Dünya

Süni intellekt ənənəvi metodlardan 17 dəfə çox zəlzələ aşkarlayıb

19 Fevral 2018 19:06

Harvard Universiteti və Massaçusets Texnologiya İnstitutunun tədqiqatçılar qrupu zəlzələlərin qeydə alınması zamanı süni intellektdən istifadə üsulunu kəşf edib.  

Ərdoğan Putinlə telefonla danışıb - Suriyanı müzakirə ediblər

19 Fevral 2018 18:50

Türkiyə Prezidenti Receb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı keçirib. Məlumata görə, danışıqlar zamanı Suriya məsələsi müzakirə olunub.

Ukrayna imtina etdi: Rusiyaya verilməyəcək

19 Fevral 2018 18:40

Ukrayna hökuməti Rusiyaya An-148 təyyarələrinin mühərriklərini tədarük etməkdən imtina edib.

Ermənistanda banka basqın olub

19 Fevral 2018 18:35

Ermənistanın paytaxtı Yerevanda VTB-nin filialına soyğunçuluq məqsədilə hücum edilib.

Yerevanda polis və MTX kürd terrorçularını axtarır

19 Fevral 2018 18:28

Ermənistan polisi Milli Təhlükəsizlik Xidməti (MTX) ilə birgə paytaxt Yerevanda kürd terrorçuların axtarışına çıxıb. Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, Ermənistanın güc strukturları Gümrü şəhərində də terrorçuların axtarışını həyata keçirib. Məlumata əsasən, Yerevanda oxuyan erməni və kürd tələbələr hüquq-mühafizə orqanlarına çağırılıb, sorğu-sual edilir.

ABŞ Cənubi Koreya ilə aramızı vurur - Pxenyan

19 Fevral 2018 18:06

Şimali Koreya Cənubi Koreya ilə əlaqələrin pozulmasında ABŞ-ı günahlandırıb. Şimali Koreyanın “Nodon sinmun” qəzeti Cənubi Koreya ilə əlaqələrin pisləşməsinə görə Vaşinqtonun məsuliyyət daşıdığını bildirib: “ABŞ lap əvvəldən Cənubi və Şimali Koreya arasındakı əlaqələrin inkişaf etdirilməsini istəmirdi.

66 nəfərin öldüyü təyyarənin qalıqları tapıldı - VİDEO

19 Fevral 2018 17:53

İran dağlarında dünən qəzaya uğramış sərnişin təyyarəsinin qalıqları tapılıb.  Tehran-Yasuc reysi üzrə uçuş həyata keçirən təyyarənin qalıqları İsfahan ostanının Səmirom bölgəsinin Dəngözlü və Noqol kəndləri yaxınlığında tapılıb

Bu da Kamal Sunalın azərbaycanlı gəlini

19 Fevral 2018 17:51

"Şaban" obrazı ilə tanınan mərhum aktyor Kamal Sunalın oğlu Ali Sunalın azərbaycanlı sevgilisi Nazlı Qurbanzadə ilə ilk fotosu yayılıb. Cütlük yayda nikah masasına əyləşməyə hazırlaşır. Kamal Sunalın xanımı Gül Sunal gələcək gəlinini çox sevdiyini deyib. 

Narışkin İrəvana getdi

19 Fevral 2018 17:26

Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin İrəvana gedib. Bu barədə informasiyanı Ermənistan Milli Təhlükəsizlik Xidməti yayıb. Narışkin İrəvanda Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Georgi Kutoyanla görüşüb.

Qadınlara qarşı cinayət törədənlər saxlanılıb

19 Fevral 2018 17:26

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq, soyğunçuluq və cibgirlik cinayətləri törətməkdə şübhəli bilinən şəxslər saxlanılaraq istintaqa cəlb ediliblər. DİN-dən “Olaylar”a verilən məlumata görə, Nəsimi RPİ 22-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin yanvar ayı ərzində 3 qadının mobil telefonlarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Ümidbəy Babayev saxlanılıb.

Paris Hiltonun ərə gedə bilməməsinin səbəbi açıqlandı

19 Fevral 2018 17:23

ABŞ-lı aktrisa, müğənni, ictimai şəxs və "business lady" Paris Hilton vaxtı olmadığı üçün evlənə bilmir. "Entertainment Weekly" jurnalına danışan 36 yaşlı Hilton "Təqvim planım elə doludur ki, 1 gün belə boş vaxtım yoxdur" deyərək evlənməməyinin səbəbini açıqlayıb.  Paris Hilton həmçinin yaxın dostları olan məşhur modelyerlərin ona onlarla gəlin paltarı eskizini göndərdiyini deyib.

Əsədin Afrin planı: Türkiyə ilə Rusiya toqquşur

19 Fevral 2018 17:09

Əsədin Afrinə girmək niyyəti Türkiyənin əl-qolunu bağlamaq və Ankaranı Moskva ilə üz-üzə qoymaq məqsədi daşıyır. Bu sözləri Əsəd rejiminə bağlı olan qüvvələrin yaxın saatlarda Afrinə girəcəyi ilə bağlı yayılan informasiyaları şərh edən politoloq İlqar Vəlizadə deyib. Ekspert bildirib ki, əslində, yayılan informasiyalarla bərabər ortaya bəzi suallar da çıxır:

2 min illik heykəlin barmağını qopartdı

19 Fevral 2018 17:05

Amerikalı ziyarətçi Çinə aid 2000 illik Terrakota döyüşçülərinin heykəllərinin yer aldığı sərgidə, selfi çəkdirdiyi bir heykəlin baş barmağını qopardıb. Məlumata görə, bu olay Çində böyük renazons doğurdu. Çin mediası Çinin bu olaya böyük diqqət ayırdığı və oğurluğu edən şəxsin sərt bir şəkildə cəzalandırılmasını tələb etdiyini bildirib. 4,5 milyon dəyərində olan heykəl, hal-hazırda Filadelfiyada sərgilən 10 Terrakota heykəlindən biridir. Hadisə ilə bağlı tutulan 24 yaşlı Maykl Rohana etdiyi əməli boynuna alıb.