Dünya

Fransa: Türkiyə və İran Suriyadan çıxmalıdır

7 Fevral 2018 17:52

Türkiyə və İran Suriyada beynəlxalq hüquq normalarını pozurlar. Bu sözləri Fransanın Xarici İşlər naziri Jan-Yves Le Drian deyib. “Ankara savaşa savaş əlavə etməməlidir. Kim Suriyada olmamalıdırsa, geri çəkilməlidir. Buna iranlı milislər və Hizbullah da daxildir”, - nazir bildirib.

Ərazilər müqavimətsiz necə VERİLDİ? – Tarixi iclasın ŞOK DETALLARI

7 Fevral 2018 17:49

Ukrayna qoşunlarının Krımdan müqavimətsiz çıxarılması haqqında qərar prezident administrasiyasının başçısı Sergey Paşinskinin təşəbbüsü ilə qəbul edilib. Bu haqda Feysbuk səhifəsində Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin vəkili Vitali Serdyuk bildirib.

Özünü qatarın altına atdı - DƏHŞƏT - Video (18+)

7 Fevral 2018 17:32

Hindistanda qatarın altına atılaraq intihar edən gənc qadının görüntüləri görənləri şok edib. Stansiyada qatar gözləyənlərin gözü önündə baş verən ölüm anı kameralara saniyəbəsaniyə düşüb.

Qatarda yuxuya gedən qız oyananda sürprizlə qarşılaşdı

7 Fevral 2018 17:23

İngiltərədə baş verən hadisə insanlığın hələ də ölmədiyini sübut edib. Universitet tələbəsi Ella Yohanessen qatarda gedərkən anası ilə mobil telefon vasitəsilə danışıb və maddi problemlərindən bəhs edib. Yuxuya gedən qız oyananda yanındakı salfetin içində bir sürprizlə qarşılaşıb.

Dağıstanda üç nazirlikdə axtarış aparılır

7 Fevral 2018 17:05

Dağıstanda polis əməkdaşları üç nazirlikdə axtarışlar aparır. Məlumata görə, hazırda Təhsil, Maliyyə və Səhiyyə nazirliklərində sənədlər müsadirə olunur. Əməliyyatlar nəticəsində saxlanılanların da ola biləcəyi istisna edilmir.

Rusiyadan Qərbə çağırış: Biz hazırıq!

7 Fevral 2018 17:05

Rusiya Qərbi dialoqa dəvət edir. Bu barədə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov danışıb. “Bərabərhüquqlu əsaslarla dialoqa hazırıq”, - Lavrov bildirib.

Putindən gözlənilməz qərar: Qazaxıstana yeni səfir...

7 Fevral 2018 17:00

Rusiya Prezidenti Vladimir Putin BMT-nin Cenevrə ofisindəki Rusiya Daimi Nümayəndəliyinin rəhbəri Aleksey Borodavkini vəzifəsindən azad edib. Borodavkin Putinin əmri ilə Qazaxıstana səfir təyin olunub. Qazaxıstandakı səfir Mixail Boçarnikov isə istefaya göndərilib.

Malayziyada yeni dil aşkar olunub

7 Fevral 2018 16:33

Malayziyanın şimalında yerləşən kəndlərin birində dilçilər indiyə qədər məlum olmayan danışıq dili aşkar edib. Məlumata görə, Kelantan ştatının Sunqay Rual kəndinin sakinlərini müşahidə edən alimlər onların ətraf bölgələrdən fərqlənən dildə danışdığını müəyyənləşdirib.

Özbəkistanda bu qadağa ləğv edildi

7 Fevral 2018 16:23

İndi Özbəkistanda turistlər sərbəst şəkillər çəkə və ictimai yerləri, binaları lentə ala bilərlər. Məlumata görə, bu, Özbəkistan prezidentinin "Sərhəd turizminin inkişafı üzrə tədbirlər haqqında" fərmanında nəzərdə tutulmuşdur.

Atmosferdə toplanan viruslar üstümüzə yağır - Alimlər açıqladılar

7 Fevral 2018 16:22

Alimlər virusların böyük əksəriyyətinin atmosferdə toplandıqdan sonra yer üzünə düşdüyünü təyin ediblər. Dünya mətbuatının verdiyi məlumata görə, Kanada, İspaniya və ABŞ-dan olan alimlərin apardığı araşdırmada virusların toz buludları ilə atmosferə daşındığı, orada bir müddət gəzdikdən sonra yer üzünə yağdığı təsbit edilib.

Şimali Koreya lideri bacısını Cənubi Koreyaya göndərir

7 Fevral 2018 16:12

Şimali Koreya lideri Kim Çen Inın kiçik bacısı, 28 yaşlı Kim Ye Çjon Cənubi Koreyada keçiriləcək Qış Olimiya Oyunlarının açılış mərasimində iştirak edəcək. O, Cənubi Koreyaya səfər etmiş ikinci qadın dövlət məmuru olacaq. İlk dəfə onun bibisi, Kim Çen İrin bacısı Kim Qyon Hi bu ölkəyə səfər etmişdi. Kim Ye Çjon 2017-ci ildən Şimali Koreya Əmək Partiyasının Siyasi Bürosunun üzvüdür. O, Şimali Koreyada mühüm dövlət postu tutur.

Rusiya Dövlət Dumasının sədri Azərbaycana gələcək

7 Fevral 2018 16:08

Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Azərbaycana səfər edəcək. V. Volodinin Azərbaycana rəsmi səfəri aprelin 11-də keçiriləcək prezident seçkilərindən sonraya planlaşdırılır. Səfərin tarixi hələ dəqiqləşdirilməyib.  V. Volodinin aprelin 8-9-da İrana səfəri nəzərdə tutulub.

Bu ada kişilər üçün qadağandır

7 Fevral 2018 16:04

"Kişilərə giriş qadağandır!" Bu ilin yayında Finlandiya sahillərində "SuperShe İsland" adlı kurort məhz belə şüarla fəaliyyətə başlayacaq. Finlandiyanın paytaxtı Helsinki yaxınlığında, Baltik dənizindəki arxipelaqdakı kiçik, sahəsi 8,4 hektar olan adada yaradılan kurort sadəcə, qadınların istirahəti üçün nəzərdə tutulub.

Gürcüstanın Azərbaycana bu qədər borcu var

7 Fevral 2018 15:55

2018-ci il yanvarın 31-nə olan məlumata əsasən, Gürcüstanın Azərbaycana olan xarici borcu 8,855 mln. dollar təşkil edir. Qonşu ölkənin ümumi xarici dövlət borcu 5 mlrd. 332,941 mln. dollar təşkil edir. Bu məbləğin 5 mlrd. 245,513 mln. dolları hökumətin payına düşür.

ABŞ rəsmisi: Qarabağın həlli üçün...

7 Fevral 2018 15:20

Dağlıq Qarabağ münaqişəsinin 20 ildən artıq uzanması, həqiqətən uzun müddətdir. Məlumata görə, bunu Bakıda ABŞ dövlət katibi müavininin müşaviri, xanım Bricet Brink deyib. "ABŞ münaqişənin sülh yolu ilə həllini güclü şəkildə dəstəkləyir.