Avstraliyada meşə yanğınları 6 mindən çox sakini işıqsız qoydu
Avstraliyanın Viktoriya ştatında meşə yanğınları səbəbindən 6 mindən çox insan işıqsız qalıb. Məlumata görə, ilk yanğın Uornambul şəhərində başlayıb. Daha sonra yanğın iki əraziyə yayılıb. Küləyin istiqamətinin dəyişməsi səbəbindən yanğın şərq istiqamətində hərəkət edir.
18 Mart 2018 10:52 DünyaAvstraliyanın Viktoriya ştatında meşə yanğınları səbəbindən 6 mindən çox insan işıqsız qalıb. Məlumata görə, ilk yanğın Uornambul şəhərində başlayıb. Daha sonra yanğın iki əraziyə yayılıb. Küləyin istiqamətinin dəyişməsi səbəbindən yanğın şərq istiqamətində hərəkət edir.
Yanğının ən möhkəm olduğu an ştatın 40-dan çox şəhərində evakuasiya elan edilmişdi, lakin hazırda evakuasiya yalnız 3 şəhərdə elan edilib. "Powercorp" şirkətinin nümayəndəsi Emma Taynerin sözlərinə görə, ştatda minlərlə insan işıqsız qalıb. Tək Teranq şəhərində işıqsız qalanların sayı 6 mindən artıqdır. Hazırda yanğın xidməti yanğını söndürməyə çalışır. Viktoriya ştatında 5 yardım göstərilməsi üzrə mərkəz açılıb. Trend.az