Güc hansı amillərlə şərtləndirilir?
Beynəlxalq münasibətlərdə güc müxtəlif aspektlərdən izah və tədqiq olunur. Super güc, böyük güc,orta güc, kiçik güc, regional güc, mədəni güc və sair məfhumlar bu və ya digər ölkələrə münasibətdə istifadə olunan gücün səviyyələrini ifadə etmək leksikina daxil edilib . Bu sahədə tez-tez istifadə olunan və istifadəyə buraxılan kateqoriyalar arasında Sərt və Yumşaq güc ( hard and soft power) elementləri özünəməxsus yer tutur.
16 Noyabr 2017 14:11 DünyaSərt və yumşaq güclərin Beynəlxalq Münasibətlər sistemində istifadəsi
Beynəlxalq münasibətlərdə güc müxtəlif aspektlərdən izah və tədqiq olunur. Super güc, böyük güc,orta güc, kiçik güc, regional güc, mədəni güc və sair məfhumlar bu və ya digər ölkələrə münasibətdə istifadə olunan gücün səviyyələrini ifadə etmək leksikina daxil edilib . Bu sahədə tez-tez istifadə olunan və istifadəyə buraxılan kateqoriyalar arasında Sərt və Yumşaq güc ( hard and soft power) elementləri özünəməxsus yer tutur. Amma bu kateqoriyalar dövlətlərə aid olunan digər kateqoriyalardan fərqlənir. Belə ki, super, böyük, orta, kiçik, regional, mədəni güc bu və ya digər ölkəyə onun beynəlxalq münasibətlər sistemində tutduğu yerə görə ona şamil edilirdisə Sərt və Yumşaq gücdən ayrıca götürülmış ölkənin Beynəlxalq münasibətlər sisteminin üzvü olan digər ölkəyə münasibətdə əlaqəsini ifadə etmək üçün istifadə olunur. Sərt güc məcburetmə, yumşaq güc isə cəlb etmə funksiyaları yerinə yetirir. Siyasi Elmlər üzrə Fəlsəfə doktoru, Konfliktoloq Əlimusa İbrahimov bildirib ki, gücün hansı kateqoriya və elementləri özündə əks etdirməsindən asılı olmayaraq onun əsas funksiyası digərlərinin qərarlarına təsir etmək və onu öz istədiyin istiqamətində dəyişdirməkdən ibarətdir.Beynəlxalq münasibətlər sahəsinin fəal subyektləri olan dövlətlər və eyni zamanda Beynəlxalq təşkilatlar, Qeyri-hökumət təşkilatları mütəmadi olaraq bir-biri ilə münasibətdə gücdən istifadə edirlər. Bu güc sərt və yumşaq ola bilər. Belə isə Sərt və Yumşaq gücün ehtiva etdiyi mənaları nəzərdən keçirək və dövlətlərin bu vasitəyə müraciət etmələrinin səbəbinə toxunaq. Onun sözlərinə görə, sərt güc - dedikdə ayrılıqda götürülmüş dövlət, millət və beynəlxalq təşkilatın iqtisadi və hərbi imkanlardan istifadə edərək digər aktorların davranışına təsir etməsi başa düşülür. Bu Beynəlxalq Münasibətlər Nəzəriyyəsinin realist qanadının güc haqqında irəli sürdükləri fikirlər ilə üst-üstə düşür. Bu məktəbə görə güc maddi resurslar, əhali, ərazi, faydalı qazıntılar, iqtisadi və mənəvi qüvvə ilə şərtləndirilir. Sərt güc bu sadalanan nemətlərdən digərlərinin davranışını dəyişmək üçün istifadə olunması zamanı meydana gəlir: "Sərt güc termini qədim tarixə malikdir. Bu tez-tez italyan filosof və yazıçı Nikkolo Makiavellinin "Şahzadə" əsərində hərbi qüvvə mənasında istifadə olunmuşdur.İngilis materialist filosofu Tomas Hobbes isə "Leviafan" əsərində iqtisadi və maliyyə sahələrinə nəzarət funksiyasını da əlavə etməklə gücün əhatə etdiyi çərçivəni daha da genişləndirir.Müasir mütəfəkkirlərdən Hans Morqentau və Henry Kissincer də sərt gücün formalaşması və onun müasir beynəlxalq münasibətlərdə oynadığı rolu tədqiq etmişlər. Bu zaman onlar hərbi qüvvəni əsas götürsələr də maddi imkanları da sərt gücün əsas elementləri sırasına daxil etmişlər. Onların fikrincə sərt gücün aparıcı elementi hərbi qüvvədir , hərbi qüvvə isə maddi nemətləriun bolluğu sayəsində əldə olunur. Göründüyü kimi hərbi güc tarixən formalaşmış və şərtlənmişdir. Cəmiyyətin inkişafının müəyyən mərhələsində hərbi gücə daxil olan elementlər bir-birini əvəz edir, bəziləri ön plana keçir, digərləri arxa planda qalır. Yaxud bu elementlər hamısı öz əhəmiyyətlərini itirirdi. Ümumiyyətlə tarixi inkişafın uzun bir dövrü hərbi gücü təşkil edən elementləri üç qrupa bölüblər: dövlətin sərəncamında olan insan resursları və təbii resurslar, istehsal qüvvələrinin , texnologiyaların inkişaf səviyyəsi və bir də cəmiyyətin sosial və sosial-siyasi təşkilinin səviyyəsi". Konfliktoloq qeyd edib ki, mütəfəkkirlər hərbi güc kontekstində sərt gücü tədqiq edirdilər.Müasir tədqiqatçılar tərəfindən bu məfhum beynəlxalq münasibətlər və vətəndaş diplomatiyası spektrində öyrənilir. Amerikalı politoloq Cozef Nay sərt gücü qamçı və qoğaldan iqtisadi və hərbi güc vasitəsi ilə istifadə etməklə digərlərini öz istəklərinə uyğun hərəkət etməyə məcbur etmək kimi ifadə edir. Digər Amerikalı professor Ernest Uilson sərt gücü digərlərini məcbur etmək imkanı kimi qiymətləndirirdi. Kurt Kampbell və Maykl O Hanlon " Sərt güc: Milli təhlükəsizliyin yeni siyasəti" kitabında göstərirdilər ki, sərt güc həyati milli maraqlara çatmaq üçün əldə olan bütün yerüstü, sualtı, hava vasitələrindən hərbi güc formasında birgə istifadədən qazanılan nəticədir.Müasir dövrdə və yaxın tarixdə sərt gücün ən çox müraciət olunan forması hərbi müdaxilədən istifadə olunmasıdır.Bu məqsədə nail olmaq üçün sadəcə hərbi gücün tətbiq edilməsi kimi başa düşülməlidir. Ötən əsrlər, xüsusilə 19-cu əsr hərbi gücün tətbiq olunması ilə bağlı misallarla zəngindir.1939-cu ildə Almaniyanın Polşaya müdaxiləsi, 1979-cu il SSRİ-nin Əfqanistana müdaxiləsi, 2003-cü il ABŞ-ın İraqı işğalə hərbi gücdən sərt güc formasında istıfadənin bariz nümunəsidir.Hərbi gücün tətbiqi yaxud hərbi güclə hədələmə sərt gücün yeganə məcburetmə vasitəsi deyil. Eyni məqsədlə iqtisadi pressingdən də tez-tez istifadə olunur. Amerikanın Kuba, İran, İraq, Koreya və Rusiyaya tətbiq etdiyi ticari sanksiya və embarqolar sərt gücün iqtisadiyyatla ifadə olunan formasıdır. Burad da məqsəd eynidir. Bir dövlət digər dövləti öz istəyinə çatmaq üçün məcbur edir. Amma burada vasitələr müxtəlifdir. Yəni ABŞ bu və ya digər səbəblərdən hərbi gücə hər zaman əl ata bilmir. Bəzən sərt güc istənilən nəticəni versə də bəzi hallarda bu tamamilə fərqli nəticələrə gətirib çıxarır. Misal üçün ABŞ-ın Orta Şərqdə İranın nüfuzunu cilalamaq istiqamətində atdığı addımlar və tətbiq etdiyi sərt gücün bütün formaları tamamilə əks nəticələr verib. Amerika bu gün İranın bölgədə artan nüfuzunun əlində aciz qalıb.
Yumşaq güc də beynəlxalq münasibətlərin fəal aktorları olan dövlətlər arasında tez-tez istifadə olunan kateqoriyalardandır. Bu vasitə sərt gücün əldə etməyə çalışdığı lakin bu və ya digər səbəbdən nail ola bilmədiyi məqsədlərə çatmaq üçün istifadə olunan vasitədir. Məfhum ilk dəfə Harvard Universitetinin professoru Cozef Nay tərəfindən dövriyyəyə buraxılmışdır. O deyirdi:" Gücün əsas məqsədi digərlərinə nüfuz etmək və bununla istədiyinə nail olmaqdan ibarətdir. Bunu etmək üçün üç əsas yol mövcuddur: birinci qamçı ilə məcbur etmək, ikincisi kökə ilə şirnikləndirməklə istədiyinə nail olmaq, üçüncü isə onları müxtəlif vasitələrlə özünə tərəf çəkmək və bununla da istədiyinə nail olmaq, yəni digərlərini sənin istəyinə uyğun hərəkət etməyə təşviq etmək. Əgər sən başqalarını bu üsulla dediyini etməyə təşviq edə bilsən bu sənə qamçı və kökdən xeyli ucuz qiymətə başa gələcək." Beləliklə yumşaq güc də digərlərini sənin istəyinə uyğun hərəkət etməyə təşviq edən bir üsuldur. Yumşaq güc göründüyü kimi sərt gücün tam əksini təşkil edir və tarixən milli gücün realist ölçüsünün göstəricisi olub.
Alim