Dünya

Tramp ABŞ prezidentlərinin reytinqində axırıncı yerdədi

20 Fevral 2018 09:22

Politoloq alimlər arasında aparılan sorğuya görə, Donald Tramp ABŞ prezidentlərinin illik tarixi reytinqində sonuncu yeri tutub. Hyuston və Boyse universitetləri mütəxəssislərinin keçirdikləri illik sorğuda Amerika Siyasi Elmlər Assosiasiyasının prezident seksiyasının üzvləri olan 170 ekspert iştirak edib. Reytinq prezidentlərin tarixdə rolu baxımından 0-100 ballıq şkala üzrə hesablanıb.

Kazanda beynəlxalq türk kinosu festivalı keçiriləcək

20 Fevral 2018 09:21

Bu ilin 21-25 mart tarixləri arasında Kazanda ilk dəfə Türk Kino Festivalı keçiriləcək. Kinoforumda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Rusiya, Türkmənistan, Türkiyə və Özbəkistan nümayəndələri iştirak edəcəklər. Festival iştirakçıları Novruz bayramının qeyd olunmasında iştirak edəcəklər. Forum çərçivəsində Türk Dünyası Kino Assosiasiyasının icra komitəsinin iclası da keçiriləcək.

Sünnətə qadağa qoyulacaq

20 Fevral 2018 09:19

İslandiya hökuməti sünnəti qadağan etməyə hazırlaşır. Əgər qanun qəbul olunsa, İslandiya kişilərə sünnəti qadağan edən ilk Avropa ölkəsi olacaq. Hökumətin parlamentə təqdim etdiyi qanun layihəsində, sünnətin uşaq haqlarını kobud şəkildə pozduğu qeyd olunur. "Tibbi səbəblər istisna olmaqla, sünnətin qadağan olunması üçün məclisə təklif göndərdik. Bizim üçün dini qaydalar əsas deyil, uşaqların haqları daha üstündür" – hökumətdən bildirilib.

Tanınmış müğənni qətlə yetirildi

20 Fevral 2018 09:01

Rusiyanın şanson mahnılar ifaçısı Pyotr Qara Moskvada yerləşən mənzilində ölü tapılıb. Bu barədə Rusiya İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsi rəisinin böyük köməkçisi Yuliya İvanovaya istinadən TASS məlumat yayıb.

Türkiyədə qalmaq üçün oğurluq etdi

19 Fevral 2018 19:53

Türkiyədə taksi dayanacağından maşın oğurlayan iraqlı turist ifadəsində, həbsxanada da olsa, Türkiyədə qalmaq üçün oğurluq etdiyini bildirib.

Evinə göydən yırtıcı balıq düşdü

19 Fevral 2018 19:48

İngiltərə sakininin həyətinə yırtıcı balıq düşüb.

Ekzoplanetlərin axtarışı üçün yeni teleskop buraxılacaq

19 Fevral 2018 19:41

ABŞ Kosmik Agentliyi (NASA) apreldə ekzoplanetlərin axtarışı ilə məşğul olacaq yeni "TESS" (Transiting Exoplanet Survey Satellite) kosmik teleskopunu buraxmağı planlaşdırır.

Yapon alimi robot oxşarını yaradıb

19 Fevral 2018 19:36

Yaponiya alimi Hiroşi İşiquro onu ezamiyyə səfərləri zamanı mühazirələrdə əvəz edəcək robot oxşarını yaradıb. Qurğu xarici görünüşünə görə alimdən fərqlənmir.   

“Android” sistemi üçün “Gmail”in sadə versiyasını təqdim edilib

19 Fevral 2018 19:30

"Google" şirkəti "Android" mobil əməliyyat sisteminin idarəetməsi altında işləyən qurğular üçün "Gmail" kliyentinin sadə versiyasını istifadəyə verib. "Gmail Go" mobil proqramı başlanğıc səviyyəli smartfonlar, zəif şəbəkə əhatəsinə və ya internetə bahalı çıxışa malik regionlar üçün nəzərdə tutulub.  

“Google” şirkəti “911” xidmətinə abunəçilərin yerini müəyyənləşdirməyə kömək edəcək

19 Fevral 2018 19:24

"Google" şirkəti "911" xilasetmə xidmətinə zəng edən insanların olduqları yeri müəyyənləşdirən yeni sistemi sınaqdan keçirir. Təşəbbüs hər dəqiqənin qiymətli olduğu fövqəladə hallarda çoxlu insan həyatı xilas edə bilər.  

Smartfonları daha sürətli və daha “ağıllı ” edəcək yeni çip yaradılıb

19 Fevral 2018 19:19

Massaçusets Texnologiya İnstitutunun alimləri tərəfindən neyron hesablamalar üçün yaradılmış yeni çip məhdud avtonom işləmə imkanına malik qurğularda (smartfon və planşetlər) istifadə üçün nəzərdə tutulub. Yeni çipin köməyi ilə maşın təlimi məsələlərinin işlənməsinə sərf edilən enerjinin sərfiyyatı 95% azalacaq.

Britaniyada “3D” printerin köməyilə xəstənin döş qəfəsi bərpa edilib

19 Fevral 2018 19:12

Britaniyanın Suonsi şəhərində yerləşən Morrison xəstəxanasının həkimləri "3D" printerin köməyi ilə xəstənin döş qəfəsini bərpa ediblər. Xərçəng şişi səbəbindən 71 yaşlı Piter Meqqzin döş sümüyünün yarısı və üç qabırğasını kəsib tullamaq lazım gəlib.