Dünya

Bu ölkədə at həbs edildi - Video

16 Noyabr 2017 18:25

Braziliyada avtomobili zədələdiyi üçün at həbs olunub. Bu barədə məlumatı “Globo” xəbər portalı yazıb.  Atın sahibi Uilyams Frasişku duş Santuş atla gəzən zaman bir neçə şəxs onlara yaxınlaşaraq ata minmək istədiyini bildiriblər.

Yunanıstanda daşqınlar 1 nəfəri "itirdi", 16 nəfəri öldürdü

16 Noyabr 2017 18:19

Yunanıstanda güclü yağışların yaratdığı daşqınlar nəticəsində paytaxt Afina ətrafında ölənlərin sayı 16 nəfərə çatıb. Məlumata görə, daha 20 nəfərin müxtəlif xəsarətlər aldığı, 1 nəfərin isə daşqınlarda itkin düşdüyü bildirilib. 

Rusiyanın Ermənistandakı hərbi bazasının hərbçiləri itkin düşdü

16 Noyabr 2017 17:52

Rusiyanın Ermənistandakı 102 saylı hərbi bazasının 2 hərbçisi itkin düşüb. Rusiyanın Gümrüdəki hərbi hissəsinin hərbçiləri iki gündür əllərində əsgərin fotosu ilə məhəllələri gəzərək sakinlərə onun şəklini göstərirlər. Rəsmilər hələlik məsələyə münasibət bildirməyib.  Məlumata görə, itkin düşənlər muzdlu hərbçilərdir.

Kəşfiyyat Putinin siyasi hədəflərini araşdıracaq

16 Noyabr 2017 17:44

Birləşmiş Ştatların milli kəşfiyyatı “Vladimir Putinin ehtimal edilən niyyətləri və siyasi məsələləri haqqında” qanun layihəsi çərçivəsində məruzənin hazırlamasına başlaya bilər. Bu haqda Konqresin Nümayəndələr Palatasının üzvü, qanun layihəsinin təşəbbüskarı Raci Krişnamurti deyib. Qanun layihəsi hazırda ABŞ Konqresinin müzakirəsindədir.

Qarabağda “İKİNCİ CƏBHƏ” açılır - Vaşinqtonun MÜHARİBƏ PLANI

16 Noyabr 2017 17:37

Ukrayna millətçisi və döyüşçüsü, Ali Radanın deputatı İqor Mosiyçuk Rusiyaya qarşı Qafqazdan “ikinci cəbhə”nin açılmasını, bunun üçün regionda qarşıdurmanı alovlandırmağı təklif edib. Deputat “ikinci cəbhə”nin Ukraynaya Donetskdə qələbə qazanmağa imkan verəcəyini hesab edir. “Biz İskeriyada (Şimali Qafqazda - red.) üsyan qaldırmalıyıq. Bununla yanaşı, Qafqazda “ikinci cəbhə”nin açılmasına nail olmalıyıq. Rusiya “ikinci cəbhə”də vuruşa bilməyəcək. Bu, Ukraynanın qələbəsini əhəmiyyətli dərəcədə sürətləndirəcək”, - deyə Mosiyçuk vurğulayıb.

Rusiya ABŞ istiqrazlarına yatırımları kəskin azaltdı

16 Noyabr 2017 16:44

Rusiya 2017-ci ilin sentyabrında ABŞ xəzinə istiqrazlarına yatırımları azaldıb. Bu barədə informasiyanı ABŞ Maliyyə Nazirliyi yayıb. Nazirlik istiqrazlara yatırımın 1,5 milyard dollar azaldığını bildirib. Hazırda Rusiyanın bu istiqrazlarda yatırımı 103,9 milyard dollar təşkil edir.

Rusiya-Çin mümkün savaşı: kim daha üstündür? - Analiz

16 Noyabr 2017 16:43

Rusiya və Çin arasında savaş ola bilər. Bu iddia ilə ameriaklı jurnalist Kayl Mizokami “Nəşinəl İnterest” qəzetində dərc olunan məqaləsində çıxış edib. Jurnalistin fikrincə, bu savaş başlayacağı təqdirdə Rusiya üçün əsas zəif məqam onun iqtisadiyyatı və coğrafi vəziyyəti olacaq: “Hazırda Çinlə Rusiya arasında pis olmayan münasibətlər var və konflikt az inandırıcıdır.

Cənubi Koreyadan ABŞ-a xəbərdarlıq: Müharibə...

16 Noyabr 2017 16:27

Donald Tramp Seul hökumətinin təsdiqləmədiyi halda heç bir şəkildə Şimali Koreyaya qarşı hərbi müdaxilə variantına əl atmamalıdır. Bu barədə Cənubi Koreyanın iqtidar partiyasının sədri Ço Mi danışıb. “Tramp bütün variantların masa üzərində olduğunu tez-tez vurğulayır.

Liviyada miqrantlar 400 dollara kölə kimi bazarlarda satılır - FOTOLAR

16 Noyabr 2017 16:24

Birləşmiş Millətlər Təşkilatı Liviyada miqrantlar və qaçqınlarla bağlı ölkədə hökm sürən qeyri-insani situsiya haqqında bəyanat yayıb. ABŞ-ın CNN telekanalı isə bunula bağlı görüntülü sübutu təqdim edib. Telekanal insanların bazarlarda əşya kimi, qul statusu ilə hərraca çıxarıldığını görüntüləyə bilib.

Bin Salman məşhur misirlini özünə müavin təyin etdi

16 Noyabr 2017 16:21

Misirin keçmiş daxili işlər naziri Həbib əl-Ədli Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd bin Salamanın məsləhətçisi təyin edilib. Bu barədə informasiyanı “Nyu York Tayms” qəzeti yayıb. Ədlinin bir müddət öncə həbs edilən Səudiyyə Ərəbistanı şahzadələrini dindirdiyi də iddia edilib. Onun şahzadələrə qarşı müxtəlif işgəncələrdən istifadə etdiyi vurğulanır.

Ər-Riyad Suriyanın məhvinə 137 milyard xərcləyib

16 Noyabr 2017 16:19

Səudiyyə Ərəbistanı və Qətər beynəlxalq terrorizmi Suriyaya gətirmək üçün 137 milyard dollar pul xərcləyiblər.  Bunu BMT-də çıxışı zamanı Suriyanın BMT-dəki daimi nümayəndəliyinin rəhbəri Bəşər Cəfəri söyləyib.

İşğalçı rejim 2018-ci ilə nə büdcə ilə gedir?

16 Noyabr 2017 16:18

Azərbaycanın işğal olunmuş torpaqlarında qurulmuş qondarma Dağlıq Qarabağ rejiminin 2018-ci il üçün büdcəsi açıqlanıb. Novator.az-ın məlumatına görə, büdcənin gəliri layihədə 97 milyard 104 milyon dram (199 milyon dollar), xərcləri 101 milyard 404 milyon dram (207,8 milyon dollar) göstərilir. Layihə 4 milyard 299 milyon dram (8,8 milyon dollar) büdcə kəsiri nəzərdə tutur.

Ermənilərin “oğlan övlad” sevdası - alman mediasının məqaləsi

16 Noyabr 2017 16:15

“Erməni cütlüklər uşaq gözləyən zaman onun mütləq oğlan olmasını arzularlar. Əks halda bir çox qadınlar qeyri-qanuni olaraq hamiləliklərini yarıda kəsir, həkimlər və apteklər isə onlara bu məsələdə canla-başla yardım edirlər”.

Diplomatik mənbə: Ərdoğanla Putin ərazilərin qaytarılması üzrə razılaşdı – Soçidə QARABAĞ SAZİŞİ

16 Noyabr 2017 16:09

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan və Rusiya prezidenti Vladimir Putin Soçi görüşündə 5 rayonun Azərbaycana qaytarılması üzrə razılaşıb. Bu barədə diplomatik mənbələr “Novosti” agentliyinə məlumat verib. 

Torpaqlar 2019-cu ildə qaytarılacaq - Moskvanın 5 mərhələli PLANI

16 Noyabr 2017 16:07

"Sülhməramlılarla bağlı qətnamə layihəsi 2017-ci ilin sonuna kimi qəbul edə bilər, 2019-cu ildə isə Donbas məsələsinin qəti həlli üçün şans var”. Bu haqda Ukrayna hakimiyyətindəki mənbəyinə istinadən “Apostrof” nəşri yazıb. “Qətnamə layihələsi ilin sonuna kimi qəbul edilərsə, yarım il ərzində detallar araşdırılacaq. Bu o deməkdir ki, növbəti ilin payızında missiyanın genişləndirilməsi başlanacaq. 2019-cu ilin mayında isə Donbasda seçkilərin keçirilməsi mümkündür”, - nəşrin həmsöhbəti qeyd edib.