Daha bir küsülülük bitdi

2013-cü ildə salam vermədiyi üçün Ajda Pekkandan küsən və müğənnini"ifritə" adlandıran Bülent Ersoy onunla barışıb.

Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, barışıq addımını Ajda atıb. Qripdən xəstəxanaya yerləşdirilən Ersoya çiçək göndərən Pekkan münasibətləri normallaşdırmaq istəyib. Daha sonra Bülentə zəng edən Ajda onunla hal-əhval da tutub. 

Xatırladaq ki, "ifritə" szünə görə məhkəməlik olan məşhurlar ortaq dostları - rejissor Ayşe Ersyaın dəfnində də barışmamışdılar. Məhkəmə Blent Ersoya 3 min 750 lirə (təxminən 1800 manat) pul cəriməsi vermişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31