Mərakeşdə iki yük maşını toqquşdu: 6 ölü
Mərakeşin Əqadir şəhərində eyni istiqamətdə hərəkət edən iki yük maşını toqquşub. Məlumata görə, toqquşmadan sonra maşınlar alışıb və alov yaxınlıqdakı iki minik avtomobilinə keçib. Hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb olunub. Məlumata əsasən, yol-nəqliyyat hadisəsi nəticəsində azı 6 nəfər həlak olub. Qəzanın səbəbləri araşdırılır.
18 Mart 2018 10:47 DünyaMərakeşin Əqadir şəhərində eyni istiqamətdə hərəkət edən iki yük maşını toqquşub. Məlumata görə, toqquşmadan sonra maşınlar alışıb və alov yaxınlıqdakı iki minik avtomobilinə keçib. Hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb olunub. Məlumata əsasən, yol-nəqliyyat hadisəsi nəticəsində azı 6 nəfər həlak olub. Qəzanın səbəbləri araşdırılır.
Qeyd edək ki, Mərakeş nəqliyyat nazirliyinin məlumatına əsasən, 2017-ci ildə ölkə ərazisində yol-nəqliyyat hadisələri nəticəsində 3499 nəfər həlak olub. Trend-in "Xinhua" agentliyinə istinadən xəbər verir.