Dünya

İsrail Qəzzanı bombaladı

18 Mart 2018 11:15

İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağında yerləşən HƏMAS-ın mövqeyinə hava zərbəsi endirib.

Saakaşvilinin tərəfdarları Kiyevdə həbs edildi

18 Mart 2018 11:10

Ukrayna polisi Kiyevdə Mixail Saakaşvilinin Yeni Qüvvələr Hərəkatı Partiyasından olan fəalları həbs edib. Bu barədə informasiya partiyanın Feysbuk səhifəsində yerləşdirilib. Onların Azadlıq Meydanında səhnə quraşdırmaq istədikləri zaman saxlanıldığı vurğulanıb.

Tereza Mey Rusiyaya qarşı yeni tədbirlərin nəzərdən keçiriləcəyini vəd edib

18 Mart 2018 10:57

23 britaniyalı diplomatın Rusiyadan çıxarılmasına cavab olaraq Böyük Britaniya və müttəfiq ölkələr bu ölkəyə qarşı yeni addımlar nəzərdən keçirəcək. Bu barədə Böyük Britaniyanın baş naziri Tereza Mey bildirib.   “Rusiyanın Britaniya ərazisində britaniyalıların və digər vətəndaşların həyatına təhlükə yaratmağa imkan verməyəcəyik.  Bütün dünyada üzrə dostlarımız və müttəfiqlərimiz  bizə hərtərəfli dəstək verir”, - deyə Mey qeyd edib.

Avstraliyada meşə yanğınları 6 mindən çox sakini işıqsız qoydu

18 Mart 2018 10:52

Avstraliyanın Viktoriya ştatında meşə yanğınları səbəbindən 6 mindən çox insan işıqsız qalıb. Məlumata görə, ilk yanğın Uornambul şəhərində başlayıb. Daha sonra yanğın iki əraziyə yayılıb. Küləyin istiqamətinin dəyişməsi səbəbindən yanğın şərq istiqamətində hərəkət edir.

İranın şimalında 4,6 bal gücündə zəlzələ olub

18 Mart 2018 10:50

İranın şimalında 4,6 bal gücündə zəlzələ baş verib.  Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinin verdiyi məlumata görə, yeraltı təkanların episentri Qorqan şəhərindən 80 kilometr şərqdə, ocağı isə 2 kilometr dərinlikdə yerləşib.

Mərakeşdə iki yük maşını toqquşdu: 6 ölü

18 Mart 2018 10:47

Mərakeşin Əqadir şəhərində eyni istiqamətdə hərəkət edən iki yük maşını toqquşub. Məlumata görə, toqquşmadan sonra maşınlar alışıb və alov yaxınlıqdakı iki minik avtomobilinə keçib. Hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb olunub. Məlumata əsasən, yol-nəqliyyat hadisəsi nəticəsində azı 6 nəfər həlak olub. Qəzanın səbəbləri araşdırılır.

Kaliforniyada ticarət mərkəzində atışma: ölən və yaralanan var

18 Mart 2018 10:43

ABŞ-ın Tauzend-Ouks şəhərində (Kaliforniya ştatı) ticarət mərkəzində atışma baş verib. Məlumata görə, bu barədə Ventura dairəsinin şerif idarəsinin "Twitter" səhifəsində paylaşılan məlumatda deyilir. "Bir nəfər ölü tapılıb, daha bir nəfər isə xəstəxanaya yerləşdirilib. Vəziyyət nəzarətdə saxlanılır, ictimaiyyət üçün təhlükə yoxdur", - məlumatda bildirilir.

Hindistanda avtobus dərəyə aşdı: azı 14 nəfər ölüb

18 Mart 2018 10:37

Hindistanda avtobusun dərəyə aşması nəticəsində azı 14 nəfər ölüb.  İnsident Bihar ştatında baş verib.   Hadisə nəticəsində bir neçə nəfərin xəsarət aldığı bildirilir.   Məlumata görə, idarəetməni itirən avtomobil maneəni uçuraraq, dərəyə yuvarlanıb.

42 günlük körpənin cəsədi qəbirdən niyə oğurlanıb?

18 Mart 2018 10:27

Türkiyədə qan donduran hadisə baş verib. Uzun müddətdir uşaq sahibi ola bilməyən ailədə körpə sevinci yaşanıb. Lakin 42 gün sonra körpə dünyasını dəyişib. Ailə körpəni dəfn edib.

Dəniz kənarında DƏHŞƏTLİ OLAY - Qadının qollarını, ayaqlarını, başını kəsib...

17 Mart 2018 21:14

Türkiyənin Samsun şəhərində dəhşətli hadisə baş verib. Dəniz kənarında istirahət edən şəhər sakinləri sahilə çıxan naməlum paket tapıblar.

YPG-yə ŞOK - Afrin sakinləri terrorçuların mərkəzi binasını ələ keçirdi - VİDEO​​​​​​​

17 Mart 2018 20:58

Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu tərəfindən həyata keçirilən “Zeytun budağı” hərəkatından son məlumatlar paylaşılıb.  Afrin sakinləri YPG terror təşkilatının mərkəz binasını ələ keçirib.

Azərbaycanlıdan rüşvət tələb edən sahə müvəkkili həbs edildi

17 Mart 2018 20:57

Dağıstanın Şamxal qəsəbəsində azərbaycanlı miqrantdan rüşvət tələb edən sahə müvəkkili həbs edilib. 28 yaşlı Elmin Həsənov hüquq-mühafizə orqanlarına müraciət edərək yerli sahə müvəkkilinin ondan 19 min rubl (təxminən 300 dollar) rüşvət istədiyi barədə məlumat verib. Dağıstan DİN-in mətbuat xidmətinin rəhbəri Ruslan İbrahimhacıyevin bildirdiyinə görə, rüşvət istəmə faktıyla bağlı 3 nəfər polis işçisi həbs edilib.

Zərraba qarşı ŞOK İDDİA: 62 yaşlı otaq yoldaşına cinsi təcavüz edib

17 Mart 2018 20:55

ABŞ-ın Nyu York Cənub bölgəsi Federal Məhkəməsi tərəfindən ittiham edilən Azərbaycan əsilli türkiyəli iş adamı Rza Zərrab həbsxanada otaq yoldaşı olan 62 yaşlı Faozi Yaberin cinsi istismar və təcavüz iddialarına cavab verib. R.Zərrab bu iddiaların yalan olduğunu açıqlayıb və təkzib edib.