Dünya
Transseksuallar Həcc ziyarətinə yollanacaq
Bu il Pakistandan olan transgender oğlan uşaqları ilk dəfə olaraq Səudiyyə Ərəbistanına yollanıb könüllü qismində Həcc ziyarətində iştirak edə biləcək. Bu barədə NDTV məlumat yayıb. Sind vilayətinin boyskaut hərəkatının komissarı Atif Əmin Hüseynin sözlərinə görə, yeniyetmə transgenderlər digər uşaqlarla yanaşı, cəmiyyətin üzvləri arasından seçiləcək. Seçimlərdə namizədlər fiziki hazırlıq və sınaq tapşırığı yerinə yetirməli olacaq. Seçilmiş kollektivin siyahısı sonradan təsdiq olunması üçün Din Məsələləri üzrə Nazirliyə göndəriləcək.
Ermənistan polisi kürd tələbələri sorğu-sual edir
Ermənistan polisi və Milli Təhlükəsizlik Xidməti İrəvanda PKK terrorçularını axtarır. Bu barədə informasiyanı “Aykakan Jamanak” qəzeti yayıb. Qəzet bu terrorçuların bir neçə gün əvvəl Gümrüdə axtarıldığını bildirib. Məsələylə əlaqədar İrəvanda təhsil alan kürd tələbələr hüquq-mühafizə orqanlarına çağırılaraq dindiriliblər.
Əri kök olduğu üçün boşadı, intiqamı isə ağır oldu
Türkiyənin Bursa şəhərində maraqlı hadisə yaşanıb. 130 kilo olduğu üçün əri tərəfindən boşanan gənc qadın inad edərək 78 kiloya qədər arıqlayıb. 52 kq arıqlayan və gözəlləşən qadına əri yenidən evlənmə təklifi edib. Ancaq, qadın bu təklifə rədd cavabı verib.
NATO sonda Türkiyəni müdafiə edəcək - Suriya
Dəməşq Türkiyənin Suriyada NATO tərəfindən dəstəklənməsindən qorxur. Bunu “Valday” klubunda çıxışı zamanı Suriya prezidentinin müşaviri Buseyna Şaban söyləyib.
Rusiya kəşfiyyatı “Quli”ni həbs etdi
Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Krasnodar vilayətində “qanuni oğru”larla aktiv mübarizə aparırlar. Dördüncü “qanuni oğru” - 39 yaşlı Timur Kapba fevralın 16-da Krasnodarda saxlanılıb.
Marsa göndərilən avtomobil Yerə çırpıla bilər
Dünyaca məşhur “SpaceX” şirkəti yeni layihəsi əsasında ötən ay kosmosa göndərdiyi “Tesla Roadster” avtobomili Yer kürəsinə çırpıla bilər. Avtomobilin milyonlarla il kosmos boşluqlarında qalma ehtimalı var. Marsın orbitinə olan səyahətini hədəfini seçərək gerçəkləşdirəcək “Tesla” 6 faiz ehtimalla 2 milyon il ərzində Yer kürəsi, 2,5 faiz ehtimalla isə Venera ilə toqquşa bilər. Avtomobilin planetimizə ilk yaxın keçidi 2091-ci il olaraq hesablanıb. Həmin ildən 3 milyon il sonra “Tesla”nın Yerə düşmə ehtimalı 10 faizə çıxacaq.
ABŞ ilə Türkiyə arasındakı münaqişədə kürd faktoru
ABŞ ilə Türkiyə arasında münasibətlər tarix boyu demək olar ki, normal olub. Lakin bəzən müxtəlif problemlər bu əlaqələrin gərgin səciyyə daşımasına səbəb olub, iki ölkə arasında soyuq küləklər əsib. Narazılıqlar hər iki dövlətin səyi nəticəsində vaxtında aradan qaldırılıb, münaqişə böhran səviyyəsinə keçməyib.
Hollandiya Türkiyəyə qarşı təzyiq vasitəsini işə salır
Bu günlərdə Niderland parlamentində qondarma erməni soyqırımı ilə bağlı məsələnin müzakirəyə çıxarılması və prosesin erməniərin istəyinə uyğun bir şəkildə sonuclanma mümkünlüyü təkcə bu ölkədə fəaliyyət göstərən türk diasporu deyil, eləcə də Azərbaycan diasporunun narahatçılığına səbəb olub. Niderland Krallığında fəaliyyət göstərən nüfuzlu Azərbaycan diaspor təşkilatları, eləcə də ayrı-ayrı fərdi şəxslər, diaspor fəalları məsələ ilə bağlı öz mövqelərini ortaya qoyublar.
Ağlayan ayını sakitləşdirən tapıldı – VİDEO
Nyu-Yorkda “Canlılara Qayğı Mərkəzi”ndə qəribə hadisə baş verib. Mərkəzə gələn ziyarətçilərdən biri bir ayının kədərli halını görcək, ona qayğı göstərib. Videolara düşən bu səhnə rekord qırır.
Qara Dənizə daha bir amerikan gəmisi gəldi
Bu səhər ABŞ Hərbi Dəniz Qüvvələrinin 6- Donanmasına aid USS Carney (Karni) Raket Esminetsi İstanbul Boğazından keçərək Qara dənizə daxil olub. Burada gəminin ABŞ Donanmasına aid olan Ross raketli esminetsi ilə birgə hərəkət edəcəyi bildirilir. Mütəxəssislərin ehtimalına görə iki Amerikan gəmisinin eyni anda Qara dənizdə keşik çəkməsi Rusiya Qara Dəniz Donanmasının Ukraynaya qarşı hər hansı bir müdaxiləsinin qarşısını almaq məqsədilə bir xəbərdarlıq aksiyası olaraq qəbul edilə biləcəyini ifadə edirlər.
“Qoşunlarınızı dərhal çıxarın!” - Moskvadan ABŞ-a TƏLƏB
“Rusiya ABŞ-ı Suriyada odla oynamamağa çağırır”. Bunu Rusiyanın Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov "Valday" diskusiya klubunda "Yaxın Şərqdə Rusiya: bütün sahələrdə oyun" konfransında deyib.
Dövlət televiziyası: "Suriya ordusu Afrinə girir"
Suriya prezidenti Bəşər Əsədə bağlı qüvvələr Afrin şəhərinə yola düşüb. Bu barədə "Reuters" Suriya dövlət televiziyasına istinadən xəbər yayıb. Axşam saat 18.00-da Əsəd qüvvələrinin Afrinə çatması gözlənilir. Bu gün və sabah 4, həftə ərzində isə 52 nöqtəyə qüvvələrin yerləşdiriləcəyi deyilir.
İsraildə Polşa səfirliyinə hücum – “Qatil”
Polşanın İsraildəki səfirliyinin divarlarına faşizm simvolları və təhqir dolu ifadələr yazılıb. Təl-Əviv polisi faktla bağlı istintaqa başlayıb. Səfirlik binasının təhqir dolu ifadələr və faşizm simvolları ilə hücuma məruz qalmasına Polşanın Baş naziri Mateusz Moravieckinin yəhudi soyqırımı ilə bağlı Münhen Təhlükəsizlik Konfransında çıxışı səbəb olub. Səfirlik binasının divarlarında həmçinin Polşanın ünvanına “Qatil” ifadəsi də yazılıb.
YPG-nın mərkəzində partlayış
Türkiyənin Mardin Nusaybin rayonu ilə qarşı tərəfdə olan və hal-hazırda PKK-nın Suriya uzantısı olan YPG-nın mərkəzi Qamışlıda böyük bir partlayış baş verib. Məlumata görə ən azı beş nəfər ölüb, çoxlu sayda yaralı var. Olay Suriya Əsəd rejiminə aid SANA agentliyi tərəfindən də təsdiqlənib. Partlayışın səbəbi ilə əlaqədar hər hansı bir açıqlama gəlməyib. Mütəxəssislərin fikrinə görə partlayış İŞİD, yaxud YPG-PKK daxilindəki zidd görüşlü və müxalif qrupların biri tərəfindən törədilə bilər.
Dəhşət! Uşaq hava limanının eniş zolağına girdi
İstanbul Atatürk hava limanında ötən gün böyük bir faciənin qarşısı alınıb. 12 yaşlı suriyalı uşaq hava limanını əhatə edən tikanlı məftilləri aşaraq qəflətən eniş zolağına girib. Limanın mühafizə xidməti dərhal hərəkətə keçib və polis uşağı təyyarənin enməsindən iki dəqiqə əvvəl eniş zolağından uzaqlaşdırıb. Uşaq valideynlərinə təhvil verilib.














