Dünya
Almaz ekranlı ilk smartfon 2019-cu ildə buraxılacaq
ABŞ-ın “Akhan Semiconductor” şirkəti qoruyucu şüşəsi süni almazlı ekrandan ibarət smartfonun sınaqlarına başlayıb. Yeni “Mirage Diamond Glass” şüşəsinin nanokristal strukturu təsadüf nəticəsində formalaşır ki, bu da örtüyün altında dərin çatların yaranmasının və materialların zədələnməsinin qarşısını alır.
Alqoritm insanların təbii kataklizmlərdən xilasına kömək edəcək
Vaterloo Universitetinin alimləri əhalinin sosial dəstək xidmətlərinin statistikasını tədqiq edərək məlumatları əsas xarakteristikalar - sağlamlıq, çeviklik, sosial fəallıq və s. üzrə müqayisə ediblər. Risk qrupunda azhərəkətli və sosial baxımdan az aktiv insanların olması fikrinə əsaslanan alimlər belə insanları sosial dəstək xidmətlərinin məlumatlarına əsaslanaraq aşkarlamağa imkan verən alqoritm hazırlayıblar.
“Windows” sistemli kompüterlər təhlükə altındadır
İnformasiya texnologiyaları üzrə mütəxəssislər “Windows” əməliyyat sisteminin populyar versiyalarının istifadəçilərinin üzləşə biləcəyi yeni təhlükələr aşkarlayıblar.
“iPhone X” zəngləri qəbul etmir
“iPhone X” qurğusunun sahibləri daxil olan zəng zamanı smartfonun heç bir reaksiya verməməsindən şikayət ediblər. İstifadəçilər çağırışı qəbul və ya ondan imtina edə bilmirlər.
“Samsung Galaxy S8” smartfonu üçün “Android 8 Oreo” sisteminin buraxılışı yenidən təxirə salınıb
Qabaqcıl “Samsung Galaxy S8” smartfonu “Android 8 Oreo” əməliyyat sistemi ilə fevralın sonunda təchiz olunacaq. Bu barədə “SamMobile” resursu Şimali Afrika ölkələrinin oxucusuna istinadən məlumat verib.
“Android” sistemi üçün yeni təhlükə aşkar edilib
Mütəxəssislər “Android” mobil əməliyyat sisteminin idarəetməsi altında işləyən qurğu sahiblərinə hücum edən yeni botnet aşkar ediblər. Bu haqda “Bleeping Computer” yazıb.
Tanınmış müğənni 3-cü ərindən də boşandı
Müğənni Nez ötən il ailə qurduğu aktyor Eylem Serverdən boşanıb. İfaçı bu haqda sosial şəbəkədə yazıb. Cütlüyün ayrılmasına səbəb qısqanclıq olub. Nez sosial şəbəkədə “Hamı üçün gözəl başlanğıclar olsun” yazıb. Müğənni ərə getdikdən sora İngiltərəyə köçmüşdü.
Gəlini ilə şəkil çəkdirdi - biabır oldu
İbrahim Tatlısesin keçmiş arvadı Dərya Tuna ötən gün bir məkan açılışı edib. Açılışa oğlu İdo Tatlıses və evlənməyə hazırlaşdığı sevgilisi Yasemin Şefkatli də qatılıb. Çıxışda Dərya gəlini ilə şəkil çəkdirib.
“Intel” şirkəti “Vaunt” “ağıllı” eynəyinin prototipini nümayiş etdirib
ABŞ-ın "The Verge" nəşrinin jurnalisti "Intel" korporasiyasının hələ satışa çıxarılmayan "Vaunt" adlı "ağıllı" eynəyini sınaqdan keçirib. Şirkət bu il sözügedən cihazı satışa çıxarmağı planlaşdırır. Kamera və mikrofona malik olmayacaq "ağıllı" eynək əlavə reallıq sistemi ilə təchiz edilib.
Bu ölkə də kriptovalyutadan istifadə edəcək
Qırğızıstan dövlət satınalmaları sistemində kriptovalyutadan istifadə edəcək. Bunu ölkənin baş naziri Sapar İsakov Qazaxıstanda keçirilən "Qloballaşma dövründə rəqəmsal gündəlik" forumu zamanı çıxış edərkən qeyd edib.
Tramp ən yaxın adamlarını Ankaraya göndərir
ABŞ-ın Dövlət katibi Reks Tillerson və ABŞ Prezidenti Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Herbert Makmaster Türkiyəyə səfər edəcək. Bu barədə “Hürriyyət” informasiya yayıb. Səfərin vaxtı və təfərrüatları açıqlanmayıb.
Dağıstana yeni nazir Tatarıstandan gətirilir
Dağıstanın başçısı səlahiyyətlərinin müvəqqəti icraedicisi Vladimir Vasilyev Tatarıstan İqtisadiyyat naziri Artyom Zdunovun namizədliyini Dağıstan hökumətinin sədri vəzifəsinə irəli sürüb.
Ukrayna üçün qorxulu 2019 gəlir – Rabinoviç
İndiki iqtisadi model və böyük borcla Ukrayna 2019-cu ildən sonra ödəniş qabiliyyətini itirəcək. Bunu “112 Ukraina” televiziyasında çıxışı zamanı ukraynalı deputat Vadim Rabinoviç söyləyib.
Yük maşınında 2 ton partlayıcı maddə aşkarlanıb
Əfqanıstanın xüsusi xidmət orqanları dəhşətli terror hücumunun qarşısını alıb. Əfqanıstanın Milli Təhlükəsizlik Baş İdarəsi paytaxt Kabilin 8-ci rayonunda yük yerində iki ton partlayıcı maddə olan yük maşını saxlandığını bildirib.
Türkiyə rus pilotun nəşini ölkəsinə qaytardı
Fevralın 3-də Suriyanın İdlib şəhərində Rusiyaya məxsus Su-25 təyyarəsinin vurulması nəticəsində həlak olan pilot Roman Filippovun nəşi ölkəsinə təhvil verilib. Bu barədə Rusiyanın Müdafiə Nazirliyindən informasiya yayılıb. “3 fevralda Suriyada həyatını itirən rus pilot Roman Filippovun nəşi rus hərbi kəşfiyyatı tərəfindən Türkiyə tərəfi ilə edilən əməkdaşlıq nəticəsində Rusiyaya qaytarıldı”, - nazirlikdən bildirilib.














