Dünya
Gələcək “iPhone” smartfonları ətraf mühiti skan edəcək
"Apple" şirkəti 2019-cu ildə "iPhone" smartfonlarının kamera imkanlarını genişləndirmək niyyətindədir. Belə ki, gələcək "Apple" smartfonlarının ətraf mühitin üçölçülü skan edilməsi funksiyası ilə təchiz edilməsi planlaşdırılır.
“Android” mobil əməliyyat sistemində ən çox resurs işlədən proqramlar bəlli olub
"Avast" antivirusunun yaradıcıları "Android" mobil əməliyyat sistemində ən çox resurs işlədən mobil proqramlar üzrə iki reytinq tərtib ediblər. Məhz bu mobil proqramlar həm fon rejimində, həm də aktiv istifadə zamanı daha çox şarj işlədirlər.
Yeni “Samsung” dronu gözlə idarə ediləcək
“Samsung” şirkəti yeni pilotsuz uçan aparatı qeydiyyatdan keçirib. Qurğunun çertyoju və funksionallığının təsviri “Let’s go digital” saytında yerləşdirilib. Saytın məlumatına görə, dronu göz vasitəsilə idarə etmək mümkün olacaq.
“Windows” sistemində təhlükəli boşluq aşkar edilib
“Google”un proqramçıları “Project Zero” layihəsi çərçivəsində “Microsoft Edge” brauzerində boşluq aşkar ediblər.
Saxta diplomla 8 il həkimlik edən fırıldaqçı tutuldu
Pensilvaniya Universitetinə aid saxta diplom düzəldib, 8 il boyunca insanlara özünü nitq pozğunluğunu müalicə edən bir mütəxəssis kimi təqdim edən şəxsin fırıldağı üzə çıxıb.
8 yaşında itən azərbaycanlı 12 ildən sonra tapıldı
Tehranda itkin düşən 8 yaşlı Salar Salmani 12 ildən sonra ailəsinə qovuşub. 2006-cu ildə Meşkinşəhrin Əhmədabad kəndində yaşayan ailə Tehrana yaşayan qohumlarının evinə qonaq gedib və onlarla birlikdə olan 8 yaşlı oğlanları Salar Salmani itkin düşüb.
Türkiyəni dəhşətə gətirən caniyə 66 il həbs istənildi
Adana Prokurorluğu Türkiyəni dəhşətə salan cinayət faktı ilə bağlı məhkəmə iddianaməsini təqdim edib. İddianamədə məhkəmədən Adanada azyaşlı qızcığaza qarşı cinsi istismarda şübhəli bilinən Sədat Kəsər adlı şəxsə iki ayrı ittiham üzrə 66 il həbs tələb olunub.
Türkiyənin ZƏFƏRİ - Kilis tamamilə terrorçulardan təmizləndi
Türkiyənin Kilis vilayətinin Afrin rayonu ilə sərhədi tamamilə terrorçulardan təmizlənib. Hərbi mənbələr Kilis sərhədi üçün hər hansı təhdidin qalmadığını bildirir.
Türkiyənin narahatlığı və kürdlərin arzusu… - Lavrov
Türkiyənin təhlükəsizliklə bağlı maraqları Dəməşqlə birbaşa dialoq yolu ilə əldə edilə bilər. Bu açıqlama ilə Rusiya Xarici İşlər naziri Sergey Lavrov çıxış edib. “Türkiyənin Suriyadakı vəziyyətlə bağlı narahatlığını və kürdlərin arzusunu anlayırıq.
Rusiyada yanğın nəticəsində ölən azərbaycanlıların sayı 6-ya çatıb
Rusiyanın Orenburq şəhərində baş vermiş yanğın nəticəsində yaralanan azərbaycanlılardan biri xəstəxanada ölüb. Bu barədə Orenburqdakı Azərbaycan icmasının rəhbəri Yaşar Məsimovməlumat verib. O bildirib ki, fevralın 12-də Orenburq şəhərinin Salmışskaya küçəsi 58/1 ünvanında yerləşən binanın 9-cu mərtəbəsində baş verən yanğın nəticəsində ağır yanıq xəsarəti alan 1969-ci il təvəllüdlü Quliyeva Sevinc Şiraslan qızı bu gün xəstəxanada ölüb. Diaspor rəhbəri yanğın nəticəsində yaralanan şəxslərdən hazırda 3 nəfərinin xəstəxanada olduğunu, onların da vəziyyətinin ağır olduğunu söyləyib.
Suriyada dəhşətli qətliam: 190 nəfər öldü
Suriyanın Şərqi Quta şəhərində qətliam davam edir. Suriya İnsan Haqları Təşkilatı bu gün baş verən hücumlarda 45 nəfər həlak olduğunu açıqlayıb. Təşkilat bazar günündən etibarən baş verən hücumlarda 190 nəfərin öldüyünü, 850 nəfərin yaralandığını bildirib.
Lavrovdan Ankaraya TƏKLİF: “Bəşər Əsədlə…”
“Rusiyada əmindir ki, Türkiyənin təhlükəsizliyinin maraqları Suriya hökumətiylə dialoq vasitəsilə tamamilə təmin edilə bilər”.
Yəməndə “Əl-Qaidə” liderlərindən biri ələ keçdi
Yəmən hökumət qüvvələri terror təşkilatı olan "Əl-Qaidə"nin ən nüfuzlu liderlərindən birini ələ keçirib. Yerli döyüşçülərin lideri Yəmənin Əl-Masini vadisi yaxınlığında keçirilən reydlər zamanı tutulub.
Rusiya bizi gözdan salır - Marqvelaşvili
Avropa KİV-lərində antigürcüstan əhval-ruhiyyəsi Rusiya təbliğatının nəticəsidir. Bunu Telavi Universitetində çıxışı zamanı Gürcüstan Prezidenti Georgi Marqvelaşvili söyləyib. Onun sözlərinə görə, Rusiya bir neçə cinayət işi tərtib edə və gürcülərin Avropada xüsusi problemlər yaratdığını göstərə bilər:
Baş məşqçi 50 azyaşlını zorladı - ŞOK CƏZA
“Mançester Siti”nin sabiq baş məşqçisi Barri Bennell həbs edilib. Liverpul məhkəməsi 64 yaşlı sabiq baş məşqçiyə 30 il müddətinə həbs cəzası verib.














