Rusiyada hədiyyə qazanmaq istəyən kişi dirəkdən yıxıldı – VİDEO

Rusiyanın Kemerovo vilayətində Maslenitsa bayramı zamanı hədiyyə qazanmaq istəyən kişi dirəkdən yıxılıb.

Oxu.Az-ın xəbərinə görə, hadisə Anjero-Sucensk şəhərinin mərkəzi meydanında baş verib. 

Kadrlarda görünür ki, hədiyyə qazanmaq istəyən şəxs dirəyə qalxır. O, mükafatı götürə bilmədikdə aşağı düşməyi qərara alır, lakin müvazinətini saxlaya bilməyərək yıxılıb.

İlkin məlumata görə, kişi ağır vəziyyətdə reanimasiyaya yerləşdirilib. 

Hadisədən sonra bayram şənliyi dayandırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31