Sfera.Az 39 arvadı, 94 uşağı, 14 gəlini və 33 nəvəsi ilə dördmərtəbəli binada yaşayır
18 Fevral 2018 18:48 Dünya Hindistanın Mizoram əyalətindəki Baktavnq kəndində yaşayan Ziona Chananın tam 39 arvadı, 94 uşağı, 14 gəlini və 33 nəvəsi var.




Sherg.az türk mediasına istinadən xəbər verir ki, Ziona, 181 nəfərlik böyük ailəsi ilə 4 mərtəbəli və 100 otaqlı binada eyni dam altında yaşayır.
Ailəsinin bütün kişi üzvlərinin dülgərliklə məşğul olduğunu söyləyən ata "Bir dəfə belə hökumətdən maddi yardım almadıq" deyərək öyünür. Bir gün bütün dünyanı Hz. İsa ilə birlikdə idarə edəcəklərinə inanan və təxminən 4 min üzvü olan "Chana" adlı ailə məzhəbinin də lideri olan Ziona, "Babam tərəfindən qurulan öz məzhəbimizin varisiyəm. İnancımıza görə, istədiyimiz qədər qadınla evlənə bilərik. Atamın da 7 həyat yoldaşı vardı" deyir.





Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31