Britaniya səfiri Skripalla bağlı görüşdən imtina etdi

Böyük Britaniyanın Rusiyadakı səfiri Lori Bristou Rusiya Xarici İşlər Nazirliyinin xarici ölkə nümayəndələrinin iştirakı ilə təşkil etdiyi Londonun Skripal işi bəyanatlarına həsr olunmuş tədbirə qatılmaqdan imtina edib. Bu barədə RİA informasiya yayıb. “Britaniya səfiri Rusiya XİN-də bu gün keçiriləcək görüşdə iştirak etməyəcək. Biz işgüzar səviyyədə iştirak imkanlarını nəzərdən keçiririk”, - məlumatda deyilir.

Böyük Britaniyanın Rusiyadakı səfiri Lori Bristou Rusiya Xarici İşlər Nazirliyinin xarici ölkə nümayəndələrinin iştirakı ilə təşkil etdiyi Londonun Skripal işi bəyanatlarına həsr olunmuş tədbirə qatılmaqdan imtina edib. Bu barədə RİA informasiya yayıb. "Britaniya səfiri Rusiya XİN-də bu gün keçiriləcək görüşdə iştirak etməyəcək. Biz işgüzar səviyyədə iştirak imkanlarını nəzərdən keçiririk", - məlumatda deyilir.

Xatırladaq ki, Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Sergey Skripal Britaniyada zəhərlənmişdi. Axar.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31