Dünya

İŞİD -dən növbəti terror

16 Noyabr 2017 21:04

Əfqanıstanın paytaxtı Kabildə restoranların birində terror aktı törədilib. Partlayış nəticəsində 18 nəfər ölüb, 8 nəfər yaralanıb. Ölənlərin 8-i polis işçisidir.

Dünya çempionu qızıl medalını hərraca çıxardı

16 Noyabr 2017 20:44

İranlı Olimpiya çempionu Kianouş Rüstəmi ölkəsində baş verən 7,3 bal gücündəki zəlzələdən sonra xalqına dəstək olmaq üçün qızıl medalını hərraca çıxarıb. "Rio 2016" çempionluğunda yarışan atlet bu təşəbbüsünü instaqram vasitəsilə bildirib. O, zəlzələdən ən çox təsirlənən Kirmanşahda özünün də evinin olduğunu xatırladıb və “Rio 2016-da qazandığım qızıl medalı əsl sahiblərinə - xalqıma geri qaytarıram. Hərracdan əldə ediləcək gəlirlərin hamısı zəlzələdən əziyyət çəkən insanlara yardım üçün istifadə ediləcək” şərhini yazıb.

Super modelin incə belinin sirri: "Bunu hər gün etməsəm, özümü insan hesab etmərəm..."

16 Noyabr 2017 20:00

Bu il Şanxayda keçiriləcək "Victorias Secret"in şousunda çıxış etməyə hazırlaşan Bella Hadid ideal formada qalmasının sirrini açıb. Oxucuları modelin sağlamlıq və gözəllik sirləri ilə tanış edirik. İlk növbədə onu qeyd etmək lazımdır ki, qırmızı xalçada cəsarətli libasları ilə poza verməyi sevən super model keçən il "Victorias Secret" dəfiləsində iştirak etmək üçün gecə-gündüz məşq edib, ağır pəhrizlər saxlayıb. Bellanın debütü tənqidsiz ötüşməyib.

Dünyanın ən zəhərli heyvanları - FOTOLAR

16 Noyabr 2017 19:36

İlanlardan hörümçəklərə, qarışqalara kimi bir çox həşəratlar və heyvanlar zəhərlidir. Buna görə də əksər insanlar nəinki onlarla qarşılaşmaq, hətta adları gələndə belə qorxduqlarını dilə gətirirlər. Sizi dünyanın ən zəhərli heyvan və həşəratları ilə tanış edirik.

“Emirates” aviaşirkəti təyyarədə ən sürətli “Wi-Fi” şəbəkəsini istifadəyə verəcək

16 Noyabr 2017 19:30

“Emirates” aviaşirkəti “Thales” kommunikasiya şirkəti ilə birlikdə 2020-ci ilədək təyyarə reyslərində internetin sürətini dəfələrlə artırmaq niyyətindədir. Bu, “GX Aviation” məlumat ötürmə texnologiyasının tətbiqi sayəsində mümkün olacaq.    

Çin dünyanın 500 ən güclü superkompüteri reytinqində liderdir

16 Noyabr 2017 19:26

Çinin “Sunway Taihulight” və “Tianhe-2” superkompüterləri ardıcıl dördüncü dəfə dünyanın 500 ən güclü superkompüteri reytinqində birinci və ikinci yeri tutub. Bundan başqa, ölkə reytinqdə təqdim edilən superkompüterlərin ümumi sayına görə ABŞ-ı geridə qoyaraq dünyada birinci olub. Yeni reytinqdə Çin 202 superkompüterlə təmsil olunduğu halda ABŞ superkompüterinin sayı 144-dək azalıb.  

İnsanların beyninə çip implantasiya etməklə onların yaddaşını yaxşılaşdırıblar

16 Noyabr 2017 19:20

Alimlər tarixdə ilk dəfə pasiyentin beyninə elektron çip implantasiya etməklə onun yaddaşını yaxşılaşdırmağa müvəffəq olublar. Cənubi Kaliforniya Universitetinin biomühəndisi Ton Son tərəfindən yaradılmış "yaddaş üçün protez" insan yaddaşını yüksək effektivliklə möhkəmləndirən ilk populyar qurğudur.

Smartfon əlavəsi səsə görə avtomobilin nasazlığını müəyyənləşdirəcək

16 Noyabr 2017 19:14

Massaçusets Texnologiya İnstitutunun alimləri avtomobilin işlək hissəsinin səsinə görə ona təmir və ya xidmətin tələb olunmasını müəyyənləşdirən smartfon əlavəsi yaradıblar. Məsələn, əlavə ön sol təkərin hava ilə doldurulması, hava filtrinin bir həftədən sonra dəyişdirilməsi və ya avtomobilin yeni alışdırma şamlarına ehtiyacı olması barədə xəbər verir. Bununla yanaşı, smartfon üçün avtomobilin diaqnostik sistemləri ilə birləşməsi tələb olunmur. Belə ki, tərtibatçıların sözlərinə görə, proqram avtomobillərin texniki təchizatından asılı olmayaraq onların diaqnostikasını aparmağa imkan verəcək. 

Bill Qeyts “ağıllı” şəhərin inşasına 80 milyon dollar xərcləyəcək

16 Noyabr 2017 19:09

“Microsoft” korporasiyasının təsisçisi Bill Qeytsin sahibi olduğu “Cascade Investment” investisiya qrupuna məxsus “Belmont Partners “şirkəti Arizona ştatında Finiks şəhərinin qərbində yeni “ağıllı” Belmont şəhərinin tikintisi üçün böyük torpaq sahəsi alıb. Milyarder layihəyə 80 milyon dollar investisiya qoyub.  

Türkiyə 2 şəhid verdi - İraqın şimalında əməliyyat

16 Noyabr 2017 19:00

İraqın şimalında PKK terror təşkilatına qarşı Türkiyə hərbi qüvvələrinin apardığı əməliyyatlarda 2 türk hərbçisi şəhid olub. Məlumata görə, bu barədə Türkiyə Baş Qərargahı məlumat yayıb. Məlumata görə, əməliyyatlar nəticəsində daha bir türk əsgəri isə yaralanıb.

Songülü borca keçmiş əri salıbmış

16 Noyabr 2017 18:55

Müğənni Songül Karlı borcu olduğu üçün evinin əşyalarının müsadirə olunması xəbərlərinə münasibət bildirib.  İfaçı borcun ona yox, keçmiş ərinə aid olduğunu bilidirib.

Arıqlamaq üçün mədəsini kiçildəcək

16 Noyabr 2017 18:49

Həbsxanadan çıxdıqdan sonra artıq çəkilərindən xilas ola bilməyən müğənni Dəniz Seki mədəkiçiltmə məliyyatına girəcək. İfaçı mədəsini kiçiltməklə yanaşı, bağırsağının mədəyə yaxın hissəsindən 1 metr kəsdirəcək.

Adriana Limadan gözlənilməz qərar

16 Noyabr 2017 18:44

Braziliyalı model Adriana Lima karyerası ilə vidalaşır.  Model Çinin Şanxay şəhərində keçiriləcək dəfiləsindən sonra modelliyə son qoyacaq. 

Bu ölkədə morqlar bağlanır - SƏBƏB?

16 Noyabr 2017 18:34

Meksikanın ən təhlükəli ştatlarından hesab olunan Gerrero ştatında normadan artıq dolmuş morqlar bağlanır. Məlumata görə, əməkdaşlar çürüməkdə olan meyitlərin arasında qala bilmədikləri üçün iş yerlərini tərk edirlər.

Həkimlər 10 saatlıq əməliyyatdan sonra siam əkizlərini belə ayrıdılar - VİDEO

16 Noyabr 2017 18:30

Ötən ay həyata keçirilən siam əkizlərinin əməliyyatı uğurla nəticələnib. On nəfər həkim briqadası və on saatlıq əməliyyatdan sonra bitişik doğulan siam əkizlərini bir-birindən ayıra biliblər. Əkizlər bir il beş aylıq olublar. Əməliyyat "Bambino Djesu" özəl klinikasında həyata keçirilib.