Dünya
Şults Almaniyada hakimiyyətə gəldi – Merkellə koalisiya
Almaniyada bir müddətdir davam edən hökumət böhranı başa çatıb. Bu barədə “Xəbərtürk” yazıb. Almaniya kansleri Angela Merkelin başçılıq etdiyi Xristian Demokrat İttifaqı ilə Martin Şultsun rəhbərliyi altındakı Sosial Demokratlar Partiyası arasında koalisiya hökuməti qurulması barədə razılıq əldə olunub.
Tramp və Putin Avropanı buna vadar edir
Rusiyanın güclənməsi, Breksit, ABŞ Prezidenti Donald Trampın NATO-ya münasibətdə qeyri-müəyyənliyi Avropanın ümumi müdafiəsi ideyasının aktivləşdirilməsi üçün şərait yaradıb.
Lavrovun ŞİFRƏLİ MESAJININ SİRRİ: Rus ordusu Qarabağa girir?
Rusiya xarici işlər naziri Sergey Lavrovun ötən həftə ATƏT-in fəaliyyətdə olan sədri, İtaliyanın xarici işlər naziri Ancelino Alfano ilə görüşün yekunlarına həsr olunmuş mətbuat konfransında Dağlıq Qarabağda ATƏT müşahidəçilərinin sayının genişləndirilməsi ilə bağlı məsələyə münasibəti açıq suallar yaratdı.
“Ermənistanı yalnız möcüzə xilas edə bilər” - Erməni deputat
“Ermənistanda qiymətlərin qalxması ilk növbədə hökumətin yürütdüyü iqtisadi vəziyyətin göstərcisidir”. Bunu Ermənistanın millət vəkili Aram Sarkisyan deyib. Onun sözlərinə görə, əgər mövcud siyasət davam edəcəksə, miqrasiya azalmayacaqsa, iqtisadiyyat yüksəlməyəcəksə, Ermənistanı yalnız möcüzə xilas edəcək.
Ermənilər Afrində PKK-nın tərkibində Türkiyəyə qarşı döyüşürlər
Bu gün əksər dünya dövlətləri qeyri-rəsmi formada Türkiyənin əleyhinə formalaşmış cəbhədə sıralanıb desək yanılmarıq. Qərbdən tutmuş Avropaya, qədər, Birləşmiş Ştatlardan Fransayadək, xristian dünyasından bızi müsəlman ölkələrinə qədər hər kəs Türkiyənin Suriya ərazisində terror təşkilatı olan PKK və onun Suriya qanadı sayılan YPĞ/PYD-yə qarşı həyata keçirdiyi antiterror əməliyyatından əndişə keçirir.
Morq işçisi aktrisanın cəsədini zorladı
2008-ci ildə yol kənarında cəsədi tapılan şou ulduzunun qatilinin kimliyi hələ də bilinmir. Rusiyada yayımlanan "Dom 2" realiti şousunun iştirakçısı Oksana Aplekaevanın 2008-ci ildə cəsədi tapılıb.
Əməliyyatdan sonra modelin sinəsi dördbucaq oldu, klinikanı şikayət etdi
Vaşinqtonun gizli HƏDƏFİ BUDUR
“Hazırda ABŞ və Türkiyə Qərbi Asiyada savaşın iki qütbündə yer alır. Digər ölkələr bu qütbləşməyə görə mövqe tuturlar”. Bu fikirlə Türkiyənin Vətən Partiyasının sədri Doğu Perinçek (“Dərin dövlət”in adamı olaraq tanınır – red.) “Aydınlıq” qəzetində dərc etdiyi yazısında çıxış edib. Partiya sədri bununla da Cümhuriyyət Xalq Partiyasının (CHP) sədrinin müavini Öztürk Yılmaza cavab verib. Suriyanın şimalındakı döyüşü ABŞ-Rusiya döyüşü kimi xarakterizə edən Ö. Yılmazın sözlərinə görə, onlar Türkiyə üzərində qarşı-qarşıya gəliblər.
İngilis polislər oyuncaq pələngdən qorxublar
Ötən gün İngiltərənin Aberdin əyalətində bir fermer polisə təcili zəng vuraraq kömək istəyib. Fermer Bryuss Qrubb fermasında bir pələngin peydah olduğunu iddia edərək polisdən kömək istəyib.
Hind okeanda sirr olay
Avstraliyaya aid olan və 2014-cü ilin mart ayında yox olmuş Malayziya Hava Yollarının Boinq -777-200 təyyarəsini axtaran Seabed Constructor gəmisi radarlardan yox olub. Gəmi ilə bütün radio əlaqəsi kəsilib.
Makedoniya ölkənin adının dəyişdirilməsinə hazırdır
“Reuters” xəbər agentliyinin məlumatına əsasən, Makedoniyanın Baş naziri Zoran Zaev ölkəsinin Yunanıstanla uzunsürən münaqişəsinə son vermək üçün ölkə adını dəyişdirməyə hazır olduğunu bildirib. Baş nazir iki ölkə arasında baş tutacaq danışıqların səmərəli keçməsinə ümid etdiyini vurğulayıb. Bildirilir ki, iki dövlətin diplomatları yeni adlar siyahısında Şimali Makedoniya, Yeni Makedoniya, Yuxarı Makedoniya adlarını müzakirə edəcəklər. Bundan öncə xəbər verilirdi ki, ölkənin yeni adı referendumda müəyyənləşdiriləcək.
Talibanla danışıqlar masasına otura bilərik - ABŞ
ABŞ-ın Əfqanıstanda hərbi xərcləri bu il 45 milyard dollar təşkil edəcək. Bunu ABŞ Senatının Silahlı Qüvvələrlə İş üzrə Komitəsində dinləmələr zamanı ABŞ Müdafiə nazirinin köməkçisi Rendal Şrayver söyləyib. Onun sözlərinə görə, bu məbləğin 13 milyard dolları ABŞ kontingentinin Əfqanıstanda saxlanmasına, 5 milyard dolları əfqan hərbçilərinin dəstəklənməsinə, 780 milyon dolları Kabilə iqtisadi yardıma xərclənəcək. Yerdə qalan vəsaitin isə nəqliyyat xərcləri təşkil edəcəyi vurğulanıb.
Alimlər qeyri-adi həşərat tapdı
Alimlər təxminən yüz milyon il bundan əvvəl yaşamış hörümçəkkimilər fəsiləsinin yeni "nümayəndə"sini tapıblar. Məlumata görə yeni tapıntı haqqında Nature Ecology & Evolution jurnalında dərc olunan məqalədə məlumat verilib.
İŞİD-in pulu kəsilib, amma... - Quterreş
İŞİD döyüş meydanlarında məğlub olub və öz maliyyələşməsinin 90%-ni itirib. Bu barədə informasiya BMT-nin Baş katibi Antonio Quterreşin hesabatında yer alıb. Quterreş İŞİD-in bütün məğlubiyyətlərinə rəğmən, hələ də ciddi təhdid kimi qaldığını və Əl Qaidə ilə istənilən an birləşə biləcəyini vurğulayıb.
Bir iynəylə hamını "müalicə edən" "həkim" 30 nəfəri HİV-ə yoluxdurdu
Hindistanda tibbi biliklərdən anlayışı olmayan kişi saxtakarlıq edərək xəstələrin pulunu alıb. Unnao şəhərində yaşayan Rajendra Kumar adlı şəxs xəstələri müalicə adı ilə onların həm pulunu alıb, həm də ölümcül xəstəliyə yoluxdurub.














