunqueras gedib.

Agentlər bu gözəlin izinə düşdülər - Hər yerdə axtarılır

2 Noyabr 2017 15:22

Universitet tələbəsi olan Anok Yai adlı qızın festival zamanı çəkdirdiyi foto sözün yaxşı mənasında başına bəla olub.

Myanma liderindən gözlənilməz addım - ilk dəfə Arakana səfər etdi

2 Noyabr 2017 14:26

Myanma ordusunun və polislərin Arakan müsəlmanlarına qarşı “etnik təmizlənmə” əməliyyatlarından sonra ölkə lideri Aunq San Su Kyi ilk dəfə Arakana səfər edib. Baş verən soqırıma səssiz qalmaqla sərt reaksiyalara səbəb olan "Nobel"li lider Arakanın paytaxtı Sitveyə gücləndirilmiş təhlükəsizlik tədbirləri altında gedib.

Rusiya bu ölkədən quş əti idxalını dayandırdı - "Quş qripi"nə görə

2 Noyabr 2017 14:05

Rusiya bu gündən başlayaraq Bolqarıstandan quş əti idxalını müvəqqəti dayandırıb. Məlumata görə, buna Bolqarıstanın bir sıra bölgələrində "quş qripi" ilə bağlı yaranmış təhlükəli vəziyyət səbəb olub.