Kaliforniyada ticarət mərkəzində atışma: ölən və yaralanan var
ABŞ-ın Tauzend-Ouks şəhərində (Kaliforniya ştatı) ticarət mərkəzində atışma baş verib. Məlumata görə, bu barədə Ventura dairəsinin şerif idarəsinin "Twitter" səhifəsində paylaşılan məlumatda deyilir. "Bir nəfər ölü tapılıb, daha bir nəfər isə xəstəxanaya yerləşdirilib. Vəziyyət nəzarətdə saxlanılır, ictimaiyyət üçün təhlükə yoxdur", - məlumatda bildirilir.
18 Mart 2018 10:43 DünyaABŞ-ın Tauzend-Ouks şəhərində (Kaliforniya ştatı) ticarət mərkəzində atışma baş verib. Məlumata görə, bu barədə Ventura dairəsinin şerif idarəsinin "Twitter" səhifəsində paylaşılan məlumatda deyilir. "Bir nəfər ölü tapılıb, daha bir nəfər isə xəstəxanaya yerləşdirilib. Vəziyyət nəzarətdə saxlanılır, ictimaiyyət üçün təhlükə yoxdur", - məlumatda bildirilir.
"Associated Press" agentliyinin məlumatına əsasən, yaralanan şəxs atəş açan şəxsdir. Əvvəlcə o, digər adamı öldürüb, sonra isə intihar etmək istəyib. Trend.az