Dünya
İsraildə PARTLAYIŞ: ölən və yaralananlar var
İsraildə avtomobil partlayıb. Ölkənin Təl-Əvivdə magistral yolun kənarında hərəkətsiz halda saxlanılan avtomobil qəfildən partlayıb. Hadisə noyabrın 15-dən 16-na keçən gecə baş verib.
UEFA rəsmisi: "Ən böyük türk klubu "Qalatasaray"dır"
UEFA-nın mətbuat xidmətinin rəhbəri Pedro Pinto "Beşiktaş" - "Monako" matçı öncəsi 10 ölkə jurnalistlərinin və bir sıra rəsmi şəxslərin olduğu yeməkdə iştirak edib. UEFA sözçüsü türk jurnalistin "Ən böyük türk klubu hansıdır: "Fenerbahçe" yoxsa "Qalatasaray"? sualını bir az düşündükdən sonra belə cavablandırıb:
“Facebook” və “Google”a vergi tətbiq ediləcək
İsrail bu il ərzində "Google" və "Facebook" şirkətlərinə vergi hesabı göndərməyi planlaşdırır. Bu barədə "The Marker" maliyyə qəzeti məlumat yayıb. İsrailin vergi orqanının rəhbəri Moşe Aşer bildirib ki, vergi hesablarının hazırlanması üçün işlərə başlanılıb: "Hazırda qurum necə hesab aparılması üzərində çalışır. Şirkətlərin İsrail müştərilərindən əldə etdiyi mənfəətin neçə faizinin ölkəyə vergi olaraq ödənilməsi barədə qərar veriləcək".
Məktəbli avtobusu qəzaya düşdü: 20 yaralı
Almaniyanın Aşağı Saksoniya əyalətində məktəbli avtobusu qəzaya düşüb. Qəza avtobusun minik avtomobili ilə toqquşması nəticəsində baş verib. Hadisədə 20 şagird xəsarət alıb. Avtobusun sürücüsünün ağır yaralandığı bildirilir. Digər sürücü isə əzilmiş maşından çıxa bilməyib. Hadisə yerinə xilasedicilər və polis gəlib.
Bu insan dünyanı məhv edə bilər - Bir neçə saat QALDI
Elon Muskun rəhbərlik etdiyi “SpaceX” şirkəti gizli bir missiya üçün “Zuma” kod adlı yükü “Falcon 9” raketi ilə kosmik orbitə göndərməyə hazırlaşır. Raket ABŞ-ın Florida ştatında yerləşən Kennedi Kosmik Mərkəzindən bu gün yerli vaxtla saat 20:00-22:00 arasında buraxılacaq. Məlumata görə, raketin kosmik orbitə buraxılmasına dair heç bir görüntü yayımlanmayacaq. Beynəlxalq raket və müdafiə şirkəti olan “Northrop Grumman” bu missiya üçün “SpaceX”-lə razılaşdığını açıqlayıb.
İngiltərə Türkiyədən hərbi gəmi alır
İngiltərə Türkiyədən helikopter gəmisi alacaq. Bu barədə məlumatı İngiltərə Müdafiə naziri Tobias Ellivud verib.
“Skype” servisi yeni hesab tipi təqdim edəcək
"Microsoft" şirkəti tezliklə məsafədən fərdi sahibkarlıq üçün nəzərdə tutulmuş yeni tip "Skype" hesablarını sınaqdan keçirmək niyyətindədir. "Skype" servisində ixtisaslaşdırılmış hesab tipi istifadəyə veriləcək. "Skype Professional Account" fərdi sahibkarlıqda (məsələn, məsafədən repetitorluq) bu messencerdən istifadə edən şəxslər üçün nəzərdə tutulub.
“Android” smartfonlarında yeni əməliyyat sisteminə keçmə prosesi zəif gedir
ABŞ-ın "Google" şirkəti "Android" mobil əməliyyat sisteminin müxtəlif versiyalarının yayılmasını xarakterizə edən rəsmi statistikasını dərc etməkdə davam edir. Yeni "Android 8.0 Oreo" versiyası ay ərzində payını 0,1 faiz bənd artıra bilib.
Süni intellekt yeni materialların yaradılmasına kömək edəcək
Massaçusets Texnologiya İnstitutunun, Massaçusets Amherst Universiteti və Berkli Kaliforniya Universitetinin tədqiqatçılar qrupu elmi məqalələrdə dərc edilən məlumatlar əsasında yeni materialların hazırlanması metodunun axtarışı üçün süni intellekt sisteminin hazırlanması ilə məşğuldur. Tədqiqatçılar milyonlarla məqalədən götürülən materialların hazırlanması üzrə “reseptləri” özündə birləşdirən məlumat bazası yaratmaq niyyətindədirlər. Lazımi materialın adını və digər parametrlərini (mənbə materialları, reaksiya şərtləri, hazırlanma prosesləri və s.) sorğu verərək daxil etdikdən sonra sistem onun əldə olunması üsulunu təklif edəcək.
“HTC” şirkəti ilk avtonom virtual reallıq şlemini təqdim edib
“HTC” şirkəti ilk avtonom virtual reallıq şlemini nümayiş etdirib. Pekində keçirilən “Vive Developers Conference” konfransında təqdim edilmiş “Vive Focus” modeli smartfon, kompüter və ya başqa qurğularla sinxronlaşdırma olmadan işləyə bilir.
“OnePlus 5” əlavəsi smartfon üçün təhlükə yaradır
Proqram tərtibatçısı Elliot Olderson “OnePlus 5” smartfonunda “EngineerMode” əlavəsini aşkarlayıb. Mütəxəssis proqramın imkanlarını təhlil edərək onun qurğuya ziyan vura və istifadəçilərin məxfiliyi üçün təhlükə yarada bilməsi qənaətinə gəlib.
“Word” sənədləri vasitəsilə kompüterləri yoluxduran yeni virus aşkar edilib
Məlumatların mühafizəsi üzrə mütəxəssislər xüsusi “Microsoft Office” sənədlərinin köməyi ilə “Windows” əməliyyat sistemini yoluxduran yeni kompüter virusu aşkar ediblər. Virusun özəlliyi ondadır ki, qurğu “Word” makroslarından istifadə etmədən yoluxdurulur. Hakerlər ixtiyari kodu başqa fayllardan yerinə yetirməyə imkan verən “Dynamic Data Exchange” (DDE) proqram mexanizmindən istifadə edirlər.
Məşhur cərrah xəbərdarlıq: "Uqq geyinməyin!"
Komfort və rahatlığına görə, uqq çəkmələri qızların qış aylarında ən çox üstünlük veridiyi ayaqqabılardır. Lakin məlum olub ki, bu model sağlamlığımız üçün təhlükə mənbəyidir.
Alimlər tərdən biometrik autentifikasiyada istifadə etməyi təklif ediblər
Barmaq yastıqçalarındakı təsviri yenidən canlandırmaq və sifətin cizgilərini saxtalaşdırmaq olar, amma tərin xüsusiyyətləri hər bir insan üçün o qədər unikaldır ki, onu biometrik autentifikasiyada istifadə etmək olar. Alimlər Culian Aqudelo, Vladimir Privman və Yan Halamek belə nəticəyə gəliblər.
16 min alimdən QORXUNC XƏBƏRDARLIQ - İnsanlıq BÖYÜK TƏHLÜKƏ İLƏ ÜZ-ÜZƏ
“Bütün göstəricilər narahatlıq doğurur, ekoloji problemlərin səviyyəsində ciddi artım var və artıq gələcəyimizi təhlükə altına atırıq”. 184 ölkədən 16 mindən çox alim bu çağırışı edib. Alimlərin bu çağırışı Fransanın “Le Monde” qəzeti və “Bioscience” elm jurnalında yayımlanıb. Onlar ekoloji problemlərin çox ciddi bir səviyyədə olduğunu bəyan ediblər. Məqələ bu problemdən narahat olan alimlər tərəfindən 25 il əvvəl verilən mesajın davamı olaraq qəbul olunur.














