Dünya

Bakıda doğulmuş milyarder qadını Anqolada işdən çıxardılar

16 Noyabr 2017 15:45

Anqola prezidenti Joao Lourens ölkənin dövlət neft şirkəti "Sonangol"un idarə heyətinin rəhbəri olan milyarder, keçmiş president Xose duş Santosun qızı İzabel duş Santosun işdən azad edilməsinə dair sərəncam verib.

Türkiyə prezidentinin müşaviri: "Ən böyük problemlərdən biri Qarabağın xaincəsinə işğalıdır"

16 Noyabr 2017 15:09

“Dünyada “biz qardaşıq” deyə bilən iki ölkə Azərbaycan və Türkiyədir. Son illər bu münasibətlər hər iki ölkə prezidentlərinin apardığı uğurlu siyasət nəticəsində daha da inkişaf edib”. Bunu Bakıda səfərdə olan Türkiyə prezidentinin mədəniyyət məsələləri üzrə baş müşaviri Yalçın Topçu deyib. 

Mövlud Çavuşoğlu: "Amerika alınan silahları gecikdirir"

16 Noyabr 2017 14:58

Türkiyə parlamentində keçirilən büdcə komissiyasının iclasında səsləndirilən fikirlər geniş müzakirələrə səbəb olub. Ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyənin silah almaq üçün yeni alternativlər axtardığını dilə gətirib: “Amerikadan aldığımız silahların çatdırılmasında müəyyən gecikmələr baş verir. Bu səbəbdən də, Türkiyə yeni alternativlər axtarmağa başalayıb”.

Rusiyanın pensiya ödənişləri üçün vəsaiti qalmayıb

16 Noyabr 2017 14:55

Rusiyanın pensiya öhdəliklərini yerinə yetirməsi üçün mənbələri tükənib və bu səbəbdən pensiya yaşının artırılması tələb olunur. "Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu "Arqumenti i fakti" qəzetinə müsahibəsində Rusiyanın keçmiş maliyyə naziri, hazırda Strateji Araşdırmalar Mərkəzinin rəhbəri olan Aleksey Kudrin bildirib.

Türkiyədə ağır qəza: 19 yaralı

16 Noyabr 2017 14:49

Türkiyənin cənubundakı Hatay vilayətində iki yük maşını və sərnişin avtobusunun iştirakı ilə zəncirvari qəza baş verib. Hadisə nəticəsində 19 nəfərin xəsarət aldığı bildirilir. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Qəzanın baş vermə səbəbləri hələ məlum deyil.Faktla bağlı polis araşdırmalara başlayıb. 

Ərdoğan yenidən Rusiyaya gedəcək

16 Noyabr 2017 14:37

Rəcəb Tayyib Ərdoğan noyabrın 22-də Rusiyaya səfər edəcək.  Ərdoğan Rusiya, İran və Türkiyə arasında Suriya üzrə keçiriləcək üçtərəfli sammitdə iştirak edəcək.

Ana doğduğu körpəni 4 gün ac saxladı, uşaq öldü

16 Noyabr 2017 14:17

İngiltərədə cütlük yeni doğulan körpələrini ölümə tərk edib. Onlar uşağı ac saxlayıblar. Valideynləri uşaq aclıqdan öldükdən sonra ayyaqqabı qutusuna qoyaraq qəbirstanlığa basdırıblar. 35 yaşlı Anthony Clark ilə 25 yaşlı Catherine Davies körpələrini öldürdüklərinə görə saxlanılıblar. 

Güc hansı amillərlə şərtləndirilir?

16 Noyabr 2017 14:11

Beynəlxalq münasibətlərdə güc müxtəlif aspektlərdən izah və tədqiq olunur. Super güc, böyük güc,orta güc, kiçik güc, regional güc, mədəni güc və sair məfhumlar bu və ya digər ölkələrə münasibətdə istifadə olunan gücün səviyyələrini ifadə etmək leksikina daxil edilib . Bu sahədə tez-tez istifadə olunan və istifadəyə buraxılan kateqoriyalar arasında Sərt və Yumşaq güc ( hard and soft power) elementləri özünəməxsus yer tutur.

ABŞ üçün demokratiya nədir?

16 Noyabr 2017 14:07

Latın Amerikası ölkəsi olan Venesuelanın dövlət başçısı Uqo Çavesin 58 yaşında xərçəng xəstəliyindən dünyadan köçməsindən dərhal sonra onun vəfatı ilə bağlı "öldürüldü" iddiası da gecikmədi. Latın Amerikasında sol dalğanı canlandıran Çavesin öldürüldüyü iddiasını vitse-prezident Nikolas Maduro gündəmə gətirib. Maduro Fələstininin əfsanəvi lideri Yasər Ərafatın zəhərləndiyi iddiasını da xatırladıb. O, komandanın da bu xəstəliklə öldürüldüyünə şübhə olmadığını deyib.

14 yaşlı qız özünü öldürdü - İntihar səbəbi WhatsApp mesajlarından tapıldı

16 Noyabr 2017 13:54

Türkiyədə intihar hadisəsi qeydə alınıb. İstanbulda 14 yaşlı qız özünü təhsil aldığı məktəbin 3-cü mərtəbəsindən atıb. 14 yaşlı Nazlıhan Köse adlı qızın intihar səbəbi kimi onun eşqə düşməsi göstərilir. Belə ki, bu səbəb Nazlıhanın WhatsApp mesajları araşdırıldıqdan sonra məlum olub.

Leonardo Da Vinçinin əsəri hərracda 400 milyon dollara satıldı

16 Noyabr 2017 13:47

Rəssam Leonardo Da Vinçinin rəsm əsəri hərraca çıxarılıb. Nyu-Yorkda keçirilən hərracda "Dünyanın xilaskarı" rəsm əsəri 400 milyon dollara satılıb. Rəsm əsəri uzun müddət itirilmiş sayılırdı. Tabloda İsa Peyğəmbər təsvir edilib. Hərracdan əvvəl əsərə 100 milyon dollar qiymət qoyulmuşdu.

Günəşin necə isindiyi bəlli olacaq - NASA-dan yeni kosmik gəmi

16 Noyabr 2017 13:37

Amerika Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) Günəşin atmosferinə göndərəcəyi kosmik gəmini təqdim edib. Gələn il kosmosa göndəriləcək “Parker Solar” adlı gəmi Günəşin səthinə ən çox yaxınlaşan kosmik gəmi olacaq. Con Hopkins Universitetinin Tətbiqi fizika bölməsində işləyən Niki Foks yeni kosmik gəminin Günəşə aid sirrləri araşdıracağını deyib. Günəşin xarici örtüyünün niyə daxilindən qat-qat çox isti olması da məhz yeni gəmi sayəsində bəlli olacaq.

Survivorda iştirak edəcək 3 MƏŞHUR BƏLLİ OLDU

16 Noyabr 2017 13:34

Türkiyənin məşhur TV proqramı olan Survivor 2018 buraxılışında iştirak edəcək 3 nəfərin adı aşıqlanıb. Olaylar.az bildirir ki, TV8 kanalının rəhbəri və parıcısı Acun Ilıcalı twitter hesabından Survivor 2018 –də yenilik olacağını açıqlayıb. “ Survivor –ın Alla Star buraxılışında məşhurlar komandasında iştirak edəcək şəxslərdən 3 – nün  adını açıqlayıram.