Dünya

Ermənistanın son beş ildəki dəhşətli göstəriciləri

20 Fevral 2018 17:08

Ermənistanda fiziki şəxslərin pul köçürmələri ölkənin əsas valyuta axını olub. Bu barədə “Nyus.am” saytında məqalə dərc edilib. Belə ki, 2013-cü ildən 2017-ci ilə qədər ermənilər öz ölkələrinə bank sistemi vasitəsilə 9,3 milyard dollar göndəriblər. Bu illər ərzində isə Erməninstanın ümumi ixracatı 8,5 milyard dollar təşkil edib. Beləliklə, pul köçürmələri ölkə ixracını 0,8 milyard dollar üstələyib:

Dubayda villalar 3D ilə “çap ediləcək”

20 Fevral 2018 17:04

3D çap texnologiyasından istifadə edilərək hazırlanan ilk villaları iki ay ərzində Dubayda görə biləcəyik.

ŞOK! Toy fotoqrafı qonaqların bədənini çəkdiyi üçün... - "Karyeram məhv oldu"

20 Fevral 2018 17:01

Toy fotoqrafı ilə bağlı edilən skandal şikayət İngiltərədə gündəm olub. İngiltərədə yaşayan cütlük, toy fotoları üçün razılaşdıqları fotoqraf üzündən böyük xəyal qırıqlığı yaşayıb. Fotolarda özlərindən çox rəfiqələrin uyğunsuz şəkillərini görən cütlük fotoqrafı məhkəməyə verib.

SKANDAL! İki uşağının hər birinin atası başqaları imiş - Biznesmen həyatının şokunu yaşadı

20 Fevral 2018 16:43

Türk iş adamı həyatının şokunu yaşayıb. Həyat yoldaşından boşandıqdan sonra məhkəməyə müraciət edən ata hər iki uşağının atalarının fərqli olduğunu öyrənib.

Rus general: Bu ölkədə savaş başlayacaq

20 Fevral 2018 16:34

Məhv olmuş İŞİD-in yerdə qalan qüvvələri Suriyadan çıxaraq digər regionlarda cəmləşib. Bunu MDB xüsusi xidmət orqanları rəhbərlərinin iclasında çıxışı zamanı MDB Antiterror Mərkəzinin rəhbəri general-polkovnik Andrey Novikov söyləyib. “Əsas hədəf Əfqanıstan və Pakistandır.

FTX “Qazprom”da genişmiqyaslı yoxlamalara başladı

20 Fevral 2018 16:20

Rusiya Daxili İşlər Nazirliyi və Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları “Qazprom”un Mahaçqaladakı ofisində araşdırmalara başlayıb. Bu barədə informasiyanı “RİA Novosti” agentliyi yayıb. Yoxlamaların dövlət vəsaitlərinin mənimsənilməsi ittihamı ilə aparıldığı bildirilib. Cinayət işinin üç il əvvəl qaldırıldığı, lakin araşdırmaların indi aparıldığı qeyd olunur.

İsrailə qarşı ordu hər şey tətbiq edəcək – General

20 Fevral 2018 16:02

Rəsmi Təl-Əvivin mübahisəli əraziyə divar tikiləcəyini açıqlaması İsraillə Livan arasındakı gərginliyi daha da yüksəldib. Livanlı general Jozef Aoun İsrailin hər hansı təşəbbüsünə qarşı istənilən hərbi varianta əl atacaqlarını bildirib. “Qəti və açıq şəkildə bildirirəm, əgər İsrail Livanın müstəqilliyini və iqtisadi mənbələrini təhlükəyə atan cəhd etsə, nəticə nə olur olsun, İsrailin bu təcavüzkar həmləsinə qarşı ordumuz nə mümkündür, onu da tətbiq edəcək”, - general bildirib.

Türkiyədə pedofillər axtalana bilər

20 Fevral 2018 15:35

Türkiyədə pedofillər axtalana bilər. Məlumata görə, bunu ölkənin ədliyyə naziri Əbdülhəmid Gül deyib. Nazir qeyd edib ki, bu adamların axtalanması kimyəvi yolla həyata keçirilə bilər.

Ailəsi onu axtarmaq üçün verilişə çıxmışdı - ŞOK GERÇƏK 8 il sonra ortaya çıxdı - VİDEO

20 Fevral 2018 15:26

Türkiyənin İzmir şəhərinin Çiğli qəsəbəsində 8 il öncə yoxa çıxan qadının ev almaq üçün baxmağa birlikdə getdiyi əmlakçı Ö.G. (33) tərəfindən öldürüldüyü məlum olub.  Qadını qətlə yetirən əmlakçı onu meşəlik ərazidə basdırıb.

Alimlərdən yeni kəşf — Qaçış yaddaşı gücləndirir

20 Fevral 2018 15:12

ABŞ-ın Briqama Yanqa universitetinin alimləri yeni tədqiqatın nəticələrini açıqlayıblar. Nəticələrə əsasən, qaçış xroniki stressin beyinin hippokamp hissəsinə mənfi təsirini azaldır. Nəticələr "Neuroscience" jurnalında dərc edilib.

Hökumətdən İNANILMAZ ADDIM: hər bir şəxsə 300 dollar PUL BAĞIŞLANACAQ

20 Fevral 2018 15:09

Sinqapur hökuməti maraqlı və təəccüblü bir addım atıb. Ölkənin dövlət büdcəsi 9,6 milyard dollar əlavə gəlir əldə edib. Hökumət artıq qalan pulu vətəndaşlarına bağışlamağa qərar verib. Beləliklə, dövlət 21 yaşdan yuxarı vətəndaşlarına 100-300 dollar məbləğində pul paylayacaq. İllik gəliri 28 000 dollar olan şəxslər 300 (təxminən 500 manat), 28 000-dən 100 000-ə qədər olanlar isə 100 dollar əlavə pul alacaq.

İntihar edənin ailəsinə 15 milyon təzminat verildi

20 Fevral 2018 15:08

Yaponiyada məhkəmə nüvə fəlakəti səbəbilə kəndinin təxliyə ediləcəyini öyrəndikdən sonra intihar edən kişinin ailəsinə 15,2 milyon yen təzminat ödənməsi qərarını verib.