Dünya

Çin süni intellekt sahəsində lider olacaq

2 Noyabr 2017 19:40

"Google Alphabet" şirkətinin rəhbəri Erik Şmidt çinli mütəxəssislərin süni intellektin yaradılmasında yüksək bacarıq və qabiliyyətə malik olduqlarını bildirib. O hesab edir ki, Çin 2025-ci ilədək süni intellektin hazırlanması sahəsində ABŞ-a çatacaq.

“Android” sistemində “Bluetooth” qurğularını tez qoşan yeni funksiya istifadəyə verilib

2 Noyabr 2017 19:30

"Google" şirkəti "Bluetooth" aksessuarlarını "Android" sistemli qurğulara tez qoşmağa imkan verən yeni "Fast Pair" texnologiyasını təqdim edib.   Funksiya çexolu açan zaman smartfona avtomatik qoşulan "iPhone" və simsiz "AirPods" qulaqcıq istifadəçilərinə tanış gələcək. "Fast Pair" oxşar şəkildə işləsə də, bağlantını iki qurğunu bir-birinə yaxınlaşdırmaqla qurmağa imkan verir.

Yeni “IBM FlashSystem” modelləri məlumatların saxlanma qiymətini azaldacaq

2 Noyabr 2017 19:23

“IBM” korporasiyası “FlashSystem” məlumat saxlama sistemlərinin model sırasını yeniləyərək “IBM Cloud” ictimai “bulud” sistemi və müəssisə sistemləri arasında məlumatların göndərilməsi üçün nəzərdə tutulan yeni “Spectrum Virtualize” proqram paketini təqdim edib.  

İlk internet virusunun 29 yaşı tamam olub

2 Noyabr 2017 19:17

2 noyabr 1988-ci ildə dünya ilk dəfə internetdə virusun mövcudluğu barədə təsəvvür əldə edib. Belə ki, həmin gün bir günə ABŞ ərazisində 6 min serverin – internetə qoşulan bütün kompüterlərin 10 faizinin işini iflic edən “Morris” adlı virus yaranıb. Virus “Unix” sistemli kompüterlərin “sendmail” və “fingerd” proqramlarının məlum boşluqlarından istifadə etməklə və mini-lüğətdən istifadəçi parollarını seçməklə yoluxdurub.     

Fərdi kompüterlər üçün “Skype” versiyası yenilənib

2 Noyabr 2017 19:11

"Microsoft" korporasiyası bir neçə aylıq sınaqlardan sonra fərdi kompüterlər üçün yenilənmiş "Skype" əlavəsini rəsmən istifadəyə verməyə başlayıb. Proqramın yeni versiyasından "Windows", "Mac" və "Linux" əməliyyat sistemlərinin idarəetməsi ilə işləyən qurğularda yararlanmaq olar. Hazırda "Skype" bütün platformalarda eyni şəkildə görünür və fərdi kompüter, smartfon, planşet, "Xbox" qurğusu, "ağıllı" kolonka və servisdən istifadənin mümkün olduğu bütün qurğular arasında məlumatların sinxronlaşmasını dəstəkləyir.

Ən nazik mühafizəli smartfon təqdim olunub

2 Noyabr 2017 19:06

“E&L” şirkəti çəkisi 175 qram olmaqla korpus qalınlığı 9,5 millimetrə bərabər mühafizəli “S70” smartfon modelini təqdim edib.  

Konserti üçün 60 minlik paltar tikdirdi

2 Noyabr 2017 18:52

Müğənni Ebru Gündeş İzmir konsertinə hazırlaşır. İfaçı konserti üçün bahalı libas tikdirib. Belə ki, Ebru səhnə üçün 60 min lirəlik (təxminən 30 min manat) paltar tikdirib. Gündeşin konserti noyabrın 11-də keçiriləcək.

Selena sevgilisini atıb, Castinlə barışdı

2 Noyabr 2017 18:48

Məşhur müğənni Selena Qomes ilə keçmiş sevgilisi Castin Biber barışıb. İkili ötən gün Los Anceles küçələrində birlikdə gəzərkən fotokameralara düşüblər. Onlar birlikdə vaxt keçirib, xeyli əyləniblər. Cütlüyün qucaqlaşaraq gəzməsi və velosiped sürməsi paparassilərin diqqətindən yayınmayıb.

Aldığı qonorarla ən çox qazanan aktyorlardan oldu

2 Noyabr 2017 18:46

“Diriliş Ertuğrul” serialının qəhrəmanı Engin Altan Düzyatanın seriyabaşı aldığı qonorarın miqdarı bəlli olub.  Məlumata görə, aktyorun hər seruayya görə 150 min lira (təxminən 75 min manat) aldığı üzə çıxıb. Bununla da Engin ən çox qazanan aktyorlar sırasına daxil olub. 

Kasıblar üçün ucuz “iPhone X” yaradıldı

2 Noyabr 2017 18:43

ABŞ-ın “Apple” şirkəti Çində ucuz “iPhone X” smartfonu tərtib edib. Məlumata görə, şirkət 1000 dollara bu cihazı almağa imkanı olmayanlar üçün “iPhone X” smartfonunun iki qənaətcil variantını yaradıb. Bu tərtibatlar xüsusi olaraq Çindən olan alıcılar üçün edilib. “Lisbon” və “Hangzhou” adlanan yeniliklərin təqdimatı yaz aylarında baş tutacaq.

Robotların qəbiristanlığı yaradıldı - DÜNYADA İLK DƏFƏ

2 Noyabr 2017 18:37

Oktyabrın 31-də Moskvada ev robotlarının qəbiristanlığı açılıb. Bu barədə Moskva Texnologiya İnstitutunun mətbuat xidmətinin əməkdaşları məlumat veriblər. “Artıq Fiztexparkın rezidentləri və  qonaqları ömrünü başa vurmuş elektron ev əşyaları olan robotlarını qəbiristanlığa gətirə biləcəklər. Bura telefonlar, ev tozsoranları, elektron oyuncaqlar və digər cihazlar aid edilə bilər”, - deyə institut rəsmiləri şərh ediblər.

Dedi-qodular düz çıxdı - tanınmış cütlük boşanır

2 Noyabr 2017 18:33

Bir müddətdir haqlarında boşanacaqları ilə bağlı xəbərlər yayılan stilist Ece Sükanla dizayner əriÜmit Benan məhkəməyə müraciət ediblər. 2014-cü ildə ailə quran cütlük "yolagetməmə" şikayəti ilə ərizə yazıblar. Ortaq protokol imzalayan Ece ilə Umutun məhkəməsi növbəti günlərdə keçiriləcək.

Serdar Ortaç: "Ebru mənim kişi olduğumu görəndə çox təəccüblənmişdi"

2 Noyabr 2017 18:30

Türkiyənin məşhur müğənnisi Serdar Ortaç "Pal fm"də qonaq olub. O, aparıcının və tamaşaçıların suallarını cavablandırıb. Canlı yayım zamanı şəxsi həyatından danışan Serdar Ortaç aparıcı ilə Ebru Gündeşlə tanışlığı barədə də söhbət edib. O, açıqlamasında Ebru Gündeşin əvvəllər onu qadın zənn etdiyini söyləyib.

Lavrov ATƏT-in baş katibi ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək

2 Noyabr 2017 18:28

Rusiyanın xarici işlər naziri Sergey Lavrov noyabrın 3-də ATƏT-in baş katibi Tomas Qremingerlə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək. Məlumata görə, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.

Məşhur müğənninin atası yatıb ayılmadı: dəfnində oğlunun halı pisləşdi

2 Noyabr 2017 18:20

Türkiyəli məşhur müğənni Hakan Altunun atası Hasan Altun, ötən gün səhərə yaxın İstanbuldakı evində yuxuda olarkən dünyasını dəyişib.  Cənazə namazı zamanı Hakan Altunun halı pisləşib. Altunun bir stula oturdularaq əlini-üzünü yuyublar. Daha sonra özünə gələn Altun yenidən atasının nəşinin yanına qayıdaraq namaza qatılıb. Cənazə maşına qoyularkən Hakan Altun Tuncay Şanlı və Ercan Saatçinin köməyi ilə cənazə maşınına mindirilib.