ŞOK! Toy fotoqrafı qonaqların bədənini çəkdiyi üçün... - "Karyeram məhv oldu"
Toy fotoqrafı ilə bağlı edilən skandal şikayət İngiltərədə gündəm olub. İngiltərədə yaşayan cütlük, toy fotoları üçün razılaşdıqları fotoqraf üzündən böyük xəyal qırıqlığı yaşayıb. Fotolarda özlərindən çox rəfiqələrin uyğunsuz şəkillərini görən cütlük fotoqrafı məhkəməyə verib.
20 Fevral 2018 17:01 DünyaToy fotoqrafı ilə bağlı edilən skandal şikayət İngiltərədə gündəm olub. İngiltərədə yaşayan cütlük, toy fotoları üçün razılaşdıqları fotoqraf üzündən böyük xəyal qırıqlığı yaşayıb. Fotolarda özlərindən çox rəfiqələrin uyğunsuz şəkillərini görən cütlük fotoqrafı məhkəməyə verib.
İngiltərədə yaşayan Steph və Pol Unwin ən xoşbəxt günlərinin əbədiləşdirilməsi üçün Kilcourse adlı toy fotoqrafı ilə razılaşıb. Yuxu kimi toy şəkillərinə malik olacaqlarını xəyal edən cütlük böyük xəyal qırıqlığına uğrayıb.
Fotoqraf Kilcoursenin çəkdiyi fotoları görən cütlük dəhşətə düşüb. Fotoqrafının çəkdiyi hər 3 fotodan biri bulanıq olub. Daha da pisi, fotolarda gəlin və bəydən çox rəfiqələr vardı. Toyda saatlarla çəkiliş aparılmasına baxmayaraq, gəlinin olduğu 70 fotoşəkil vardı; bəy və bəyin ailəsinin yer aldığı şəkil isə yalnız 11 ədəd olub.
Yerdə qalan 96 ədəd fotoşəkil rəfiqələrin görüntüsündən və qonaqların bədənlərinin yaxından çəkilmiş şəkillərindən ibarət olub. Fotoşəkilin mərkəzində rəfiqələrin ayaqları, dekolteli bədənləri kimi əlverişsiz faktorlar olub.
Məhkəməyə müraciət edən cütlük 601 funt-sterlinq qazanıb. Fotoqraf isə günahı pis hava şəraiti ilə əlaqələndirib.
Fotoqraf özünü belə müdafiə edib: "Həyatımın bir dövrü sona çatdı. Məni məhv etdilər. Şirkət olaraq 1000-dən çox toy çəkilişi etdik və bu qədər zaman yalnız 10 şikayət almışdıq. Gəlin müqaviləyə tabe olmadığımızı iddia edir. Halbuki, gəlin özü bütün gün yağış yağarkən, xarici məkan çəkilişi istədi. Hava şəraitinə biz nəzarət edə bilmərik ki. Uyğunsuz fotolar çəkdiyimi deyirlər, amma fotoları özləri vurmuşdu".
Məhkəmə bəylə gəlinin iddiasını təmin edib. Metbuat.az xarici mediaya istinadən xəbər verir.