Leonardo Da Vinçinin əsəri hərracda 400 milyon dollara satıldı

Rəssam Leonardo Da Vinçinin rəsm əsəri hərraca çıxarılıb. Nyu-Yorkda keçirilən hərracda "Dünyanın xilaskarı" rəsm əsəri 400 milyon dollara satılıb. Rəsm əsəri uzun müddət itirilmiş sayılırdı. Tabloda İsa Peyğəmbər təsvir edilib. Hərracdan əvvəl əsərə 100 milyon dollar qiymət qoyulmuşdu.

Ekspertlərin fikrinə görə "Dünyanın xilaskarı" Da Vinçinin Milan yaradıcılığı dövrünün sonu sayılır. Əsər 1490-cı illərdə çəkilib. Digər mütəxəssislər isə əsərin 1500-cü illərdə çəkildiyini düşünür. Ölkə.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31