Dünya

Feysbuk yenə ÇÖKDÜ

22 Mart 2018 10:41

Bu gün səhər saatlarından Feysbuk sosial şəbəkəsinə daxil olmaq mümkün olmayıb. Sosial şəbəkə istifadəçiləri bu barədə "Tvitter" və digər sosial şəbəkələrdə yazıblar. "Facebook.com" ünvanına giriş etmək üçün "Google Chrome" daxil olmaqla bir çox brauzerdən istifadə edilsə də, səhifəni açmaq və şəxsi hesaba daxil olmaq mümkün olmayıb.

Türkiyə PKK-nın ən təhlükəli terrorçusunu məhv etdi

22 Mart 2018 10:10

Türkiyə Silahlı Qüvvələri (SQ) Afrində PKK terror təşkilatının ən təhlükəli terrorçularından biri Songül Coşqunu məhv edib. Bu barədə Türkiyə mətbuatında xəbərlər yayılıb. Bildirilir ki, S.Coşqun İraqın şimalında Türkiyə SQ-ya qarşı aktiv döyüşlərdə iştirak edib.

Açıqlandı: Ən duzsuz çörək Çindədir

22 Mart 2018 09:50

Dünya Duz və Sağlamlıq Hərəkatının araşdırmasına görə, bəzi çörəklərin tərkibindəki duzun miqdarı dəniz suyundakı duzun miqdarına yaxındır.

ABŞ alimləri: "Toyuq yumurtası beyinə qan sızmasının qarşısını alır"

22 Mart 2018 09:41

İnsultun qarşısını alan vasitələr arasında hamı üçün əlçatan olanları var. ABŞ alimləri müəyyən ediblər ki, toyuq yumurtası beyinə qan sızmasının qarşısını almağa səmərəli kömək edir. “Medikforum” saytında yer alan məlumatda deyilir ki, Miçiqan Universitetinin elmi işçiləri bir neçə tədqiqatın məlumatlarını təhlil etdikdən sonra bu nəticəyə gəliblər. İştirakçılar tədqiqat zamanı toyuq yumurtası yeyiblər. Alimlər müəyyən ediblər ki, hər gün cəmi bir yumurta yemək insultun qarşısını 12 faiz alır.

İranda zəlzələ olub

22 Mart 2018 09:35

Bu ölkə başıbağlılara  SÜRÜCÜLÜYÜ QADAĞAN ETDİ

22 Mart 2018 09:14

Almaniyada sükan arxasında olan şəxslərin üzlərini bağlayan baş geyimlərində olması qadağan edilib. Almaniya Federal Konstitusiya Məhkəməsi bir müsəlman qadının müraciətinə cavab olaraq bu gün həmin qaydanı təsdiq edib. Məhkəməyə müraciət etmiş qadının fikrincə, bu qadağa onun dini etiqad azadlığını pozur. Həmin qadın bildirib ki, artıq 7 ildir niqab örtür və sifəti bağlayan bu cür baş geyimlərinin qadağan edilməsi səbəbindən sürücülük məktəbini bitirə bilməyib. Kənd yerində tək ana kimi yaşayan bu qadının fikrincə, onun sürücülük vəsiqəsinin olması zəruridir, lakin eyni zamanda, sükan arxasında niqabdan imtina edə bilməz.

Gürcüstanda zəlzələ olub

22 Mart 2018 08:59

Gürcüstanda 3,2 bal gücündə zəlzələ baş verib. Bu barədə Avropa və Aralıq dənizi Seysmoloji Mərkəzin (EMSC) məlumatında bildirilir. Yerli vaxtla saat 03:46-da qeydə alınan yeraltı təkanların episentri Tbilisidən 86 km qərbdə, ocağı isə 1 km dərinlikdə yerləşib. Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.

Britaniya öz suallarına cavab eşitmək istəmir – Peskov

21 Mart 2018 20:27

Britaniya səfirinin Rusiya XİN-də keçiriləcək görüşdə iştirakdan imtina etməsi Londonun öz suallarına cavab eşitməmək arzusunun davamıdır.

Britaniya səfiri Skripalla bağlı görüşdən imtina etdi

21 Mart 2018 15:10

Böyük Britaniyanın Rusiyadakı səfiri Lori Bristou Rusiya Xarici İşlər Nazirliyinin xarici ölkə nümayəndələrinin iştirakı ilə təşkil etdiyi Londonun Skripal işi bəyanatlarına həsr olunmuş tədbirə qatılmaqdan imtina edib. Bu barədə RİA informasiya yayıb. “Britaniya səfiri Rusiya XİN-də bu gün keçiriləcək görüşdə iştirak etməyəcək. Biz işgüzar səviyyədə iştirak imkanlarını nəzərdən keçiririk”, - məlumatda deyilir.

Stiven Hokinq Darvinin məzarı yaxınlığında... - Açıqlandı

21 Mart 2018 14:20

Britaniyanın böyük fizika nəzəriyyəçisi, dünya şöhrətli alim Stiven Hokinq Çarlz Darvinin və İsaak Nyutonun yanında dəfn olunacaq. Bu barədə mətbuata məşhur amerikalı fizik, Abbatlığın keşişlər şurasının rəhbəri Con Holl məlumat verib. O bildirib ki, Stiven Hokinqin meyitinin külü İngiltərənin paytaxtı Londonda yerləşən Vestminster Abbatlığında dəfn edilməlidir: "Aydındır ki, hamımızın sevimlisi olan Stiven Hokinq artıq aramızda deyil.