Dünya
Fövqəladə vəziyyət elan edildi
Meksikanın Milli Mülki Müdafiə Xidməti Oaxaka ştatının fevralın 17-də baş verən zəlzələdən zərər çəkmiş 33 bələdiyyəsində fövqəladə vəziyyət rejimi elan edib. Fövqəladə vəziyyət rejimi bu rayonlara təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə xüsusi fondun vəsaitlərinə çıxış əldə etməyə imkan verəcəkdir.
İsrail Qəzza zolağını atəşə tutub
İsrail aviasiyası tərəfindən Qəzza zolağı atəşə tutulub. İsrail ordusunun mətbuat xidməti tərəfindən yayılan xəbərlərə görə, hava qüvvələri Qəzza zolağında yerləşən HƏMAS mövqelərinə hava zərbələri endirib. Məlumatda bunun cavab atəşi olduğu qeyd olunub:
Təyyarə avtomobil yoluna düşdü - FOTO - VİDEO
ABŞ-ın Kaliforniya ştatının şimalında avtomobil yoluna yüngül mühərrikli təyyarə məcburi eniş edib. Hadisə Morqan Hill şəhəri yaxınlığında 101 saylı yolda qeydə alınıb. Təyyarədə yalnız pilot olub və o, xəsarət almayıb.
Fransada ata və qızı qar uçqununa düşərək öldü
Fransanın şərqində yerləşən Savoyya departamentinin dağlıq ərazisində baş verən qar uçqunu nəticəsində iki nəfər həyatını itirib. Bu barədə yerli polisə istinadən "Franc Press" məlumat yayıb. Bildirilir ki, 43 yaşlı Paris sakini və onun 11 yaşlı yeniyetmə qızı 7 xizəkçidən ibarət qrupun tərkibində qar uçqunu təhlükəsinin yüksək olması səbəbindən bağlı olan Kobm dö Jean dağları zonasındakı Val-d`İzer dağ kurortu yaxınlığında sürüşürlərmiş.
İŞİD məsuliyyəti öz üzərinə götürdü
İŞİD terror qruplaşması Dağıstanın Kizlyar şəhərində törədilən hücuma görə məsuliyyəti öz üzərinə götürüb. Bu barədə Reuters agentliyi xəbər verib. Bununla belə faktı təsdiqləyən heç bir dəlil təqdim edilməyib.
Arvadını döyən məşhur aparıcı həbs edilə bilər
Türkiyənin məşhur proqramlarından birinin aparıcısı həyat yoldaşına qarşı zorakılıq tətbiq etməkdə ittiham olunub. "Söz Oyunu" adlı proqramın aparıcısı Ali İhsan Varol həyat yoldaşına zorakılıq tətbiq etməkdə günahlandırılıb. Məhkəmədən 4 ilə qədər həbsi istənilən aparıcı haqqında irəli sürülən ittihamlara sosial media üzərindən cavab yazıb.
Toyda bədbəxt hadisə: 20 ölü
Hindistanda toy yasa dönüb. Hadisə ölkənin Radcasthan ştatının Beavar şəhərində qeydə alınıb. Qaz balonun partlaması nəticəsində toyun baş tutduğu bina çöküb. Dağıntılar altından 18 nəfərin cəsədi çıxarılıb. Bir o qədər də yaralının olduğu bildirilir. Bundan başqa, dağıntıların altında iki nəfərin meyiti qaldığı söylənilir.
Suriya 48 saat ərzində Afrinə qoşun yeridə bilər
Afrin əməliyyatından 1 ay ötdü: Türkiyə əsas hədəfə yaxınlaşır
Kiyev şəhərində Saakaşvili tərəfdarlarının mitinqi gedir
Rusiyada hədiyyə qazanmaq istəyən kişi dirəkdən yıxıldı – VİDEO
BU DA OLDU: itin cinsi dəyişdirildi
Şotlandiyanın Qlazqo şəhərində həkimlər itin cinsini dəyişiblər. Cərrahi əməliyyata səbəb əslində təcrübə aparmaq olmayıb. Sadəcə it germafradit (xonsa) doğulduğu üçün belə bir əməliyyata ehtiyac duyulub. Maraqlıdır ki, heyvanlar aləmində germofradit doğulmaq nadir hallarda baş verir. Molli adlı it xarici orqanlarına görə dişi imiş, daxilən isə onda erkək orqanları yerləşirmiş. Həkimlər cərrahi əməliyyatla onu dişi ediblər.
Netenyahu İranı təhdid etdi
İsrail İranın Suriyada fəaliyyət göstərə, möhkəmlənə bilməməsi üçün bütün gücünü sərf edəcək. Məlumata görə, bunu bu gün 54-cü Münhen Təhlükəsizlik Konfransında İsrail baş naziri Binyamin Netenyahu bəyan edib.









.jpg)


.jpg)

