Dünya

Bacılar vida videosu çəkib intihar etdilər - VİDEO

20 Fevral 2018 14:48

19 fevral tarixində Rusiyaın İjevsk şəhərində 2 yeniyetmə qızın cəsədi aşkarlanıb. Ölən qızlardan birinin 12 digərinin isə 15 yaşı olub və verilən məlumata görə onlar ögey bacılar olublar. Qızlardan biri ölməmişdən öncə İntagram-da bacısı ilə birlikdə olan foto və videosunu paylaşıb, yaxınlarından onları incitdikləri üçün üzr istəyib. Görüntülərin altında isə şərhçilər qızların dostlarından heç birinin onların intihar etmək istədiklərini başa düşməməsinə qəzəblənib.

“Yaxın günlərdə Afrinin mərkəzi mühasirəyə alınacaq” - Ərdoğan

20 Fevral 2018 14:20

“Yaxın günlərdə, qısa müddətdə Afrin şəhər mərkəzi mühasirəyə alınacaq”.  Məlumata görə, bu sözləri Türkiyə prezidenti, Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Rəcəb Tayyib Ərdoğanpartiyasının parlament qrupunun toplantısında çıxış edərkən deyib. 

İran "qaynayır": ölənlərin sayı 5-ə çatdı, 300 saxlanılan var

20 Fevral 2018 14:13

İranda ötən gündən başlayan iğtişaşlar zamanı ölənlərin sayı 5 nəfərə çatıb. İran KİV-ləri həlak olanlarda 3 nəfərin polis əməkdaşı olması barədə bildiriblər. Məlumata görə, hadisələrlə bağlı saxlanılanlarında olduğu bildirilir. Saxlanılanların sayı təxminən 300 nəfər qeyd edilib.

Moskvada azərbaycanlının etdiyi zarafat polisi AYAĞA QALDIRDI – VİDEO

20 Fevral 2018 13:57

Moskvada azərbaycanlı bloger Hüseyn Həsənovun “bank soyğunçuluğu” paytaxt polisini ayağa qaldırıb. Həsənovun zarafat kimi hazırlayaraq yaydığı video polis tərəfindən ciddi qəbul edilib. Xəbərə görə, o, bankda oğurluq edəcəyi barədə zarafatyana video çəkərək görüntüləri 4,5 milyon izləyicisi olan instaqram səhifəsində yayımlayıb. Videoda üzündə maska və əlində silah olan cavan oğlan bankı qarət etməyə hazırlaşdığını bildirirdi.

Modelin öldürdüyü aktyorun oğlu dünyaya gəldi

20 Fevral 2018 13:40

Bir müddət əvvəl odlu silahla öldürülən türkiyəli məşhur aktyor və aparıcı Vətən Şaşmaz ata olub. Aktyorun həyat yoldaşı Yasəmin Adalının oğlu dünyaya gəlib. Körpəyə mərhum atasının arzusu ilə Asil Vətən Şaşmaz adı verilib.

Bu videoya baxanda ehtiyatlı olun - Başınız ağrıya bilər - VİDEO

20 Fevral 2018 13:30

430,3 milyon insanın baxdığı video unikal, qəribə də sayılır, adi GİF formatlı fayl da hesab edilir. Amerikalı Feliks Konçakovski videokadralı sıralayaraq optik illüziya yaradıb. Videoda dəniz sahili əvvəl sürətlə, daha sonra astadan yaxınlaşır.

General Rusiya bazasına hücuma görə bu əmri verdi

20 Fevral 2018 12:53

Rusiyanın radioelektron mübarizə qüvvələri Suriyanın Rusiyadakı bazası yaxınlığında peyk əlaqəsini (2G və 3G) kəsəcək. Bu barədə informasiyanı RBK agentliyi yayıb. Qərarın Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının 8-ci İdarəsinin rəisi general Yuri Kuznetsov tərəfindən verildiyi bildirilir. Bu addımın atılmağına əsas səbəb kimi Rusiyanın hərbi obyektlərinə pilotsuz uçan aparatların hücumu olub.

Tehranda iğtişaşlar başladı: 5 polis öldü, 30 yaralı - VİDEO

20 Fevral 2018 12:52

İranın paytaxı Tehran şəhərində “Qonabadi Dərvişləri” adlı təriqət üzvləri ilə təhlükəsizlik orqanları arasında yaşanan qarşıdurma zamanı 5 polis öldürülüb, daha 30 təhlükəsizlik əməkdaşı yaralanıb.

Bakı – Tbilisi aviareysi ləğv edilib

20 Fevral 2018 12:29

Qatı duman səbəbindən Tbilisi beynəlxalq hava limanının fəaliyyətində problemlər yaranıb. Aeroport bir neçə aviareysin qəbulunu ləğv edib. Gecə saatlarında ləğv olunmuş aviareyslər arasında Bakı-Tbilisi və Tehran-Tbilisi aviareysləri də olub. Moskva-Tbilisi reysini həyata keçirən təyyarə isə Kutaisi beynəlxalq hava limanına enib. Hazırda aeroportun fəaliyyəti tam bərpa olunmaq üzrədir. 

"Zeytun budağı"nda 75 yaşayış məntəqəsi terrorçulardan azad edilib

20 Fevral 2018 12:28

Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində apardığı "Zeytun budağı" əməliyyatı çərçivəsində ümumilikdə 75 yaşayış məntəqəsini azad edib. Bu gün səhər saatlarında daha 5 yaşayış məntəqəsi PYD və YPG terrorçularından azad edilib.

SPA mərkəzində yanğın baş verdi, qadınlar lüt halda çölə qaçdılar - VİDEO 

20 Fevral 2018 12:06

Çində Spa mərkəzində yanğın baş verib. Yanğın baş verdiyini görən qadınlar əyinlərinə paltar geyinməyə fürsət tapmayıblar. Onlar çılpaq halda binanı tərk ediblər. Həmin anlar kameralara düşüb.

Ermənistanda yaşayış binasında güclü partlayış olub

20 Fevral 2018 11:57

Ermənistanın paytaxtı Yerevanda yaşayış binasında güclü partlayış olub. Hadisə səhər saatlarında Gürcü küçəsi, bina 10-da qeydə alınıb. Əraziyə iki yanğınsöndürmə briqadası göndərilib. 

Savadsız fransızlar oranı işğal edib - Depardye

20 Fevral 2018 11:53

69 yaşlı fransız aktyoru Jerar Depardye Əlcəzair vətəndaşlığını almağa qərar verib. "Le Parisien" qəzetinə müsahibə verən Depardye Əlcəzairin nə vaxtsa savadsız fransızlar tərəfindən işğal edildiyini bildirib. “Mən tezliklə Əlcəzairdə yaşayacam. Mən oranı seçdim, çünki möhtəşəm ölkədir”, - aktyor bildirib.

Rusiyaya qarşı çıxmayacağıq - Liviya Loy

20 Fevral 2018 11:52

İsveçrə Rusiyaya qarşı AB-nin sanksiyalarına qoşulmaq niyyətində deyil. Bunu İsveçrə Hökumətinin Ticarət müqavilələri üzrə səlahiyyətli üzvü Liviya Loy deyib.

ABŞ-ın Yaxın Şərq planlarının gerçək üzü-8 gizli maddə

20 Fevral 2018 11:47

“Yaxın və Orta Şərq daima ABŞ-ın xarici strategiyasında vacib prioritetlərdən biri olub. Ancaq aşağıda sadalayacağım halların heç biri reallaşmayıb və heç zaman da reallaşmayacaq”. “OLAYLAR” xəbər verir ki, belə bir açqlama ilə Çağdaş Strateji Araşdırma Mərkəzinin rəhbəri Seymur Süleymanov çıxış edib: “Amerika Suriya olmaq üzərə Yaxın Şərqə nə üçün gəldi? Bölgədə başlayacaq məzhəb savaşını dayandırmağa? İrana demokratiyanı gətirməyə? Suriyaya demokratiya gətirməyə? Qardaş Türkiyəyə yönəlik terror təhdidlərinin qarşısını almağa? Bölgədəki İŞİD,Əl-Qaidə, Əl-Nusranı məhv etməyə?”.