YPG-yə ŞOK - Afrin sakinləri terrorçuların mərkəzi binasını ələ keçirdi - VİDEO
Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu tərəfindən həyata keçirilən “Zeytun budağı” hərəkatından son məlumatlar paylaşılıb. Afrin sakinləri YPG terror təşkilatının mərkəz binasını ələ keçirib.
17 Mart 2018 20:58 DünyaTürkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu tərəfindən həyata keçirilən "Zeytun budağı" hərəkatından son məlumatlar paylaşılıb.
Afrin sakinləri YPG terror təşkilatının mərkəz binasını ələ keçirib.
Sakinlər YPG-yə aid əşyaları torbalar və yeşiklərlə öz evlərinə daşıyır. Yerli qaynaqlar binanın önünə toplanan yüzlərlə insanın binadan qida məhsulları götürdüyünü bildirib.
Hərəkat çərçivəsində Afrin - Mabatlı arasında quru bağlantısı da kəsilib. Afrin şəhərinin mərkəzindən dinc sakinlərin çıxışını əngəlləmək üçün avtombilləri yandıran terrorçuların görüntüləri TSQ tərəfindən paylaşılıb.
Ordu zərərsizləşdirilən terrorçuların sayının 3567 olduğunu açıqlayıb.
Publika.az