Dünya

Şvarsnegger parodiya filminə çəkilir

16 Fevral 2018 19:34

Məşhur aktyor, Kaliforniya ştatının keçmiş qubernatoru Arnold Şvarsnegger 1980-cı illərdə çəkilən döyüş filmlərinin parodiyası olan "Kung Fury" filmində rol alacaq. Məlumata görə, filmdə əsas rol Maykl Fasbenderə tapşırılıb. Həmçinin David Hasselhofu da filmdə görmək mümkün olacaq. Yeni filmin rejissoru, prodüseri, ssenari müəlliflərindən biri olan David Sandberq həm də filmdəki obrazlardan birini canlandıracaq.

“WhatsApp” messencerində mesajı həmişəlik yadda saxlamaq üsulu aşkar edilib

16 Fevral 2018 19:00

“WhatsApp” messencerində mesajları yadda saxlamaq üsulu tapılıb: sitatlardan istifadə etməklə yazışmanı yadda saxlamaq mümkündür.

Maye-kristal ekranlı “iPhone” bu il ən çox satılan “Apple” smartfonu olacaq

16 Fevral 2018 18:55

Maye-kristal ekranla təchiz edilən “iPhone” 2018-ci ildə ən çox satılan “Apple” smartfonu olacaq. Bu barədə “KGI Securities” şirkətinin analitiki Minq-Çi Kuonun yeni hesabatında deyilir. Onun proqnozlarına görə, şirkət ikinci və üçüncü maliyyə rübləri ərzində 100 milyon model satacaq.

Suriyada ölənlər bizimkilərdir - Jirinovski

16 Fevral 2018 17:57

Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski Suriyada özəl hərbi şirkətin döyüşçülərinin öldürülüməsinə münasibət bildirib. O, Rusiyada əmək qabiliyyəti olan kişilərin işi olmadığına görə döyüşmək məcburiyyətində qaldığını bildirib: "Suriyada böyük qism qrup ölüb. Onların rəsmi hərbi qulluqçular olmasının fərqi yoxdur.

Ankara Rusiya və İranla masaya əyləşməlidir - Şamanov

16 Fevral 2018 17:54

Türkiyə bölgədəki problemlərin həlli üçün Rusiya və İranla müzakirələr aparmalıdır. Bu sözləri Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin rəhbəri Vladimir Şamanov deyib. “Bura Türkiyənin məsuliyyəti altında olan bölgədir.

Rus tankları İraqa təhvil verildi

16 Fevral 2018 17:38

Rusiya ilə İraq arasında imzalanan T-90 S tanklarının satışı ilə bağlı müqaviləyə əsasən, Bağdada texnikaların ilk hissəsi təhvil verilib.  İraqa Bəsrə limanında təhvil verilən tanklar daha sonra Bağdada göndərilib. Məlumata görə, Rusiyadan alınan tankların yaxın günlərdə silahlanmaya qəbul edilməsi gözlənilir.

"Bu ölkə ilə müharibə planları olmalıdır" – Vaşinqton məhvedici SSENARİYƏ HAZIRLAŞIR

16 Fevral 2018 17:36

“Çin hərbi baxımdan getdikcə böyüyür. ABŞ Çinlə müharibəyə hazır olmalıdır”.  Bunu ABŞ-ın Avstraliya səfiri vəzifəsinə namizəd göstərilən amerikalı admiral Harri Harris Konqresdə çıxışında deyib. “Çin Cənubi Çin dənizində hakimiyyət qurmaq istəyir. Çinin niyyəti kristal qədər açıqdır. Bunu görməzlikdən gəlməklə özümüzü təhlükəyə atırıq. Pekinin beynəlxalq qaydalara söykənən nizamın altını qazmaq cəhdindən narahatam”, - o bildirib.

Ermənistanda uşaqlar acından ölür - Dallakyan dəhşətli faktları AÇIQLADI

16 Fevral 2018 17:35

İrəvanda “Müqəddəs İsanın anası” tibb mərkəzinin direktoru Nikolay Dallakyan Ermənistandan uşaqların aclıqdan ölməsi haqda dəhşətli faktlar açıqlayıb. Publika.az “Aykakan Jamanak” qəzetinə istinadən məlumat verir ki, Dallakyan xəstəxanaya gətirilən uşaqların əksəriyyətinin doyunca yemək yeməməkdən əziyyət çəkdiyini deyib. 

Yerevanda atışma olub

16 Fevral 2018 17:28

Ermənistanın paytaxtı Yerevanda karaoke klubda atışma olub. Yeğişe H. adlı içkili şəxs heç Xanjyan küçəsində yerləşən klubda atəş açıb.

İtkin düşdükdən sonra anası intihar etmişdi - Acı xəbər gəldi

16 Fevral 2018 17:12

Türkiyənin Kocaeli şəhərində itkin düşən qızın meyiti tapılıb. İtkin düşdükdən sonra anası intihar edən 17 yaşlı Ecemdən acı xəbər gəlib. Ecemin meyiti meşəlik ərazidə torpağa basdırılmış halda tapılıb. Məlumata görə, Ecemin meyitini polis əməkdaşları tapıblar.

YPG-nin ingiltərəli terrorçusu ümidini kəsdi: “Türkiyə qəti olaraq qələbə qazanacaq”

16 Fevral 2018 16:36

Bir müddət öncə Afrində Türkiyə əsgərləri ilə savaşacaqlarına dair videoları sosial şəbəkələrdə yayımlanan PKK/PYD terror təşkilatının Çin kökənli ingiltərəli üzvü “The Times” nəşrinə danışıb.

77 nəfərin qatili 7 il sonra tövbə etdi

16 Fevral 2018 16:29

Norveçli terrorçu Anders Breyvik tövbə edib. “Verdens Gang” qəzeti Breyvikin tövbə məktubunu həbsxana rəhbərliyinə göndərdiyini yazıb. Məktubda Breyvik öz əməllərinə görə tövbə edib və faşist ideologiyasından imtina etdiyini bildirib.

Rusiya ABŞ-ın istənilən nöqtəsini vura bilər – Yeni raket

16 Fevral 2018 16:25

ABŞ Rusiyanın yeni qanadlı raketlərindən narahatdır. Bunu Senatda çıxışı zamanı ABŞ Silahlı Qüvvələrinin Şimal Komandanlığının rəhbəri general Lori Robinson söyləyib.

Rusların PKK-nı Qarabağa gətirməsinin SƏBƏBİ ÜZƏ ÇIXDI: Türkiyə bombalayacaq və... - ŞOK PLAN

16 Fevral 2018 16:10

Ermənistanın “Jamanak” qəzeti bu günlərdə PKK terror təşkilatı üzvlərinin Azərbaycanın işğal edilmiş ərazilərinə yerləşdirildiyi və İrəvan rejiminin terrorçulardan Bakı və Ankaraya qarşı istifadə etmək niyyəti haqda yazdı. Bu, Azərbaycan və Türkiyənin illərdir dilə gətirdiyi faktların Ermənistan mediasında təsdiqi deməkdir. Qəzet yazır ki, PKK üzvləri yavaş-yavaş Ermənistanda məskən salırlar. Bu xəbəri Ermənistan ictimaiyyəti sevinclə qarşıladı, lakin PKK-çıların gəlişini qəbul etməyənlər də var.

Ermənilər Putinin ciddi xəstəliyinin olduğunu iddia edir: “İrəvan bütün ssenarilərə hazırlaşmalıdır” – TƏHLİL

16 Fevral 2018 15:25

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə deyib ki, Putin “soyuqlayıb”, amma işi  davam etdirir. Kreml son zamanlar, demək olar, bütün ictimai tədbirləri ləğv edib, amma saytda görüşlər haqda məlumatlar gedir.