Dünya
Almaniyada məktəblilərin olduğu avtobus qəzaya uğrayıb
Almaniyanın Aşağı Saksoniya federal torpağında məktəbliləri aparan avtobusla minik maşını toqquşub. Məlumata görə, qəza nəticəsində 20-yə yaxın məktəblinin xəsarət aldığı bildirilir.
İranda möcüzə kimi hadisə: 3 gün dağıntılar altında qalan körpə xilas edildi
İranda zəlzələ dağıntıları arasından körpə xilas edilib. Bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi rəsmisi məlumat verib. Körpə 3 gün dağıntıların altında qalıb.
Moskva ABŞ-ın planına qarşı - DONBAS MƏSƏLƏSİNDƏ YENİ MƏRHƏLƏ
Donbasda sülhməramlıların yerləşdirilməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnaməsinin son variantı “DXR” və “LXR”lə (Donetsk və Luqansk “xalq respublikaları” - red.) uyğunlaşdırılmalıdır.
Türkiyədə həbsdə olan üç general azadlığa buraxıldı
Türkiyədə ötən il iyulun 15-də dövlət çevirlişinə cəhddə iştirak etməkdə ittiham olunaraq həbs edilən 3 general azadlığa buraxılıb.
Donald Trampı edama "məhkum etdilər"
Şimali Koreyanın rəsmi mediası ABŞ prezidenti Donald Tramp edam cəzasına "məhkum edib". Media bu cəzanı prezidentin Şimali Koreya lideri Kim Çen Ina həqarət etməsi səbəbilə verib. “Rodong Sinmun” qəzeti isə Cənubi Koreya səfəri zamanı silahsızlaşdırılmış bölgəni ziyarət etməyən D.Trampı qorxaqlıqda təqsirləndirib. Həmçinin, D.Trampın bölgəni ziyarət etməməsinin səbəbini pis hava şəraiti ilə deyil, Şimali Koreya əsgərlərindən qorxması ilə əlaqələndirib. Qəzet yayımladığı təhqiredici məqaləsində ABŞ prezidentinin Koreya xalqı tərəfindən ölümə məhkum edilən iyrənc bir cinayətkar olduğunu qeyd edib.
Yeni bir həyatın xəbərçisi: Dünyaya ən yaxın planet kəşf edildi
Günəş sisteminə ən yaxın məsafədə isti iqlimə sahib, Yer kürəsi böyüklüyündə bir planet kəşf edilib. Planet Çilidə yerləşən Silla Rəsədxanasının telskopları tərəfindən aşkar edilib.
Rusiyadan Türkiyəyə TƏK ŞƏRT: “S-400-lərin çatdırılması üçün...”
"S-400 “Triumf” zenit-raket sistemlərinin Türkiyəyə çatdırılması üçün Ankara müqavilədə göstərilən bütün vəsaiti ödəməlidir". Bu sözləri xarici ölkələrlə hərbi əməkdaşlıq üzrə Rusiya Federal Agentliyinin bir səlahiyyətlisi jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, müqaviləyə uyğun olaraq, S-400 batareyalarının Türkiyəyə çatdırılması 2019-2020-ci illərdə həyata keçirilə bilər. “Rosteks” dövlət korporasiyasının baş direktoru Sergey Çemezov bildirib ki, S-400 “Triumf” zenit-raket sistemlərinin çatdırılması üzrə Türkiyə ilə müqavilənin məbləği 2 milyard dolları ötür.
Yol qazarkən tapdılar: İçindən çıxan...
Çində yol çəkilişi zamanı maraqlı hadisə yaşanıb. Qazıntı işləri gedən yerdən fəhlələr köhnə məzar tapıblar.
Tibb bacıları erotik rəqsə məcbur edildi - Məmurlar qarşısında... + VİDEO
Klinton, Buş və Obamanın pensiyası azaldıldı
ABŞ konqresi sabiq prezidentlərin pensiyalarının azaldılması haqqında qanunu təsdiqləyib. Yeni qanuna əsasən, keçmiş prezidentlərin təqaüdlərinin illik həcmi 200 min dollara qədər, digər məsrəfləri üçün ayrılan məbləğ isə 500 min dollaradək azaldılacaq. Bununla yanaşı, qanun 10 il ərzində bu məbləğin tədricən ixtisar edilərək 250 min dollara endirilməsini nəzərdə tutur. Amerikalı qanunvericilərin fikrincə, hazırda ABŞ administrasiyasının sabiq başçılarının dövlət tərəfindən maliyyə dəstəyinə ehtiyacı yoxdur. Onlar yazdıqları kitablardan, həmçinin ictimaiyyət qarşısında çıxışlardan milyonlarla dollar qazana bilərlər.
Erməni nazirdən etiraf - Əhalini "qara günlər" gözləyir
Ermənistanın maliyyə naziri Vardan Aramyan parlamentdə 2018-ci il üzrə büdcə layihəsinin müzakirəsi zamanı deyib ki, infrastrukturun inkişafı Ermənistanda yoxsulluğun səviyyəsinin artmasına gətirib çıxaracaq.
“Forbes” Azərbaycana niyə kölgə salmaq istəyir? - Məşhur tədqiqatçı-ekspert
Məşhur tədqiqatçı Aleksandr Murinson Azərbaycan əleyhinə yazıya görə "Forbes" jurnalını tənqid edib.
Rusiya qorxusu və ABŞ-ın etinasızlığı Avropanı öz başına çarə qılmağa məcbur edir
Bazar ertəsi Avropa Birliyinin 23 üzv dövləti müdafiə sahəsində daimi strukturlaşdırılmış əməkdaşlığa daxil olmaq haqqında saziş (qısa adla Pesco-red.) imzaladılar. Qərb mətbuatı bunu Birlik çərçivəsində vahid hərbi qüvvənin yaradılması yolunda ilk addımlardan biri kimi qiymətləndirir.
İnternet: Azərbaycan qismən azad ölkədir
Mərkəzi qərargahı ABŞ-da yerləşən “Freedom House” beynəlxalq insan hüquqları təşkilatı 100 ballıq cədvəllə internet azadlığı reytinqini açıqlayıb. Araşdırmaya daxil edilən 65 ölkə azad, qismən azad və qeyri-azad bölümləri üzrə üç qrupa ayrılıb (0 bal: ən azad, 100 bal: ən qeyri-azad).
Azərbaycan öz "Euronews"unu yaradır
Xəbər verdiyimiz kimi, dünən Azərbaycanda yeni televiziya kanalının yaradılması ilə bağlı Milli Televiziya və Radio Şurası tərəfindən müsabiqə elanı verilib. Şuranın budəfəki elanı ənənəvi televiziya kanalı formatında yox, sırf yeni konsepsiya ilə fəaliyyət göstərəcək xəbər kanalının yaradılmasından xəbər verir.














