Dünya
19 yaşlı qızın bir gecəsinə 3 milyon dollarlıq təklif gəldi
Bakirəliyini satışa çıxaranların sayı artmaqdadır. Bir neçə gün əvvəl britaniyalı, hollandiyalı qızların bakirəliyini satmalarından ilhamlanan 19 yaşlı Giselle adlı qız bəkarətini satışa çıxarıb. Bu barədə sosial şəbəkədə açıqlama verən Giselle əxlaqsızlığına haqq qazandırıb. O, bakirəliyini 3 milyon dollara satıb.
Rusiya tankları Kiyevdə - HƏYƏCAN TƏBİLİ
Kiyevdə supermarketdən birinin ziyarətçiləri Rusiyanın T-14 “Armata” tanklarına oxşar oyuncaq tankların satışına görə hiddətləniblər. Bu haqda Ukraynanın “Obozrevatel” nəşri bildirib. Nəşr qeyd edir ki, televiziya aparıcısı Andrey Bulqarov feysbuk səhifəsində diqqəti oyuncaq tankların satışına yönəldib. “Armata”ya oxşar tankların “paytaxta daxil olduğunu” yazan jurnalist rəsmi şəxsləri buna reaksiya verməyə çağırıb.
30 fələstinli həbs edildi
İsrailli əsgərləri Qərb Şəriyədə 30 fələstinlini həbs ediblər. Olaylar.az bildirir ki, İsrail ordusu həbs olunan fələstinləri terror hərəkatına dəstək verməkdə günahlandırırlar.
Məşhur türkiyəli aktyorlar AZƏRBAYCANA GƏLİR
Dekabrın 13 – də Nizami Kino Mərkəzində Türkiyə istehsalı olan “Mutluluq zamanı ” filminin qala-gecəsi keçiriləcək. Olaylar.az bildirir ki, Türkiyənin məşhur aktyorları, filmdə baş rollara çəkilmiş Barış Arduç və Elçin Sangu filmin qala gecəsinə qatılacaqlar . Senol Sönmezin lentə aldığı bu film romantik komediya janrındadır.Film, keçmişiylə üzləşməyən, özünə mükəmməl həyat yaradan “Mutluet.com.tr” şirkətinin sahibi Mertin və bütün həyatını keçmişdə yaşadıqlarının üzərində quran Adanın eşq hekayəsindən bəhs edir...
Putinin “Yeni SSRİ”sinə ZƏRBƏ – Bişkekdən gözlənilməz QƏRAR
Qırğızıstan prezidenti Almazbek Atambayev Avrasiya İqtisadi İttifaqı çərçivəsində iqtisadi əməkdaşlığın inkişafı haqqında Qazaxıstanla razılaşmanı denonsasiyası (etibarsız elan edilməsi - red.) ilə bağlı qanun layihəsini imzalayıb.
Tramp əsl məqsədini açıqladı
ABŞ prezidenti Donald Tramp Asiyaya səfərinin əsl səbəbini açıqlayıb. O, şərq ölkələrinə səfərinin bütün dünyanı Şimali Koreyaya qarşı birləşdirmək məqsədi daşıdığını deyib. Prezident Asiya turundan sonra Ağ Evdə mətbuat konfransı keçirib və Yaponiya, Cənubi Koreya, Çin, Vyetnam, Filippinə səfəri haqda danışıb. “Şimali Koreyanı nüvədən təmizləməliyik. Ziyarətimin ana səbəblərindən biri bütün dünyanı Şimali Koreya pisliyinə qarşı biləşdirmək idi”, - deyə prezident qeyd edib.
Vəbadan ölənlərin sayı 2,2 min nəfərə çatıb
"Yəməndə vəbadan həyatını itirənlərin sayı 2,2 min nəfərə çatıb. Daha 925 min nəfərin isə vəbaya yoluxduğu ehtimal edilir". Bu barədə BMT baş katibinin rəsmi nümayəndəsinin müavini Farhan Hak bildirib. Mətbuata açıqlam verən rəsminin sözlərinə görə, epidemiya sürətlə yayılır: "Əlimizdə olan son məlumatlara görə, noyabr ayının 12-ə qədər epidemiyadan 2 mindən çox insan ölüb. Ölənlər arasında azyaşlı uşaqlar çoxluq təşkil edir. Hazırda 925 mindən çox insanın isə vəbaya yoluxub-yoluxmadığı araşdırılır".
NATO bu bölgədə əsgər sayını artırır – Yeni təlimlər başlayacaq
NATO 2018-ci ildə Əfqansıtanda xidmət edən əsgərlərinin sayını artıracaq. Bu barədə NATO-nun sözçüsü Cens Stoltenberq "Assoşeytid Press" agentliyinə açıqlamasında danışıb. O, NATO müttəfiqlərinin Əfqanıstana daha çox əsgər vəd etdiyini deyib və 2018-ci ildə 13 000 üzvü olan ordunun 16 000-ə çıxarılacağını qeyd edib.
Amerikada görüşən Ancelina Coli ilə Tuba Büyüküstünü nə birləşdirir?
Tuba Büyüküstün Ancelina Coli ilə Los Ancelesdə görüşüb. Ötən həftə ABŞ-ın Los Anceles şəhərində keçirilən Beynəlxalq Asiya Film Festivalında münsif kimi iştirak edən Tuba Büyüküstün orada Hollivud ulduzu Ancelina Coli ilə söhbət edib və şəkil çəkdirib.
Yer kürəsi böyüklüyündə YENİ PLANET kəşf edildi
Günəş sisteminə qismən yaxın məsafədə mülayim iqlimə malik Yer kürəsi böyüklüyündə bir planet aşkarlanıb. Olaylar.az bildirir ki, Çilidəki La Silla Rəsədxanasında yüksək dəqiqlikli cihazlar vasitəsilə kəşf edilən planetin 11 işıq ili uzaqda olduğu bildirilib. Yer kürəsinə ikinci ən yaxın planet olan yeni kəşfə “Ross 128 b” adı verilib.
Bu silahlarla ancaq Türkiyə vurula bilər – Gizli razılaşmanın ŞOK DETALLARI
ABŞ-dan təxminən 4 min TIR silahı və sursat alan PKK/PYD terror təşkilatı Suriya rejimindən kimyəvi silah əldə edib. Bu iddia ilə 2012-ci ilin əvvəlində Suriya ordusunda Kimyəvi Silahlar üzrə Dairə Başçılığı vəzifəsini icra edən general Zahir Sakid çıxış edib.
Rza Zərrabın yeri bəlli oldu
ABŞ-ın Nyu York Ali Məhkəməsi Türkiyə və İran vətəndaşı, azərbaycanlı iş adamı Rza Zərrabın olduğu yeri açıqlayıb. Ali Məhkəmə onun hələ də federal həbsxanada olduğunu bildirib. Bu barədə ”Doğan” xəbər agentliyi məlumat yayıb.
“Ərdoğan və Putin “saatlı bomba” mövzusunda razılaşdı” – Ankaranın qonşusu ŞOKDA
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya dövlət başçısı Vladimir Putinin “Akkuyu" atom elektrik stansiyası (AES) layihəsinin icrası ilə bağlı razılaşması Yunanıstanda təlaş yaradıb. “Dimokratia” nəşri “Ərdoğan və Putin “saatlı bomba haqqında razılaşdı” başlıqlı məqaləsi ilə narahatlığı ifadə edib. “Ankara əslində, zəlzələ qurşağında yerləşən Kiprin qarşısındakı Akkuyuda - Şərqi Aralıq dənizinin geniş bölgəsində hər an təhdid yaradacaq “saatlı bomba” yerləşdirir”, - məqalədə deyilir.
Pentaqon şefi ilə Sarkisyanın məxfi görüşü - Gizli danışıqların DETALLARI ORTAYA ÇIXDI
Ermənistan prezidenti Serj Sarkisyanın müdafiə naziri olduğu vaxtda ABŞ-ın keçmiş müdafiə naziri (Pentaqon şefi) Donald Ramsfeldlə məxfi danışıqları ortaya çıxıb.
Bərzaninin partiyasından gözlənilməz QƏRAR
Şimali İraq Kürd Muxtariyyətinin başçısı Məsud Bərzaninin liderlik etdiyi Kürdistan Demokratik Partiyası (KDP) İraq Parlamentindəki iclaslara qatılmaq qərarı verib. KDP-li millət vəkili Nəcibə Nəcib partiya üzvlərinin uzun bir toplantı təşkil etdiyini və həmin toplantıda sabahdan etibarən paytaxt Bağdaddakı parlament iclaslarına qatılmağa qərar verdiklərini bildirib. Millət vəkilinin məlumatına görə, bütün kürd partiyaları Bağdaddakı mərkəzi hökumətlə yaşanan mövcud böhranla yanaşı, ixtilafın olduğu hərbi, siyasi və maddi mövzulara həll yolu tapmaq üçün dialoq çağırışı edib.













