Dünya
7 terrorçu məhv edildi
Bu səhər Ərzincan Tunceli magistral yolunun Pülümür vadisi istiqamətində terrorçularla Tük Silahlı Qüvvələri birlikləri arasında silahlı qarşıdurma baş verib. Baş vermiş silahlı insident nəticəsində 7 terrorçu məhv edilib. Terrorçuların yerini İnsansız Hava Aparatı (İHA) müəyyən edib Jandarma komandanlığına bildirib.
Rusiyaya qarşı total hücum: Tramp Putinin ümidini qırdı
Türkiyədən sensasiya: S-400 anlaşması ləğv edilə bilər
Türkiyə ABŞ-dan “Patriot” hava hücumundan müdafiə sistemlərini alacağı halda Rusiya ilə S-400 anlaşması imzalamasına baxmayaraq, məsələyə yenidən baxılacaq. Bu sözləri TBMM Xarici İşlər komitəsinin sədri Volkan Bozqır deyib.
Türkiyə ordusundan YENİ HƏMLƏ - Ərdoğan ANONSUNU VERMİŞDİ
Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu (ASO) “Fərat Qalxanı” və “Zeytun budağı” hərəkatlarından sonra Münbiç və Tel-Rıfatı ələ keçirərək sərhədlərinin PKK terror təşkilatından təmizlənməsi üzrə əməliyyatları davam etdirəcək.
"Twitter"dən kriptovalyuta QADAĞASI
Bu gündən Amerikanın "Twitter" internet-şirkəti də "Google" və "Facebook"un ardınca kriptovalyutaların reklamını qadağan edir. Bu barədə şirkətin nümayəndəsi xəbər verib. Məlumata görə, qadağa kriptovalyutalarla yanaşı, virtual valyuta satışı və hərraclarının da reklamına şamil oluancaq.
Rusiyada dəhşətli yanğında zərərçəkənlərin sayı 67-ə çatdı
Rusiyanın Kemerovo şəhərində dəhşətli yanğında zərərçəkənlərin sayı 67-ə çatıb. Məlumata görə, onlardan 14 nəfəri, o cümlədən üç azyaşlı xəstəxanaya yerləşdirilib.
2030-cu ildə dünyanın ƏN GÜCLÜ orduları - SİYAHI
ABŞ, Rusiya, Fransa, Hindistan və Çin 2030-cu ildə dünyanın ən güclü ordularına malik olacaq. Bu haqda Amerika hərbi eksperti Robert Farli bildirib. Farlinin sözlərinə görə, 12 il sonra Amerika ordusu əvvəlki kimi dünyanın “qızıl standartı” olaraq qalacaq. O qeyd edib ki, Pentaqon “soyuq müharibə”nin sonlarından döyüş əməliyyatlarının əhəmiyyətli təcrübəsini toplayıb, amerikalılar böyük hərbi büdcəyə və dünyanın ən böyük pilotsuz uçuş aparatları parkına malikdir. Hərbi ekspertin sözlərinə görə, pilotsuz uçuş aparatları parkı dəqiq kəşfiyyat məlumatları toplamağa və nöqtəvi zərbələr endirməyə imkan verir.
Qatil dayənin məhkəməsi başlanıb
6 yaşlı Lusiya və 2 yaşlı Leo Krimləri amansızlıqla qətlə yetirmiş dayə Yoselin Orteqanın məhkəmə prosesi başlanıb.
Əfqanıstanda 2 mindən az İŞİD üzvü qalıb
Əfqanıstanda İŞİD üzvlərinin sayı 2 mindən azdır. Məlumata görə, bunu Özbəkistanın paytaxtı Daşkənddə Əfqanıstan üzrə “Sülh prosesi, təhlükəsizlik sahəsində əməkdaşlıq və regional qarşılıqlı fəaliyyət” adlı beynəlxalq konfransda iştirak edən Əfqanıstan Prezidenti Əşrəf Qəni deyib.
Avstraliya da "Skirpal işi"nə biganə qalmadı - 2 diplomat qovuldu
Avstraliya hökuməti ölkədən iki rusiyalı diplomatı deportasiya edəcək. Bu açıqlamanı baş nazir Malkolm Törnboll verib. Baş nazirin sözlərinə görə, rusiyalı diplomatlara ölkəni tərk etmələri üçün 7 gün möhlət verilib. Buna səbəb isə İngiltərədə rus agent Sergey Skripal və qızının zəhərlənərək ölüdürülməsidir. M.Törnboll bu hadisənin İngiltərənin suverenliyinə hücum olduğunu bildirib və ölkəsinin müttəfiqləri ilə birgə addım atdığını deyib.
Həkimin dəhşətli vəziyyətə saldığı qız sağaldı – FOTO
Türkiyədə şok bank fırıldağı – 25 yaşlı gənc yüz minləri aldatdı
İngiltərənin baş naziri: "Hamımız Rusiyaya mesaj göndərdik"
İngiltərənin baş naziri Terreza Mey keçən həftə baş tutan Aİ-nin zirvə toplantısında "diplomat krizi" məsələsinə dair açıqlama verib. Nazir "Biz hamımız beynəlxalq hüquqi qərarları ciddiyə alması və dəyərlərimizlə hörmətlə yanaşması üçün Rusiyaya mesaj göndərdik" deyib. Mey "Skripal" hadisənin Rusiyanın getdikcə təcavüzkar bir mövqe tutduğunu nümayiş etdirdiyini də dilə gətirib.
TRT kanalında məşhur müğənnidən ŞOK hərəkət – FOTO/VİDEO
TRT musiqi kanalında "Əngəlsiz səhnə" adlı proqrama qatılan məşhur müğənni Hakan Peker canlı yayımda mahnı oxuduğu zaman operatorun və rejissorun onu ekranda göstərməməsinə etiraz olaraq səhnəni tərk edib.














