Rusiya bizi gözdan salır - Marqvelaşvili
Avropa KİV-lərində antigürcüstan əhval-ruhiyyəsi Rusiya təbliğatının nəticəsidir. Bunu Telavi Universitetində çıxışı zamanı Gürcüstan Prezidenti Georgi Marqvelaşvili söyləyib. Onun sözlərinə görə, Rusiya bir neçə cinayət işi tərtib edə və gürcülərin Avropada xüsusi problemlər yaratdığını göstərə bilər:
20 Fevral 2018 17:25 DünyaAvropa KİV-lərində antigürcüstan əhval-ruhiyyəsi Rusiya təbliğatının nəticəsidir. Bunu Telavi Universitetində çıxışı zamanı Gürcüstan Prezidenti Georgi Marqvelaşvili söyləyib. Onun sözlərinə görə, Rusiya bir neçə cinayət işi tərtib edə və gürcülərin Avropada xüsusi problemlər yaratdığını göstərə bilər:
"Rusiya təbliğatının nəticəsində Avropa şəhərlərində gürcülərə qarşı münasibət dəyişib. Gürcüstanın Şərq Tərəfdaşlığı proqramının lideri kimi qazandığı uğurları Rusiya siyasətçiləri qəbul etmir. Gürcüstanın kriminal əlaqələri olan vətəndaşları haqqında informasiya yayılanda xatırlamaq lazımdır ki, bizim Rusiya timsalında böyük təbliğatçı düşmənimiz var. Bu düşmən Gürcüstan haqqında maksimal şəkildə neqativ informasiyalar yaymağa cəhd edir". Axar.az