Dünya

Rusiyanı qəzəbləndirəcək bəyanat – Suriyadan pay istədi

19 Fevral 2018 12:41

İran Suriyanın sərvətlərindən pay tələb edib.  İranın dini lideri Əli Xameneinin hərbi məsləhətçisi general Yahya Rahim Səfəvi Rusiyanın Suriyadakı varlığını nümunə göstərərək bu ölkədə pay əldə etmək haqqının olduğunu bildirib.Generalın sözlərinə görə, İran hökuməti Suriya müharibəsinə çəkdiyi xərclərin ödənilməsi üçün uzunmüddətli müqavilələr bağlamalıdır.

Məktəblilərin olduğu avtobusa silahlı basqın

19 Fevral 2018 12:32

Türkiyənin Adana şəhərində içərisində məktəblilər olan avtobus atəşə tutulub. Olaylar.az bildirir ki, Ayğut Arık adlı şəxs məktəblilər üçün nəzərdə tutulmuş sevris avtobusuna tüfənglə atəş açdıqdan sonra sürücü avtomobili dərhal hadisə yerindən uzaqlaşdırıb.

General: "İsrailin müdafiə nazirinə sui-qəsddə “erməni izi”nin olması istisna deyil"

19 Fevral 2018 12:25

"İsrailin müdafiə naziri Avigdor Libermana sui-qəsd cəhdində erməni izinin olması istisna deyil". Müdafiə nazirinin sabiq müavini, istefada olan general-leytenant Çingiz Məmmədov bunu barədə yayılan məlumatları şərh edərkən deyib. Ç. Məmmədov qeyd edib ki, İsrail-Azərbaycan münasibətlərinin, xüsusilə də hərbi sahədə əməkdaşlığının inkişafı erməni tərəfinin daim ciddi narahatlığı ilə qarşılanıb. "Elə bu yaxınlarda Ermənistan parlamentinin nümayəndə heyətinin İsrailə səfəri zamanı məhz Libermanın Azərbaycanı açıq-aydın dəstəkləməsi barədə verdiyi bəyanatlar da erməni deputatlarını son dərəcə məyus edib.

Səudiyyə Ərəbistanında qadınlara biznes açmağa icazə verilib

19 Fevral 2018 11:58

Səudiyyə Ərəbistanında qadınlara "qəyyumların" razılığı olmadan biznes açmağa icazə verilib. Bu barədə krallığın Kommersiya və İnvestisiya Nazirliyi məlumat verib. Məlumatda deyilir: "Bundan sonra qadınlar "qəyyumlarının" icazəsini sübut etmədən özlərinə biznes aça və elektron xidmətlərdən istifadə edə bilərlər".

Yerevandakı PKK terrorçuları axtarılır

19 Fevral 2018 11:57

Ermənistan polisi Milli Təhlükəsizlik Nazirliyi ilə birlikdə Yerevanda PKK terrorçularının tutulması üçün axtarışlara başlayıb.  Bunu Ermənistanın "Haykakan Jamanak" qəzeti yazıb. Məqalədə qeyd olunub ki, Yerevanda təhsil alan erməni və kürd tələbələr bununla bağlı ölkənin hüquq-mühafizə orqanlarına çağırılıblar və sorğu-sual ediliblər.

“Zeytun budağı” 31 –ci günündə 1641 terrorçu zərərsizləşdirilib

19 Fevral 2018 11:48

Türk Silahlı Qüvvələri və Azad Suriya Ordusu Suriyanın qərbində yerləşən Racu bölgəsinə  yaxın olan Yeki Dam, Şelta və Merseva kəndlərini PKK terror təşkilatından azad edib.

İstanbulda dağıdıcı zəlzələ: hər an ola bilər

19 Fevral 2018 11:35

İstanbulda hər an 7 baldan artıq zəlzələ ola bilər. Bu sözləri Qəndil Rəsədxanası Zəlzələ Araşdırma İnstitutunun rəhbəri professor Haluk Özener deyib. “Yer planetinin hərəkətlərindən asılı olaraq, mütəmadi şəkildə enerji əmələ gəlir və zəlzələlər bu enerjinin dağılmasını təmin edir.

Feysbukdan SƏRT QAYDALAR - reklama nəzarət gücləndirilir

19 Fevral 2018 11:28

Feysbuk sosial şəbəkəsi 2018-ci ildə keçiriləcək seçkilərlə əlaqədar təhlükəsizlik sistemlərini gücləndirib. Şirkət bu il ABŞ Konqresinə keçiriləcək seçkilərə "Rusiyanın müdaxiləsi" ehtimalını göz önündə saxlayaraq, reklam elanları alıcıları üçün əlavə testlər hazırlayıb. Feysbuk şirkəti elektron poçt vasitəsi ilə istifadəçilərin ABŞ-da yaşadığını təsdiq etməsi üçün xüsusi kod göndərəcək. İstifadəçilər bu kodu təsdiq etdikdən sonra reklam elanlarının alışını davam etdirə biləcəklər.

Kosmos savaşı: Rusiya ABŞ-a qarşı xüsusi silah hazırlayır

19 Fevral 2018 11:21

Rusiya və Çin ABŞ-ın hərbi və kommersiya peyklərini sıradan çıxarmaq üçün xüsusi silahlar hazırlayır. Bu barədə informasiya ABŞ Milli Kəşfiyyatının hesabatında yer alıb. Hesabata əsasən, bu tip silahlar həmin ölkələrin arsenalında yaxın illərdə peyda ola bilər.

Multimilyarder daha çox vergi ödəmək istəyir

19 Fevral 2018 10:11

Multimilyarder Bill Qeyts bildirib ki, o və başqa zəngin amerikalılar ABŞ xəzinəsinə indi ödədiklərindən daha çox vergi ödəməlidirlər. O, bu barədə "CNN" telekanalına müsahibəsində deyib. B.Qeyts bildirib: "Mən hər bir insandan çox vergi ödəmişəm, 10 milyon dollardan artıq. Lakin hökumət mənim kimi insanlardan daha yüksək ödəniş tələb etməlidir".

İran İraqa hərbi yardım təklif etdi

19 Fevral 2018 09:55

İran iki ölkə arasında müdafiə və hərbi əməkdaşlıq haqqında imzalanmış Anlaşma Memorandumu çərçivəsində İraqı hərbi texnika və avadanlıq ilə təmin etməyə hazırdır. Bu barədə bazar günü İranın Müdafiə Nazirliyi məlumat yayıb.

Hakim 9 futbolçunu meydandan qovdu

19 Fevral 2018 09:43

Braziliyanın Baiya ştatının futbol çempionatında "Viktoriya" və "Baiya" klubları arasında keçirilən matç komandaların 9 futbolçusunun meydandan sovulması səbəbindən sona qədər oynanılmayıb. Bu barədə "Reuters" məlumat yayıb.