Dünya

Ankaradan ABŞ-a NOTA

7 Fevral 2018 11:54

Ankara Vaşinqtonla Suriyanın Afrin bölgəsində həyata keçirilən əməliyyatı müzakirə etməyəcək. Bunu Türkiyənin Xarici İşlər Nazirliyinin başçısı Mövlud Çavuşoğlu ölkə telekanallardan birinin efirində bildirib. “Afrində Amerika hərbçiləri yoxdur. Orada vaxtaşırı yalnız ABŞ-ın xüsusi xidmət orqanlarının əməkdaşları olurlar. Buna görə də ABŞ-la Afrin mövzusunu müzakirə etməyə ehtiyac yoxdur”, - türkiyəli nazir deyib.

999 terrorçu məhv edildi

7 Fevral 2018 11:51

İran son 25 il ərzində ilk dəfə ABŞ-a qara kürü ixrac edib

7 Fevral 2018 11:43

İran son 25 il ərzində ilk dəfə ABŞ-a qara kürü ixrac edib. Məlumata görə, İranın “Agriculture Services Specialized Holding Company” şirkəti ABŞ-a 10 kiloqram kürü tədarük edib. Bu məhsulun bir kiloqramının qiyməti 1600 dollara çatır.

Tillersondan etiraf: Ruslar bunu istəsə, edəcəklər...

7 Fevral 2018 11:18

ABŞ Rusiyanın Konqres seçkisinə müdaxilə imkanlarına qarşı kifayət qədər hazırlıqlı deyil. Bunu jurnalistlərə açıqlamasında ABŞ Dövlət katibi Reks Tillerson söyləyib.

Avropadan Afrin mesajı: Ankara inanılmaz sınaqlardan keçir…

7 Fevral 2018 11:17

Suriya sərhədində yaşayan vətəndaşlarının təhlükəsizliyini təmin etmək Türkiyənin haqqı və vəzifəsidir. Bu sözləri Avropa Birliyinin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali nümayəndəsi Federika Moqerini deyib.

DƏHŞƏT: Pula görə arvadının böyrəyini satdı

7 Fevral 2018 11:14

Hindistanda Bisvajit Sarkar adlı kişi 12 il öncə evləndiyi Rita Sarkarın ailəsindən ona vəd olunan başlıq pulunu ala bilmədiyi üçün arvadının böyrəyini satmağa qərar verib.  Hindistan adətlərinə görə, başlıq pulunu qız evi bəyə verir. Ritanın ailəsi də 12 il öncə 3 min dollar başlıq pulu vəd edib. Amma imkansızlıq üzündən vədini yerinə yetirə bilməyiblər.

İsrail paytaxtı raket atəşinə tutdu

7 Fevral 2018 11:09

İsrail Suriyanın paytaxtı Dəməşqin yaxınlığında yerləşən bir araşdırma mərkəzinə raket zərbələri endirib. Bu haqda İsrailin “Haaretz” nəşri yazıb.

Daha bir küsülülük bitdi

7 Fevral 2018 09:56

Saxara səhrasına qar yağdı 

7 Fevral 2018 09:31

Əlcəzairin şimal-qərbində, Saxara səhrasında yerləşən Ayn-Səfra şəhərinə bu il ikinci dəfə qar yağıb. Bundan əvvəl səhranın bu hissəsinə qar bu ilin yanvarında yağmışdı.

Prezident sarayında fövqəladə toplantı

7 Fevral 2018 09:15

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyilə Prezident Sarayında Təhlükəsizlik Şurasının toplantısı keçirilib. Toplantıda Suriyada aparılan hərbi əməliyyat, gələcək planlar müzakirə edilib.

“Sarı qızdırma” bu şəhəri iflic etdi

7 Fevral 2018 09:13

2018-ci ilin yanvarında “sarı qızdırma” virusundan ölənlərin sayı 52 nəfərə çatıb. Ötən ilin sonlarından başlayaraq virusa yoluxan insanların sayı isə artmaqda davam edir. Xəstəliyin əlamətləri qızdırma, titrəmə, ürəkbulanma, kramp və koma halıdır. Tibb məntəqələrinin qarşısındakı növbələr və həkim çatışmazlığı insanlar arasındakı təşvişi artırır. Şəhərə gətirilən 500 vaksin isə müraciət edənlərə çatmır. Həkimlərin sözlərinə görə, bir çox hallarda müraciət edən xəstələrdə əlamətlərin yalnız ikisi olur və bu həmin virusa yoluxma demək deyil. Lakin ümumi narahatlıq davam etməkdədir.

Adnan Oktar barədə qərar verildi

7 Fevral 2018 05:28

Türkiyənin Radio və Televiziya Ali Şurası ictimaiyyətdə “Adnan Hoca” kimi tanınan Adnan Oktara məxsus “A9” telekanalının yüksək məbləğdə cərimə edilməsi və verilişin yayımının 5 dəfə dayandırılması ilə bağlı qərar verib. Buna səbəb Oktarın Dəyanət İşlər Nazirliyi barəsində xoşagəlməz və təhqiredici ifadələr işlətməsi olub.

Tayvanda güclü zəlzələ: Otel uçdu, 114 nəfər yaralandı

7 Fevral 2018 05:23

Tayvanın şərqində yerləşən Xualyan şəhərində baş vermiş güclü zəlzlə nəticəsində azı 114 nəfər xəsarət alıb. Bu barədə Çinin CGTN dövlət televiziyası məlumat yayıb. Məlumata görə, daha 29 nəfər xilasedicilərin səylərinə baxmayaraq, “Marshal” otelində çıxılmaz vəziyyətdə qalıb. Otelin binası qismən dağılıb və güclü yeraltı təkanlar nəticəsində otel şaqüli vəziyyətdə əyilib.