Dünya
Mobil cihazlar üçün yeni kəşf
ABŞ-ın Massaçusets Texnologiya İnstitutunun mühəndisləri tərəfindən atmosferdən elektrik enerjisi alan qurğu hazırlanıb. Yeni qurğu hava temperaturunun gündəlik dəyişkənliyinə əsasən fəaliyyət göstərir. Qurğu grafen təbəqə ilə örtülmüş və xüsusi mumla doldurulmuş mis və nikeldən ibarət metal köpükdən hazırlanıb. Cihazın bir tərəfi istilik yayır, digər tərəfi isə istiliyi özündə saxlayır. Belə temperatur dəyişkənliyi elektrik enerjisi istehsal etməyə imkan verir.
Məşhur aktyor arıqlama sirrini açıqladı – 4 aya 15 kilo itirdi
Türkiyənin məşhur şoumeni Şahan Gökbakar arıqlama sirrini açıqlayıb. Olaylar.az bildirir ki, paytaxt Ankarada yeni filminin - “Kayahan” təqdimatına qatılan aktyor bu haqda məlumat verib.
6 aylıq uşağın ayaqları kəsildi - Cəllad valideynlər şoka saldılar
Toni Smit doğulandan cəmi 41 gün sonra şikəst olmuşdu. Onun əl və ayaqlarında 8 qırıq travması, habelə septimesiya aşkarlanmışdı. Uşaq 6 aylıq olanda isə həkimlər onun həyatını xilas etmək üçün Toninin ayaqlarını amputasiya etmək məcburiyyətində qaldılar.
Dövlət məndən daha çox vergi almalıdır - Bill Qeyts
ABŞ prezidenti Donald Trampın 1.5 trilyon dollarlıq vergi endirimi qanununu araşdıran "Microsoft"un qurucusu, hökumətin onun kimi şirkət sahiblərindən daha çox vergi almalı olduğunu söyləyib.
Putindən Ərdoğana TƏMİNAT - Danışıqların detalları ortaya çıxdı
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında dünən baş tutan telefon tanışıqlarının yeni detalları ortaya çıxıb. Rusiya lideri Ərdoğana Afrin mövzusunda təminat verib. Xəbərə görə, Ərdoğan Suriya ordusunun Afrinə girəcəyi halda, bunun ağır nəticələrinin olacağını bildirməsindən sonra, Putin “belə bir şey olmayacaq” şəklində cavab verib.
Bəy öz toyuna gedə bilmədi - 60 minə görə
Rusiyanın Krasnoyarsk şəhərinin sakini Özbəkistana öz toyuna gedə bilməyib. Bu barədə "RİA Novosti" agentliyi məlumat yayıb. Məhkəmə qərarına əsasən, 60 min rubl məbləğində cərimə ödəməli olan gənc oğlana ölkədən çıxma qadağası qoyulub.
Məşhur aktrisa kinodan gedir - Sərt tənqid olundu - VİDEO
Populyar amerikalı aktrisa, "The Hunger Games"in ulduzu Cennifer Lourens karyerasına fasilə verəcəyini bəyan edib. 27 yaşlı aktrisa bundan sonra bütün diqqətini sosial layihələrə yönəldəcəyini deyib.
Daha bir ölkə atom texnologiyasına sahib olacaq - Şərqdə yeni təhlükə ocağı
Səudiyyə Ərəbistanı atom texnologiyasını öyrənmək məqsədilə nüvə stansiyaları inşa edəcək. Bu barədə Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil ibn Əhməd Əl-Cübeyr deyib. Nazir bildirib ki, bu mövzuda 10 ölkə ilə danışıqlar aparılır. “ABŞ-ın nüvə yanacaq istehsalı mövzusunda digər ölkələrin sahib olduğu haqların eynisini bizə də tanımasını istəyirik. Neft potensialımızı qorumaq üçün nüvə sistemimizi qurmaqlıyıq”,- Əl-Cübeyr qeyd edib.
Elçilikdə "yox" cavabı alan oğlan qızın ailəsini güllələdi - VİDEO - FOTO
Taxtadan 70 mərtəbəli göydələn inşa ediləcək
Sıla yenidən imicini dəyişdi
Bəkir Bozdağ: Suriya qoşunları Afrinə daxil olmayacaq
PYD və YPG terrorçularının Afrində mövqelərini Suriya hökumət qüvvələrinə təhvil verəcəyi ilə bağlı məlumatlar həqiqətə uyğun deyil. Bunu Türkiyə Baş nazirinin müavini Bəkir Bozdağ deyib.
"Rembo" ölüm xəbərinə münasibət bildirdi
"Rembo" və "Rokki" filmlərinin ulduzu, aktyor Silvestr Stallone sosial şəbəkədə özü haqda yayılan ölüm xəbərlərinə münasibət bildirib. 71 yaşlı aktyor onun haqda çıxan xəbərləri İnstaqram səhifəsində yerləşdirərək yazıb:
Qazaxıstan əlifbasının dəyişir - Fərmana dəyişikliklər edilib
Qazaxıstan prezidenti Nursultan Nazarbayev "2017-ci il 26 oktyabr tarixli 569 nömrəli "Qazax dilinin kiril əlifbasından latın qrafikasına keçirilməsi haqqında" Qazaxıstan prezidentinin fərmanına dəyişiklik edilməsi haqqında" fərman imzalayıb.
Zibil topası uçdu - 17 ölü
Mozambikin paytaxtı Maputu şəhərində 15 metr hündürlüyündə olan məişət tullantıları topasının uçması nəticəsində 17 nəfər ölüb. Zibil topası evin üzərinə dağılıb və həmin zaman mənzildə bir neçə ailənin üzvləri olub. Bəzi sakinlər evi vaxtında tərk edə biliblər.














