Dünya

Daha bir serialın baş rol aktyorları həyatda sevgili oldu 

17 Fevral 2018 17:24

“Ufak Tefek Cinayetler” serialının baş qəhrəmanları Gökçe Bahadır ilə Mert Fıratın sevgili olduğu irəli sürülüb. Cütlük serial çəkilişlərində və fasilələrdə daim birlikdə vaxt keçirir. Onlar yeməklərini birlikdə yeyir, istirahət vaxtlarında karavanda bir yerdə olurlar.

Türklər və yunanlar arasında növbəti gərginlik

17 Fevral 2018 17:16

Türk və yunan hərbi gəmiləri arasında yaşanan gərginliyin kamera görüntüləri yayıldı. Yunanıstan ilə Türkiyə arasında, Kardak yaxınlığında yaşanan böhran zamanı təhlükəsizlik gəmilərinin bir-biri ilə toqquşması kameralara əks olunub. Türk gəmiləri Türkiyə sərhədlərini keçməyə çalışan yunan təhlükəsizlik gəmisinə əvvəlcə “həyəcan siqnalı” verib.

Məhkəmədən "Facebook"a QADAĞA!

17 Fevral 2018 09:51

Belçika məhkəməsi Amerikanın "Facebook" şirkətinə sosial şəbəkə istifadəçilərinin razılığı olmadan internetdə fəliyyətlərini izləməyi qadağan edib. Bu barədə Belçika məhkəməsi qərar çıxarıb.

Kollecdə silahlı insident

17 Fevral 2018 09:32

ABŞ-ın Sietl şəhəri (Vaşinqton ştatı) yaxınlığında “Highline” kollecində atışma olub. İnsidentin kollec ərazisindəki yataqxanada qeydə alındığı bildirilir. Hadisə yerinə polis qüvvələri cəlb edilib. Hadisənin təfərrüatları müəyyənləşdirilir.

60 yaşlı kişidən ŞOK İDDİA: "2118-ci ildən gəlmişəm, binaların şəkillərini çəkmişəm" - VİDEO

17 Fevral 2018 09:31

Zamanda səyahət etdiyini iddia edən kişi dünya mediasını şoka salıb. Özünü Aleksandr Smit adlandıran təxminən 60 yaşlarında bir kişi 2118-ci ilə səyahət edib geri döndüyünü, oradakı həyatın necə olduğunu, binaların görünüşünün şəkillərini çəkdiyini bildirib.

Məşhur musiqiçi soyğuna məruz qaldı - Bahalı aləti oğurlandı

17 Fevral 2018 09:19

Məşhur fransız violonçel ifaçısı Ofeliya Qayar Paris yaxınlığında silahlı hücuma məruz qalıb. Evdən çıxıb avtomobilə əyləşən musiqiçiyə naməlum şəxs bıçaqla hücum edib. Hücum edən şəxs ondan violonçelini və mobil telefonunu tələb edib.

Tanışlıq saytlarının istifadəçiləri fırıldaqçılarla üzləşir

16 Fevral 2018 20:06

“ESET” şirkəti tanışlıq saytlarına daxil olmalarla əlaqədar risklərin qiymətləndirildiyi tədqiqatın nəticələrini dərc edib.

“Microsoft” fotonu kompüterə sürətli ötürmək üçün mobil proqram istifadəyə verib

16 Fevral 2018 19:57

“Microsoft” korporasiyası tərəfindən təqdim edilmiş mobil proqram “iOS” sisteminin idarəetməsi altında işləyən qurğulardan fotoşəkili “Windows 10” platforması ilə işləyən kompüterə sürətli şəkildə ötürməyə kömək edəcək.

Dünyanın ilk pilotsuz hava taksisi istifadəyə hazırdır

16 Fevral 2018 19:52

Yaxın gələcəkdə Birləşmiş Ərəb Əmirliklərinin ən böyük şəhəri Dubay səmasında qeyri-adi nəqliyyat vasitəsinin – avtonom (kabinədə insan tərəfindən idarə olunmayan) hava taksisinin istifadəyə verilməsi planlaşdırılır. Layihə effektiv dövlət idarəçiliyi və müasir texnologiyaların həyatın müxtəlif sahələrinə tətbiqi məsələlərinə həsr edilən VI illik Ümumdünya Hökumət Sammitində (World Government Summit, WGS 2018) təqdim olunub.

Avstraliyada qrafenin köməyilə suyun filtrasiyası və duzdan təmizlənməsi texnologiyası yaradılıb

16 Fevral 2018 19:48

Avstraliya Elmi və Tətbiqi Tədqiqatlar Birliyi (CSIRO) tərəfindən hazırlanmış texnologiya bir mərhələdə qrafenin köməyi ilə suyu süzgəcdən keçirməyə və duzdan təmizləməyə imkan verir.

“Samsung” şirkəti təzyiqi ölçən “ağıllı” saatlar istehsal edəcək

16 Fevral 2018 19:39

Cənubi Koreyanın “Samsung” şirkəti “ağıllı” saat vasitəsilə arterial təzyiqi ölçməyə imkan verən texnologiya üçün patent hüququ alıb. Bu barədə Cənubi Koreya KİV-ində yayılan məlumatlarda deyilir.